Arxiv
12 Dekabr 2019, 16:36 | ÖLKƏ
YAP-dan Siyavuş Novruzov AÇIQLAMASI: “Seçkidə əsas namizədlərdən olacaq”

9 fevral 2020-ci il tarixinə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki Komissiyasının (MSK) dünənki iclasında təsdiqlənib.

 

MSK-nın qərarı ilə Yeni Azərbaycan Partiyasının (YAP) maliyyə məsələləri üzrə nümayəndəsi kimi beşinci çağırış Milli Məclisin deputatı – YAP icra katibinin müavini Siyavuş Novruzov qeydə alınıb.

 

Sosial şəbəkələrdəki bəzi iddialara görə, Siyavuş Novruzovun növbədənkənar parlament seçkilərində YAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilməsi dolayısı ilə onun deputatlığa namizədliyinin irəli sürülməyəcəyini ortaya qoyub.

 

Modern.az bu iddialarla bağlı YAP-ın mövqeyini öyrənib. Partiyanın mətbuat katibi Hüseyn Paşayev əməkdaşımıza bildirib ki, bunun məsələyə aidiyyəti yoxdur:

 

“Seçki qanunvericiliyinə görə, hər hansı partiya seçkilərdə iştirak edirsə, onun Mərkəzi Seçki Komissiyasında və bütün dairələr üzrə səlahiyyətli nümayəndələri olmalıdır. Hansı ki o dairələrdə həmin partiya namizədlə, iddiaçı ilə təmsil olunur. Yeni Azərbaycan Partiyası əvvəlki seçkilərdə olduğu kimi  2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində də bütün dairələr üzrə öz namizədlərini irəli sürəcək. Ona görə də İdarə Heyətinin qərarı ilə respublika üzrə mövcud 125 dairənin hər birinə səlahiyyətli nümayəndələr təyin edib. Artıq Yeni Azərbaycan Partiyasının bu səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasında təsdiq olunub, yəni qeydə alınıb.

O cümlədən Yeni Azərbaycan Partiyasının ölkə üzrə səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri təyin olunub.

YAP-ın sədr müavini - icra katibi, Baş Nazirin müavini Əli Əhmədov YAP-ın MSK-dakı yeganə səlahiyyətli nümayəndəsidir. YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov isə Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərində maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsidir”.

 

Hüseyn Paşayev YAP icra katibinin müavini Siyavuş Novruzovun deputatlığa namizədliyinin irəli sürülüb-sürülməməsi məsələsinə də aydınlıq gətirib:

 

“O ki qaldı bəzi sosial şəbəkələrdə və bəzi KİV-də Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzovun deputatlığa namizədliyinin irəli sürülməyəcəyi barədə iddialara, bunu şərh edərkən qeyd etməliyəm ki, Siyavuş Novruzovun  maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunması barədə informasiya yanlış şərh olunub. Bu cür yozumun başlıca mənbəyi ondan irəli gəlir ki, bu cür şərh verənlər Seçki Məcəlləsi ilə, seçki qanunvericiliyi ilə yaxından tanış deyillər. Ona görə də bu cür yanlış şərhlər irəli sürülməkdədir. Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının qurulmasında, təşkilatlanmasında və sonrakı fəaliyyəti dövründə  həmişə üzdə olmuş şəxslərdən olub. Bu gün Yeni Azərbaycan Partiyasının hər bir üzvü belə düşünür ki, Siyavuş Novruzov növbəti parlament seçkilərində də partiyanın əsas namizədlərindən biri olaraq təmsil olunacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanlı Livanda “Hizbullah”a necə “ƏSİR DÜŞDÜ”... 5 Avqust 2020, 14:43 Bu ölkələrə koronavirus yenidən qayıdır - SİYAHI 5 Avqust 2020, 14:40 Naqif Həmzəyev: Meşə tipli parkın salınması gələcək nəslə töhfədir 5 Avqust 2020, 14:33 DİM: Rezidentura umtahanının nəticələri yaxın 2-3 gündə elan ediləcək 5 Avqust 2020, 14:29 Agentlikdən pandemiya ilə mübarizə aparan tibb işçilərinə əlavə ödənişlər barədə AÇIQLAMA 5 Avqust 2020, 14:25 Naftalan neftinin sertifkatlaşdırılması ilə bağlı video konfrans keçirilib 5 Avqust 2020, 14:20 Baş Prokurorluqda kadr islahatları: 114 nəfər rəhbər vəzifələrə təyin olunub 5 Avqust 2020, 14:13 Azərbaycanda COVID-19 virusuna yoluxmuş 10 nəfərə cinayət işi açılıb 5 Avqust 2020, 14:13 Baş Prokurorluqda generalın oğluna vəzifə verildiyi təzə xəbər deyilmiş - AÇIQLAMA 5 Avqust 2020, 14:10 Baş Prokurorluqda yeni dəyişikliklər oldu - Bəzi idarə və şöbələr ləğv edildi 5 Avqust 2020, 14:00 Qoşunlarda yay tədris dövrü başlayıb 5 Avqust 2020, 13:56 Sabah Bakıda 30, rayonlarda 35 dərəcə isti olacaq 5 Avqust 2020, 13:53 Deputatdan parlamentdə sərt ÇIXIŞ: “120-140 manata virus testi olar?” 5 Avqust 2020, 13:47 Xocalı abidəsinin yeri dəyişdirildi 5 Avqust 2020, 13:41 Sərt karantinin tətbiq edildiyi yerlərdə məhkəmələr hansı qayda ilə keçiriləcək? 5 Avqust 2020, 13:36 Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib 5 Avqust 2020, 13:28 Müavini Fəttah Heydərovdan DANIŞDI: “Heç kəs düşünmürdü ki, qəfil aramızdan gedəcək” 5 Avqust 2020, 13:27 Neft Beyrutdakı partlayışdan sonra BAHALAŞDI 5 Avqust 2020, 13:21 Baş Prokurorluq Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı 5 Avqust 2020, 13:18 Xarabaya çevrilən Beyrut limanının strateji əhəmiyyəti ... 5 Avqust 2020, 13:14 “Bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub” - Nazir 5 Avqust 2020, 13:12 Sahil Babayev: “Azərbaycan minimum pensiya məbləğinə görə MDB-də 1-ci yerdədir” 5 Avqust 2020, 13:00 Parlament büdcə dəyişikliyini 1-ci oxunuşda qəbul etdi 5 Avqust 2020, 12:56 Siyavuş Novruzov deputatları dövlətin yanında olmağa SƏSLƏDİ 5 Avqust 2020, 12:48 Aydın Mirzəzadə: “Ola bilər  190 manatlıq ödəniş 600 min deyil, 1 milyon insana verilsin” 5 Avqust 2020, 12:45 FHN-in çimərliklərdən istifadə ilə bağlı əhaliyə müraciət etdi - VİDEO 5 Avqust 2020, 12:42 Bu Avropa ölkəsində virusa yoluxanların sayı 95 faiz artıb 5 Avqust 2020, 12:33 Beyrutdakı partlayışda azı 5 erməni həlak olub 5 Avqust 2020, 12:22 Deputatdan hökumətə ÇAĞIRIŞ: “İşləməyən minlərlə insan nə ilə dolanmalıdır?” 5 Avqust 2020, 12:18 “Təhsil haqları yarıbayarı azaldılmalıdır” - Deputatdan TƏKLİF 5 Avqust 2020, 12:12 Təhsil komitəsinin sədri: TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə qaydalar hazırlamalıdır 5 Avqust 2020, 12:10 Növbəti 6 ayda neftin qiymətinin 35 dollar olması proqnozlaşdırılır - Nazir 5 Avqust 2020, 11:59 Hannover şəhərində Azərbaycan ordusuna dəstək mitinqi keçirilib 5 Avqust 2020, 11:57 Bakıda mənzildən 1 milyon manatlıq OĞURLUQ 5 Avqust 2020, 11:54 Nazir: “İqtisadiyyatımıza təhlükələr var” 5 Avqust 2020, 11:50