Modern.az

Azərbaycanla sərhəddə “donuz qripi” TƏHLÜKƏSİ

Azərbaycanla sərhəddə “donuz qripi” TƏHLÜKƏSİ

9 Dekabr 2019, 21:49

Gürcüstanda qış mövsümündə “donuz qripi” adlandırılan A (H1N1) virusuna yoluxma ilə bağlı ilk hal qeydə alınıb.

Modern.az  "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib ki, virusa yoluxma halı ötən həftə Batumi şəhərində qeydə alınıb. Virusa yoluxan yeniyetmə olub.

Yeniyetmənin xəstəxanaya yerləşdirildiyi və artıq müalicə olunduğu bildirilib.

Milli Mərkəzdən ölkədə mövsümi qripə yoluxma hallarının illik müqayisədə artdığı qeyd olunub.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi