Arxiv
11 Dekabr 2019, 17:11 | AKTUAL
Səudiyyə Ərəbistanının İnformasiya naziri Aslan Aslanov ilə görüşüb

Dekabrın 11-də Ciddədə Səudiyyə Ərəbistanı Krallığının İnformasiya naziri Turki Abdullah əş-Şəbana İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) İcraiyyə Şurasının növbədənkənar iclası çərçivəsində AZƏRTAC-ın İdarə Heyətinin sədri, UNA-nın İcraiyyə Şurasının üzvü Aslan Aslanov ilə görüşüb.

 

Azərbaycan haqqında xoş sözlər söyləyən səudiyyəli nazir ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin ildən-ilə inkişaf etdiyini vurğulayıb. Turki Abdullah əş-Şəbana öz sıralarında 57 İslam ölkəsinin xəbər agentliklərini birləşdirən UNA-nın İcraiyyə Şurasının və Baş Assambleyasının Ciddədə keçirilən növbədənkənar iclasında müzakirə olunacaq məsələlər barədə fikirlərini bildirib.

 

Görüşdə Səudiyyə Ərəbistanında Azərbaycana böyük maraq göstərildiyi, ölkəmizlə əlaqələrə xüsusi önəm verildiyi diqqətə çatdırılıb. Həmçinin UNA-nın fəaliyyətinin təkmilləşdirilməsi, informasiya sahəsində qarşıda duran çağırışların birgə həlli yollarının tapılmasının vacibliyindən danışılıb. Qeyd olunub ki, müasir dövrdə baş qaldıran islamofobiya və İslamın terrorizmlə əlaqələndirilməsi ciddi narahatlıq doğurur. Sülh və qardaşlıq dini olan İslama qarşı yönələn feyk xəbərlərlə mübarizə İƏT-in üzv ölkələrinin milli xəbər agentliklərinin fəaliyyətinin əsas istiqamətlərindən biri olmalıdır.

 

İslam ölkələrinin xəbər agentlikləri ilə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq münasibətlərinin qurulduğunu deyən Aslan Aslanov bildirib ki, AZƏRTAC ilə Səudiyyə Ərəbistanının SPA agentliyi arasında əlaqələr nümunəvi səviyyədədir. Biz bu əlaqələrin inkişafı istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.

 

Nazir Turki Abdullah əş-Şəbana yaxın zamanlarda Azərbaycana səfər etmək və onun inkişafını öz gözləri ilə görmək arzusunda olduğunu deyib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yeni virusa görə karantin elan olundu 23 Yanvar 2020, 08:27 Dondar Quşçuda bədbəxt hadisə 23 Yanvar 2020, 00:46 Sabirabadda məskunlaşan köçkünlərdən Vüqar Bayramova dəstək - FOTOLAR 23 Yanvar 2020, 00:33 Gəncədə poliklinikada yanğın 23 Yanvar 2020, 00:14 Türkiyədə güclü zəlzələ: insanlar küçələrdə 22 Yanvar 2020, 23:56 İlham Əliyev İsveçrə Prezidenti ilə müzakirə apardı - FOTO 22 Yanvar 2020, 23:22 Gəncədə kriminal avtoritet saxlanıldı - VİDEO 22 Yanvar 2020, 23:09 Qənirə Paşayeva Qovlarda seçicilərlə görüşdü - FOTOLAR 22 Yanvar 2020, 22:49 Bu ölkədə bir ildə 34 min insan öldürüldü 22 Yanvar 2020, 22:33 Jalə Əliyeva Zərdab seçiciləri ilə görüşdü - FOTOLAR 22 Yanvar 2020, 22:16 “Hazırda ən vacib olan məsələ regional sabitlikdir” - İlham Əliyev 22 Yanvar 2020, 21:59 Bakıya ilk qar yağacaq 22 Yanvar 2020, 21:46 Şəkidə iki gənc qız dəm qazından zəhərləndi 22 Yanvar 2020, 21:32  “Bizə ən azından ildə 100 min iş yeri lazımdır” - İlham Əliyev 22 Yanvar 2020, 21:19 "Qarabağ"dan  növbəti qələbə 22 Yanvar 2020, 21:01 İlham Əliyev Davosda Gürcüstanın Baş Naziri ilə görüşdü 22 Yanvar 2020, 20:51 8 saylı Binəqədi I seçki dairəsi seçicilərinin elektron kabineti işə düşdü - FOTOLAR 22 Yanvar 2020, 20:36 Kürdəmirlilər Əhliman Əmiraslanovu dəstəklədi - FOTO 22 Yanvar 2020, 20:18 Azərbaycan sularında gəmilərin hərəkəti üçün heç bir təhlükə yoxdur 22 Yanvar 2020, 20:06 Goranboyda 2 avtomobil toqquşdu - FOTO 22 Yanvar 2020, 19:53 İlham Əliyev BP-nin baş icraçı direktoru ilə görüşdü 22 Yanvar 2020, 19:35 İqbal Məmmədov şəhid anasını ziyarət edib - FOTO 22 Yanvar 2020, 19:30 Naftalanın icra başçısı səyyar qəbul keçirib 22 Yanvar 2020, 19:21 Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri ilə görüşüb 22 Yanvar 2020, 19:15 DİN işçi axtarır - boyu 180 santimetrdən hündür, idman cüssəli... 22 Yanvar 2020, 19:09 Bakıda 8 prokurorluq əməkdaşı CƏZALANDIRILDI 22 Yanvar 2020, 18:49 Ceyhun Məmmədov məcburi köçkünlərin evində olub - FOTO 22 Yanvar 2020, 18:40 Sumqayıt İcra Hakimiyyətindən “Bu şəhərdə”yə: “Onlar haradan bilə bilərlər ki, məktuba baxılmayıb?” 22 Yanvar 2020, 18:33 Musa Qasımlı şəhid ailələrinin evində olub - FOTO 22 Yanvar 2020, 18:25 İqbal Məmmədovun görüşündə gənclər fəallıqla iştirak ediblər - FOTO 22 Yanvar 2020, 18:18 Hava kəskin dəyişəcək - Nazirlik əhaliyə ÇAĞIRIŞ ETDİ 22 Yanvar 2020, 18:10 Fəzail Ağamalının parlamentdəki çıxışlarından fraqmentlər - VİDEO 22 Yanvar 2020, 18:03 Deputatlığa namizədlərin sayı 1479 oldu 22 Yanvar 2020, 18:00 Musa Quliyev vətəndaş cəmiyyətinin nümayədələri ilə görüşüb - FOTO   22 Yanvar 2020, 17:54 Cavanşir Paşazadə şəhid ailəsinin evində - FOTOLAR 22 Yanvar 2020, 17:48
SORĞU Yeni parlamentdə kimlər olsun?