Arxiv
12 Dekabr 2019, 23:29 | AKTUAL
Ukrayna Prezidenti Azərbaycana gələcək

Bu gün Kiyev şəhərində GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü çərçivəsində Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədovla Ukraynanın Baş Naziri Aleksey Qonçaruk arasında görüş keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən GUAM çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana planlaşdırılan rəsmi səfərinə toxunan A.Qonçaruk bildirib ki, bu səfər iki ölkə arasında əməkdaşlığın inkişafında yeni mərhələ olacaq. Bu gün Azərbaycan və Ukrayna arasında bütün sahələrdə əməkdaşlığın yüksək templə inkişaf etdiyini vurğulayan Baş Nazir iqtisadi əlaqələrin daha da artacağına inamını ifadə edib.

Azərbaycan-Ukrayna iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə Baş Nazirin müavini Ə.Əhmədov bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq inkişaf edir, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq davam edir. Qeyd olunub ki, Azərbaycan-Ukrayna əlaqələri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir, ticarət dövriyyəsinin həcmində müsbət artım dinamikası müşahidə olunur.

Görüşdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev də iştirak edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məleykə Abbaszadədən dövlət qulluqçularına ÇAĞIRIŞ 27 Yanvar 2020, 14:04 Gəncə seçiciləri Pərvin Kərimzadəni yenidən millət vəkili görmək istəyirlər - VİDEO 27 Yanvar 2020, 14:01 Ceyhun Bayramov hökümətə yeni qanun layihəsi təqdim edib 27 Yanvar 2020, 13:55 Müstəqil namizəd Əkbər Qoşalının görüşündə izdiham yaşanıb - FOTO 27 Yanvar 2020, 13:50 Fəzail Ağamalı növbəti dəfə şəhid ailələləri ilə görüşüb - VİDEO 27 Yanvar 2020, 13:47 Dəhşətli virus Azərbaycana qonşu olan ölkəyə keçdi  27 Yanvar 2020, 13:44 Türkiyədə zəlzələ qurbanlarının sayı 39-a çatdı 27 Yanvar 2020, 13:37 “Qiymət münasib olarsa, formalar da satılar” - Təhsil naziri 27 Yanvar 2020, 13:30 Nazir: “Müəllimlərin sertifikasiyası mərhələli həyata keçiriləcək” 27 Yanvar 2020, 13:24 Qafqazın şərab marşrutu yaradıldı 27 Yanvar 2020, 13:18 Qışda heç belə olmamışdı - Temperatur görün neçəyə qalxdı   27 Yanvar 2020, 13:11 Agentlik “Torqovı”da 60 manata çay verən restoranı nəzarətə GÖTÜRDÜ 27 Yanvar 2020, 13:07 Könül Nurullayevanı daha da yaxından tanıyaq - FOTOLAR 27 Yanvar 2020, 13:01 Bakıya gələn ay 27 müasir zibil maşını gətiriləcək - FOTO 27 Yanvar 2020, 12:58 Rüşvət alan 6 rayonun təhsil şöbəsinin müdiri işdən qovulub - Ceyhun Bayramov 27 Yanvar 2020, 12:52 Çingiz Qənizadə İmişlidə seçiciləri ilə bir arada - FOTOLAR 27 Yanvar 2020, 12:47 UNEC beynəlxalq reytinqdə liderdir 27 Yanvar 2020, 12:42 Azərbaycan Çinə uçuşları dayandırır - RƏSMİ 27 Yanvar 2020, 12:37 Koronavirus Çindən gətirilən mallarla Azərbaycana keçə bilərmi? - Baş infeksionistdən AÇIQLAMA 27 Yanvar 2020, 12:33 Naziri zəlzələ zonasından gətirilən tələbələrimizin sonrakı aqibətinə aydınlıq gətirdi 27 Yanvar 2020, 12:30 Jalə Əhmədova Salyan camaatı ilə bir arada - Fotolar 27 Yanvar 2020, 12:24 Litvalı jurnalistdən ədalətli mövqe 27 Yanvar 2020, 12:20 Dəhşətli virusun yayıldığı bölgələrdə 7 azərbaycanlı tələbə var - Nazir 27 Yanvar 2020, 12:14 Azərbaycanda bu ərazilərdə yeni məktəblər TİKİLƏCƏK 27 Yanvar 2020, 12:09 Ayaz Mütəllibovun səhhətində problemlər yarandı - “Həkimim məsləhət görüb ki...” 27 Yanvar 2020, 12:02 Çinin koronavirus yayılmış şəhərindəki azərbaycanlı tələbə: “Burdan çıxmağımıza icazə verdilər...” 27 Yanvar 2020, 11:58 Fransa səfiri Bakı Ali Neft Məktəbində 27 Yanvar 2020, 11:54 DİM yeni qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək 27 Yanvar 2020, 11:48 Növbəti Məmmədyarov-Mnatsakanyan görüşünün vaxtı və yeri AÇIQLANDI 27 Yanvar 2020, 11:45 Metroda növbəti nasazlıq - Bu dəfə günahkar sərnişinlər deyil 27 Yanvar 2020, 11:44 Məktəblilər üçün avtobuslar təşkil ediləcək 27 Yanvar 2020, 11:40 Ceyhun Bayramov şagird sıxlığı olan məktəblərdən DANIŞDI 27 Yanvar 2020, 11:36 Madər Musayevin Seçki Qərərgahı 10 gündə 27 görüş keçirib - FOTO 27 Yanvar 2020, 11:34 18 yaşlı müğənni 4 “Qremmi” qazandı 27 Yanvar 2020, 11:29 2020-ci ildə Azərbaycanla yanaşı bu ölkələrdə də seçkilər olacaq - TƏQVİM 27 Yanvar 2020, 11:22
SORĞU Yeni parlamentdə kimlər olsun?