Modern.az

ABŞ-ın hərbi xərcləri Rusiyanın dövlət büdcəsindən 3 dəfəyədək böyükdür - RƏQƏM  

ABŞ-ın hərbi xərcləri Rusiyanın dövlət büdcəsindən 3 dəfəyədək böyükdür - RƏQƏM  

Dünya

12 Dekabr 2019, 09:59

 

Gələn il ABŞ-ın hərbi büdcəsinin 738 milyard dollar olacağı nəzərdə tutulub. Nümayəndələr Palatası layihəni bəyənib, bundan sonra layihəni Senatın və Prezidentin təsdiq edəcəyi gözlənilir.

 

Bu barədə Modern.az-a danışan iqtisadçı Samir Əliyev bildirib ki, layihə təsdiqlənəcəyi təqdirdə yeni xərclər yola saldığımız illə müqayisədə 3,1% çox olacaq:

 

“Bu vəsaitin 635 milyard dolları Pentaqonun ehtiyaclarına ayrılacaq. Əfqanıstan, Suriya, Yəmən və digər ölkələrdə aparılan hərbi əməliyyatlara 71,5 milyard dollar yönəldiləcək. Bütün qalmaqallara rəğmən Ukrayna üçün 300 milyon dollar nəzərdə tutulub”.

 

Ekspert qeyd edib ki, ABŞ-ın hərbi xərcləri dünya ölkələri arasında ən yüksəkdir:

 

“Hərbi xərclərin TOP 10-na düşən ölkələrin 9-nun xərclərini toplasaq, ABŞ-ın xərclərinə güclə çatar. Xərclər, həcminə görə 2-ci yerdə duran Çindən 3, 3-cü yerdə duran Səudiyyə Ərəbistanından 10 dəfəyədək çoxdur.

ABŞ-ın hərbi xərcləri Kanada və Braziliyanın dövlət büdcəsindən çoxdur. Rusiyanın dövlət büdcəsi xərclərindən isə 3 dəfəyədək böyükdür”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü