Arxiv
13 Dekabr 2019, 22:17 | AKTUAL
İlyas İsmayılov bağışlamadı: “Mənə desəydi, oğluma xəbərdarlıq edərdim”

Bakırköydə azərbaycanlı iş adamı Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirovla sürücüsü Barış Aslanın məhkəməsi olub.


Modern.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmədə Dəmirovla Aslan vəkilləri ilə birlikdə, E.İsmayılovun atası İlyas İsmayılov, jurnalist Sevil Nuriyevanın vəkili də iştirak ediblər.

Dəmirov ifadəsində “Etimad söhbət etdiyimiz yerdə qəfil ayağa qalxdı, əlini cibinə apardı. Mən isə ehtiyat üçün özümlə götürdüyüm silahla ona atəş açdım. Əlindəkinin telefon olduğunu sonradan gördüm. Başqa yolum yox idi. Atası burdadır. Azərbaycanın ən hörmətli insanlarından biridir. Ondan üzr istəyirəm. O da Etimadın necə insan olduğunu bilir. Peşmanam, kaş belə hadisə olmayayadı”,- deyib.


İlyas İsmayılov isə Gözəl Dəmirovdan şikayətçi olduğunu bildirib:

“Türkiyənin ədalətinə güvənirəm. Oğlum onun dediyi kimi biri deyildi. Sözünün üstündə duran, mərd, dürüst biri idi. Öz pulu ilə Somalidəki uşaqlar üçün su quyusu qazdırmışdı. Müqavilələr imzalayarkən uşaq evlərinə pul yardımı şərtini irəli sürürdü. Gözəl mənə desəydi, oğluma xəbərdarlıq edərdim. O, mənim bir sözümü iki etməzdi”.


S.Nuriyevanın vəkili də müttəhimdən şikayətçi olduqlarını bildirib.

Məhkəmə Gözəl Dəmirovun həbsinin davamına, Barış Aslanın isə ölkə xaricinə çıxmaq qadağası və hər gün ən yaxın polis idarəsində imza verməsi şərti ilə sərbəst buraxılmasına qərar verilib.

Qeyd edək ki, Bakırköy Cümhuriyyət Baş Prokurorluğunun hazırladığı iddianamədə Gözəl Dəmirovun “qəsdən adam öldürmə”, “qanunsuz silah daşıma və istifadə etmə” maddələri ilə ömürlük həbsi tələb edilir.

Barış Aslan haqqında isə “qəsdən adam öldürməyə yardım etmə”, “qanunsuz silah daşıma və ya istifadə etmə” maddələri üzrə 16 ildən 23 ilədək həbs ittihamı irəli sürülüb.

Xatırladaq ki, Etimad İsmayılov 2018-ci il sentyabrın 19-da Bakırköydəki ofisində silahla öldürülüb. Onun qatili - DİN-in keçmiş idarə rəisi Gözəl Dəmirov hadisəni 4 milyonluq sənəd borcu üstündə törədib. O, daha əvvəlki ifadəsində Etimadın onu pulu ödəməyəcəyi təqdirdə nəvəsini öldürməklə hədələdiyini və qətli bu səbəbdən törətdiyini bildirmişdi.

E.İsmayılov jurnalist Sevil Nuriyevanın həyat yoldaşı, Ədalət Partiyasının sədri və Azərbaycanın ilk Ədliyyə naziri İlyas İsmayılovun oğludur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Süni tənəffüs cihazına qoşulan COVİD-19 xəstələrinin sayı artdı - STATİSTİKA 16 İyul 2020, 21:45 “Ermənistana təkcə döyüşdə deyil, beynəlxalq sahədə də ciddi zərbələr vurulur” - Azay Quliyev 16 İyul 2020, 21:31 159 Azərbaycan vətəndaşı Daşkənddən vətənə qayıdıb 16 İyul 2020, 21:18 Düşmənə məxsus kazarma məhv edildi - VİDEO 16 İyul 2020, 21:06 Raquf Orucovun həyat yoldaşı: “Polada “qardaşım” deyirdi...” 16 İyul 2020, 20:47 Təbrizdə Azərbaycana dəstək aksiyası - VİDEO 16 İyul 2020, 20:32 HHQ komandanı Hulusi Akarla görüşdü 16 İyul 2020, 20:16 Qubada iribuynuzlu heyvanları sel aparıb 16 İyul 2020, 20:07 İlham Əliyev və birinci xanım açılışda (YENİLƏNİB) - FOTO 16 İyul 2020, 20:00 Polad Bülbüloğlu rusiyalı nazir müavini ilə görüşdü 16 İyul 2020, 19:53 Konstitusiya Məhkəməsi Baş nazirin sorğusu əsasında qərar qəbul etdi 16 İyul 2020, 19:45 Azərbaycan diasporu Polşada ermənilərin təxribat cəhdini boşa çıxardı - FOTO   16 İyul 2020, 19:38 “XİN-də dövlətçiliyə bağlı insanlar irəli çəkilməlidir” - Tanınmış diplomat 16 İyul 2020, 19:31 Ceyhun Bayramov Xarici işlər naziri kimi ilk iclasa QATILDI 16 İyul 2020, 19:24 “Həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə işləyirik” - Mariya Zaxarova 16 İyul 2020, 19:17 “Azəriqaz” Ağdam kəndində qaz təchizatını bərpa etdi - Video 16 İyul 2020, 19:10 Xarici İşlər Nazirliyi məlumat YAYDI 16 İyul 2020, 19:02 Mövlud Çavuşoğlu Ceyhun Bayramovu  təbrik etdi 16 İyul 2020, 18:56 Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr - SİYAHI 16 İyul 2020, 18:50 Gürcüstan azərbaycanlıları Azərbaycana dəstək aksiyası keçirirlər - FOTO 16 İyul 2020, 18:43 Polşada Azərbaycan Ordusuna dəstək - VİDEO 16 İyul 2020, 18:35 Hirkan Milli Parkında yanğın olub 16 İyul 2020, 18:27 AMEA-da yeni TƏYİNATLAR 16 İyul 2020, 18:20 Azərbaycan Müdafiə nazirinin müavini Türkiyəyə getdi 16 İyul 2020, 18:12 Səkkiz il övlad arzusunda olan şəhid gizirimizin qızı dünyaya gəldi 16 İyul 2020, 18:05 Milli Məclisə hücum edənlər SAXLANILDI - FOTO 16 İyul 2020, 17:58 Şəhid hərbçimiz dəfn olundu - FOTOLAR 16 İyul 2020, 17:52 “PUA-larımız üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var” - Vaqif Dərgahlı 16 İyul 2020, 17:46 “Abituriyentlər üçün dərs vaxtı”nın sabahkı cədvəli AÇIQLANDI 16 İyul 2020, 17:40 Ordumuz daha bir şəhid verdi - FOTO 16 İyul 2020, 17:34 Dolların sabaha olan kursu açıqlandı 16 İyul 2020, 17:28 Fransa Azərbaycanlılarının Koordinasiya Şurası BƏYANAT yaydı 16 İyul 2020, 17:22 “Mənasız videokonfranslar keçirmək fikrində deyilik” - İlham Əliyev 16 İyul 2020, 17:17 Biz bu gün həm işğalçılara, həm də yerli xəyanətkarlara qarşı vuruşuruq 16 İyul 2020, 17:11 Ermənistanın hərbi klinikaları yaralılarla DOLUDUR 16 İyul 2020, 17:10