Arxiv
10 Dekabr 2019, 17:00 | HADİSƏ
Prezidentin köməkçisi Aslan İsmayılova zəng vurdu - TƏFƏRRÜAT

“Az öncə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov (Prezidentin köməkçisi-red.) Oqtay Gülalıyevlə bağlı statusumla əlaqədar mənə zəng edib qısa olaraq bu sahədə etdiklərini bildirdi. “Eşitdiklərim barədə cəmiyyətə açıqlama verə bilərəmmi” sualına isə “qərarı özünüz verin” deyib bu barədə Heydər Əliyev Fondunun öz açıqlamasının olacağını da söylədi. Açıqlamanın necə olacağını bilmirəm. Ancaq eşitdiklərimi və öz münasibətimi sizə bildirmək istəyirəm”.


Modern.az-ın məlumatına görə, bu fikirləri tanınmış hüquqşünas Aslan İsmayılov sosial şəbəkədə yazıb.


A.İsmayılov daha sonra sözlərinə belə davam edib:

"Hadisə baş verəndən sonra A.Ələkbərova məlumat verilib, bu barədə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya məruzə ediləndən sonra 2 saat ərzində A.Ələkbərovun öz iştirakı ilə Türkiyədə baş-beyin zədələnməsi sahəsində ən tanınmış həkimlərdən biri olan İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatoloq Kadir Doğruer Bakıya dəvət olunub

Kadir Doğruer Oqtay Gülalıyevi müayinə edəndən sonra səhhətinin çox ağır olduğunu deyib, onun İstanbuldakı "Avrasiya xəstəxanası"na aparılmasını məsləhət bilib. Oqtay Gülalıyev İstanbula aparılıb xəstəxanaya yerləşdirilir və lazım olan bütün tədbirlər görülür. Onun səhhətində əlavə problemlər yaranır. Anar Ələkbərov şəxsən bir neçə dəfə Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə xanımla danışır, lazım olan hər tədbirin görüləcəyini deyir və lazım olanlar da edilir. Heç bir ehtiyac olmasa da, məhz doğmalarının istəyinə görə Oqtay bəy İstanbulda  "Avrasiya xəstəxanası"ndan "Amerikan xəstəxanası"na köçürülür. Fondun qəbul etdiyi qaydalara görə, müalicənin hər 10 günü xəstəxanadan xəstənin durumu barədə arayışlar alınır və ehtiyac olduğu təqdirdə müalicə müddəti uzadılır. Bu qaydada Oqtay Gülalıyevin müalicə müddəti iki dəfə uzadılıb və ödəmələrlə bağlı heç bir problem olmayıb. Əgər xəstənin səhhətinin bərpa ediləcəyi üçün başqa bir xəstəxanaya köçürülməsinə ehtiyac olardısa, bu da edilərdi, ona görə ki, "Amerikan xəstəxanası"nda olan xərclər digər ölkələrin (İsrail, yaxud Avropa ölkələri) xərclərindən fərqlənmir.

İndi isə Oqtay Gülalıyevlə bağlı ilk gündən baş verənlərlə bağlı öz gördüklərimi və bu barədə fikirlərimi sizə çatdırıram. Həyatımda qəbul etdiyim bir qayda var. Düşməninlə belə ədalətli davranmalısan. Hadisə baş verəndən dərhal sonra müxalifət funksionerlərinin ard-arda baş vermiş hadisənin hakimiyyət tərəfindən bilərəkdən, Oqtay Gülalıyevin hüquq müdafiəçisi fəaliyyəti ilə bağlı olduğunu ifadə edən bəyanatları yayılmağa başladı. Özüm hadisənin baş vermə anına dəfələrlə baxdıqdan, bəzi şahidlərin, zavallı sürücünün fikirlərini öyrəndikdən sonra, baş verənlərin sırf yol-qəza hadisəsi olduğuna əmin oldum. Bu barədə dərhal yazım da oldu. 
Həmin yazımda da məqsəd bu tip fikirlərin hakimiyyət təmsilçilərini zərərçəkənə kömək etməkdən uzaq durmamasına yönəlmişdi. Təsadüfən hadisə günü çoxdan tanıdığım, siyasətdən tam uzaq olan, məni müxalifətçi sayan, Oqtayın xəstəxanaya yerləşdirildiyi ilk andan onu müayinə edən bir həkimlə eyni məclisdə oldum. Hadisədən dərhal sonra xəstəxanada professor Adil Qeybullanın da olduğunu bildim. Həkimin ədalətli olduğu, həm də Adil Qeybulla haqqında söylədiyi yüksək fikirlərdən bəlli oldu. Həkimin mənə dediklərindən utandım. Oqtayın ən ağır məqamında ora gələnlərin əksəriyyətinin məqsədi xəstəyə kömək etmək yox, hadisə yerindən bir şəkil çəkmək, reanimasiya otağında selfi etmək, bir də çığır-bağır salıb həkimləri təhqir etmək istəkləri olub. Həmin həkimin söhbət əsnasında mənə mənə dedikləri: “Vallah biz bilmirdik, xəstəyə kömək edək, yoxsa sənin dostlarının suallarına, iradlarına cavab verək?”.


Bundan sonra Oqtay Gülalıyevin müalicəsi barədə intriqalar, siyasi alver başladıldı. Guya Oqtay Gülalıyevi hakimiyyətin öldürmək istəməsi, sui-qəsdin izini itirmək üçün yararsız bir xəstəxanaya yerləşdirməsi, ona heç bir köməklik edilməməsi, Heydər Əliyev Fondu tərəfindən xəstəxana pulunun ödənilməməsi, Mübariz Mənsimovun ancaq Heydər Əliyev Fonduna görə kömək etməkdən imtina etməsi və s. barədə yazılar sosial şəbəkəni bürüdü. Mübariz Mənsimov məcbur olub deyilənləri təkzib etdi, xəstəyə lazım olan bütün işlərin görüldüyünü, onun köməyə ehtiyacının olmadığını, sağlıq durumunun çox ağır olduğunu, ümidin ancaq Allaha qaldığını bildirdi.


İndi hər biriniz özünüzü Heydər Əliyev Fondunun əməkdaşlarının yerinə qoyun. Bu qədər çirkabdan sonra, ”özünüzə rəva bilmədiyinizi başqalarına rəva bilməyin” deyimimizi nəzərə alıb, siz özünüz hansı həvəslə Oqtay Gülalıyevin müalicəsinə yanaşardınız?! Şantajla, böhtanla, qarayaxma ilə “kiminsə müalicəsini istəyirik” demək riyakarlıqdan başqa bir şey deyil! Bu gün Oqtay bəy komadadır və bu, uzun müddət sürə bilər. Ona ediləcək hansısa müalicə isə ancaq komadan çıxdıqdan sonra ola bilər. Müxalifət düşərgəsində fəaliyyətini müsbət dəyərləndirdiyim çox az şəxslərdən biri kimi, əlbəttə Oqtay bəyin sağalmasını, bunun üçün lazım olan hər bir tədbirin görülməsini istəyirəm.

Sonda bir daha hamımıza ədalətli olmağı, görülən müsbət işə dəyər verməyi, şər-böhtandan, qarayaxmadan, siyasi alverdən aralı durmağı arzulayıram. Belə bir durumda isə əksini etmək əxlaqsızlıqdır".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda onlayn narkotik satan şəxslər saxlanıldı 5 Avqust 2020, 15:10 AQTA sədrinə yeni müavin təyin olunub 5 Avqust 2020, 15:03 Baş Prokurorluqda 100-dən artıq əmr ləğv edildi 5 Avqust 2020, 14:57 “Simpsonlar” Beyrutdakı partlayışla bağlı dünyanı heyrətləndirdi - FOTO 5 Avqust 2020, 14:55 Azərbaycanlı işçi Livanda “Hizbullah”a necə “ƏSİR DÜŞDÜ”... 5 Avqust 2020, 14:43 Bu ölkələrə koronavirus yenidən qayıdır - SİYAHI 5 Avqust 2020, 14:40 Naqif Həmzəyev: Meşə tipli parkın salınması gələcək nəslə töhfədir 5 Avqust 2020, 14:33 DİM: Rezidentura umtahanının nəticələri yaxın 2-3 gündə elan ediləcək 5 Avqust 2020, 14:29 Agentlikdən pandemiya ilə mübarizə aparan tibb işçilərinə əlavə ödənişlər barədə AÇIQLAMA 5 Avqust 2020, 14:25 Naftalan neftinin sertifkatlaşdırılması ilə bağlı video konfrans keçirilib 5 Avqust 2020, 14:20 Baş Prokurorluqda kadr islahatları: 114 nəfər rəhbər vəzifələrə təyin olunub 5 Avqust 2020, 14:13 Azərbaycanda COVID-19 virusuna yoluxmuş 10 nəfərə cinayət işi açılıb 5 Avqust 2020, 14:13 Baş Prokurorluqda generalın oğluna vəzifə verildiyi təzə xəbər deyilmiş - AÇIQLAMA 5 Avqust 2020, 14:10 Baş Prokurorluqda yeni dəyişikliklər oldu - Bəzi idarə və şöbələr ləğv edildi 5 Avqust 2020, 14:00 Qoşunlarda yay tədris dövrü başlayıb 5 Avqust 2020, 13:56 Sabah Bakıda 30, rayonlarda 35 dərəcə isti olacaq 5 Avqust 2020, 13:53 Deputatdan parlamentdə sərt ÇIXIŞ: “120-140 manata virus testi olar?” 5 Avqust 2020, 13:47 Xocalı abidəsinin yeri dəyişdirildi 5 Avqust 2020, 13:41 Sərt karantinin tətbiq edildiyi yerlərdə məhkəmələr hansı qayda ilə keçiriləcək? 5 Avqust 2020, 13:36 Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib 5 Avqust 2020, 13:28 Müavini Fəttah Heydərovdan DANIŞDI: “Heç kəs düşünmürdü ki, qəfil aramızdan gedəcək” 5 Avqust 2020, 13:27 Neft Beyrutdakı partlayışdan sonra BAHALAŞDI 5 Avqust 2020, 13:21 Baş Prokurorluq Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı 5 Avqust 2020, 13:18 Xarabaya çevrilən Beyrut limanının strateji əhəmiyyəti ... 5 Avqust 2020, 13:14 “Bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub” - Nazir 5 Avqust 2020, 13:12 Sahil Babayev: “Azərbaycan minimum pensiya məbləğinə görə MDB-də 1-ci yerdədir” 5 Avqust 2020, 13:00 Parlament büdcə dəyişikliyini 1-ci oxunuşda qəbul etdi 5 Avqust 2020, 12:56 Siyavuş Novruzov deputatları dövlətin yanında olmağa SƏSLƏDİ 5 Avqust 2020, 12:48 Aydın Mirzəzadə: “Ola bilər  190 manatlıq ödəniş 600 min deyil, 1 milyon insana verilsin” 5 Avqust 2020, 12:45 FHN-in çimərliklərdən istifadə ilə bağlı əhaliyə müraciət etdi - VİDEO 5 Avqust 2020, 12:42 Bu Avropa ölkəsində virusa yoluxanların sayı 95 faiz artıb 5 Avqust 2020, 12:33 Beyrutdakı partlayışda azı 5 erməni həlak olub 5 Avqust 2020, 12:22 Deputatdan hökumətə ÇAĞIRIŞ: “İşləməyən minlərlə insan nə ilə dolanmalıdır?” 5 Avqust 2020, 12:18 “Təhsil haqları yarıbayarı azaldılmalıdır” - Deputatdan TƏKLİF 5 Avqust 2020, 12:12 Təhsil komitəsinin sədri: TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə qaydalar hazırlamalıdır 5 Avqust 2020, 12:10