Modern.az

"Qarabağ"ın rəqibi baş məşqçisini istefaya göndərdi

Aktual

10 Dekabr 2019, 10:16

Kiprin APOEL futbol komandasının baş məşqçisi Tomas Doll istefaya göndərib.

 

Modern.az klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Dolla komandanı öncə Avropa Liqasının qrup mərhələsinə, daha sonra 1/16 finala çıxardığı üçün minnətdarlıq ifadə olunub.

 

Təcrübəli baş məşqçi APOEL-i köməkçiləri ilə birgə tərk edib. Komandaya rəhbərlik müvəqqəti olaraq, Lukas Hatziloukasa tapşırılıb.

 

Qeyd edək ki, APOEL öncə "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində (1:2, 2:0), ardından Avropa Liqasının qrup mərhələsində (2:2, 2:1) qarşısını kəsib. Hazırda bu klub Kipr çempionatında 9 matçdan 18 xalla 4-cü pillədə qərarlaşıb. Lakin komandanın ehtiyatda 3 oyunu var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi