Modern.az

GUAM yenidən aktivləşir? – Sammit bu gün keçiriləcək

GUAM yenidən aktivləşir? – Sammit bu gün keçiriləcək

12 Dekabr 2019, 12:21

Gürcüstanın baş naziri Georgi Qaxariya Kiyevə 2 günlük səfər edəcək.

 

Modern.az xəbər verir ki, Gürcüstanın hökumət rəhbəri Ukrayna prezidenti Vladimir Zelenski, baş nazir Aleksey Qonçaruk və Radanın spikeri Dmitri Razumkovla görüşəcək.

Maraqlıdır ki, 2 günlük səfər zamanı GUAM-a (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) üzv ölkələrin hökumət başçılarının sammitinin keçirilməsi də nəzərdə tutulur. Demokratik və iqtisadi inkişaf xidmət edən təşkilatın sammitinin açılışı Kiyevdə baş tutacaq.

 

Gürcüstanı baş naziri Georgi Qaxariya, Moldovanı baş naziri İon Kiku və Azərbaycanı isə baş nazirin müavini Əli Əhmədov təmsil edəcək. İclasın bu gün saat 15:05-də Ukrayna Nazirlər Kabonetinin klubunda keçirilməsi gözlənilir.

GUAM - Demokratiya və İqtisadi İnkişaf naminə təşkilatı 1997-ci ildə yaradılıb. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən təşkilata 1999-2005-ci illərdə Özbəkistan da üzv olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir