Arxiv
14 Dekabr 2019, 13:13 | AKTUAL
Azərbaycanlı olimpiya ÇEMPİONLARI – onlar indi nə işlə məşğuldurlar?

1992-ci ildə baş tutan XXV Yay Olimpiya Oyunları ərəfəsində dünyanın siyasi xəritəsi dəyişdi. 1991-ci ilin sonunda SSRİ dağıldı və onun tərkibinə daxil olan dövlətlər müstəqillik qazandı. Bu dövlətlərin növbəti Olimpiya Oyunlarında iştirakı məsələsi isə Beynəlxalq Olimpiya Komitəsini (BOK) problem qarşısında qoyurdu. Müstəqillik əldə edən dövlətlər öz Olimpiya Komitələrini təsis etsə də, 1992-ci ildə BOK bu Komitələrin çoxunu tanımırdı. Bununla yanaşı, başqa bir problem də hökm sürürdü. Yeni yaranmış müstəqil dövlətlərin idmançıları lisenziya yarışlarında öz ölkələrinin bayrağı altında çıxış etmədi. Dünya və Avropa Çempionatlarında, lisenziya yarışlarında SSRİ-nin bayrağı altında çıxış etdi. Buna görə də, müstəqil dövlətlərin əksəriyyəti Olimpiya Oyunlarına sərbəst qatılmaq hüququna malik deyildi. Buna görə də, BOK tərəfindən Müstəqil Dövlətlər Birliyinin (MDB) komandasının Olimpiya Oyunlarına buraxılması qərara alındı. Bu komanda Barselonada BOK-un bayrağı altında çıxış etdi. MDB-nin himni və bayrağı olmadığından komanda yarışlarının qaliblərinin mükafatlandırılması zamanı BOK-un, şəxsi yarışlarda isə idmançının təmsil etidiyi ölkənin bayrağının qaldırılması qərara alındı.

 

Barselonada baş tutan XXV Yay Olimpiya Oyunlarının 26 iyulda keçirilən təntənəli açılış mərasimində üçrəngli Azərbaycan bayrağını Avropa çempionu, cüdoçu Nazim Hüseynov apardı. O üçrəngli bayrağın arxasında Azərbaycanın 5 idmançısı gedirdi. Azərbaycanın birinci medalını da cüdoçu Nazim Hüseynov qazandı. Bu Azərbaycan idmanı tarixində əlamətdar hadisə idi. Barselonada Azərbaycanın bayrağı qaldırıldı və himni səsləndirildi. 

 

Nazim Hüseynov 1969-cu il avqustun 2-də Bakı şəhərində anadan olub. Cüdo idman növü ilə 1980-ci ildən məşqçi Ağayar Axundzadənin rəhbərliyi altında başlayıb.

1992-ci ildə cüdo üzrə əməkdar idman ustası adına layiq görülüb. 1989-cu ildə gənclər arasında SSRİ birinciliyinin və Ümumiittifaq idman oynlarının qalibi olub. SSRİ çempionatının bürünc (1990, 1991), dünya çempionatının bürünc (1991, Barselona), Avropa çempionatının qızıl (1992, Paris) mükafatçısı olub.

N. Hüseynov 1992-ci ildə Barselonada XXV Yay Oyunlarının qalibi olub. Həmin il bütün çəki dərəcələri üzrə Avropanın ən güclü cüdoçusu adına layiq görülüb. Olimpiya çempionu 1993-cü ildə Avropa çempionluğuna (Afina) yüksəlib, dünya çempionatının (Kanada, Hamilton) gümüş mükafatını qazanıb. 1994-cü ildə isə Avropa çempionatının (Polşa, Qdansk) gümüş medalına layiq görülüb.

1996-cı il Atlantada, XXVI Yay Olimpiya Oyunlarının iştirakçısı və Azərbaycan Olimpiya komandasının kapitanı olub.

Qazandığı yüksək idman nailiyyətlərinə görə 1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Şöhrət” ordeninə layiq görülüb.

Ölkə prezidentinin 10 oktyabr 2002-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünə layiq görülüb.

2009-cu ildə Azərbaycan Milli Olimpiya Komitəsinin sifarişi ilə Nazim Hüseynova həsr olunmuş “İlk qızıl” filmi çəkilib.

Hazırda Azərbaycan cüdosunun əfsanəsi Nazim Hüseynov gənc idmançılara öz töhfələrini verməkdədir. O, öz bilik və bacarıqlarını gənclərdən əsirgəmir. Ona görə, son illərdə Nazim Hüseynovun yetişdirdiyi yeni çempionlar dünya cüdo arenasına daxil olub.

 

Növbəti olimpiya çempionumuz Radik İsayev 26 sentyabr 1989-cu ildə anadan olub. Azərbaycan taekvondoçusu 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Radik İsayev, 2015-ci ildə keçirilmiş I Avropa Oyunlarının və 2017-ci ildə təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. O, həmçinin 2017-ci ildə Tayvanın paytaxtı Taybey şəhərində baş tutan Tələbələrin Universiada Oyunlarının bürünc medalına sahib olub.

O, həmdə 2014-cü ildə Avropa, 2015-ci ildə isə Dünya çempionu olub. Azərbaycan yığmasının heyətində 2015 və 2016-cı illərdə Komandalar arası Dünya Kubokunun qalibi olub.

Radik İsayev, I Avropa Oyunlarında qazandığı uğura görə "Şöhrət" ordeni ilə, XXXI Yay Olimpiya Oyunlarında qazandığı uğura görə isə "Vətənə xidmətə görə" I dərəcəli ordeni ilə təltif edilib.

Hazırda taekvando ilə məşğuldur və ölkəmizi xaricdə təmsil edir.

 

Güləşçimiz Toğrul Əsgərov 1992-ci il sent­­­yab­­­rın 17-də Gən­­­cə şə­­­hə­­­rin­­­də ana­­­dan olub. Olimpiya oyunlarının (2012), Avropa Oyunlarının (2015), Avropa çempionatının (2012) qalibi, dünya çempionatının gümüş (2010), Dünya kubokunun bürünc (2015) medalçısı, qran-pri turnirlərinin qalib və mükafatçısıdır.

Olimpiya lisenziyasını 2015-ci ildə ABŞ-ın Las Veqas şəhərində keçirilən dünya çempionatında qazanmışdı.

T.Əsgərov hazırda güləş kariyerasını davam etdirir. Bu günlərdə Gəncədə “Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində olimpiya çempionu Toğrul Əsgərov haqqında çəkilən film nümayiş olunub. 

 

Azərbaycan çempionu Şərif Şərifov 1988-ci il noyabr 11-də anadan olub. O, 2012-ci ildə Olimpiya Oyunlarının qalibi, bundan bir il əvvəl dünya çempionatının qızıl medalını və 2009-cu ildə isə bürünc medalını qazanıb. Ş.Şərifov 2012-ci ildə Dünya kubokunun qızıl,  2015-ci ildə isə bürünc medalını əldə edib. Çempionumuzun uğurları bununla da bitmir. Şərifov 2010-cu ildə Avropa çempionatının gümüş, 2011-ci ildə isə bürünc medalçısı, qran-pri turnirlərinin qalibi və mükafatçısıdır. O da digər olimpiaçılarımız kimi kariyerasını davam etdirir. Hətta noyabrın 29-30-da Rusiyanın paytaxtı Moskvada sərbəst və yunan-Roma güləşi üzrə keçirilən ALROSA kubokunda qüvvəsini sınayıb.

 

Ən məşhur olimpiya çempionlarımızdan biri olan Elnur Məmmədlini də qeyd etməliyik. O, 1988-ci il iyunun 29-da Bakı şəhərində anadan olub. Cüdo üzrə beynəlxalq dərəcəli idman ustasıdır. 2009-cu ildən əməkdar idman ustasıdır.

Respublika Olimpiya İdman Liseyni bitirib, 2005-2009-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb.

Allahverdi Yaşarın rəhbərliyi altında cüdo ilə məşğul olmağa başlayıb. Dəfələrlə respublika və beynəlxalq turnirlərin qalibi olub. 2007-ci idlə dünya çempionatında II yer, Avropa çempionatında I yer və elə həmin il İtaliyanın Roma şəhərində də “Dünya Kuboku ”nda I yeri tutub. Almanyada  2008-ci ildə keçirilən Super Dünya Kubokunun qalibidir.

2008-ci ildə Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarının qalibidir. 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif edilib. 2008-ci ildə Avropanın ən güclü cüdoçusu, Azərbaycanın ən yaxşı idmançısı adına layiq görülüb. Azərbaycan Respublikasının Prezidentinin xüsusi Olimpiya təqaüdçüsüdür.

Bir müddət öncə Elnur Məmmədlinin Dövlət Təhlükəsizlik Xidmətində mühüm vəzifəyə təyin olunduğu barədə xəbərlər yayıldı. DTX-da şöbə rəisi postuna təyin edildiyi bildirilən Elnur Məmmədlinin bundan əvvəl Bakı şəhər DYPİ-də çalışıb.

 

Fərid Mansurov 1982-ci il mayın 10-da Gürcüstanın Dmanisi rayonunda anadan olub. Məşqçisi Azərbaycan Respublikasının əməkdar məşqçisi Əliqulu Həsənoğludur.Yeniyetmələr arasında dünya çempionatının gümüş mükafatçısı, gənclərin dünya birinciliyinin çempionudur. 2002-ci ildə Rusiyada keçirilən dünya çempionatında gümüş medal qazanıb. Bir sıra “Qran-Pri” turnirlərinin qalibi olub.

Fərid Mansurov 2004-cü ildə, Afinada 66 kq çəki dərəcəsində, yunan-Roma güləşi üzrə XXVIII Yay Olimpiya Oyunlarının qalibi olub.

Azərbaycan Respublikası Prezidentinin Sərancamları ilə 2002-ci ildə “Tərəqqi” medalı ilə, 2004-cü ildə isə “Şöhrət” ordeninə layiq görülüb.

İkiqat Dünya çempionu, XXIX Yay Olimpiya Oyunlarının iştirakçısıdır. 2009-cu ildə Bakıda, “Qızıl Qran-pri” turnirində I yerə layiq görülüb.

Hazırda Fərid Mansurov yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisidir. Həmçinin Gənclər və İdman Nazirliyində İdman şöbəsinin müdiridir.

 

Atıcılıq üzrə olimpiya çempionumuz Zemfira Əli qızı Meftaxetdinova 1963-cü il mayın 28-də Bakı şəhərində anadan olub. Stend atıcılığı ilə 1976-cı ildən, SSRİ-nin əməkdar məşqçisi Hafiz Cəfərovun rəhbərliyi altında başlayıb.

1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Beynəlxalq dərəcəli idman ustası və əməkdar idman ustasıdır.

Avropa çempionatında şəxsi və komanda ilə iştirakı zamanı müxtəlif yerlərə layiq görülüb. 1998-ci ildə İtaliya Dünya Kubokunun qalibi, sonrakı il isə Yaponiya Dünya Kubokunda I yeri tutub.

Zemfira Meftəhəddinova karyerasının ən yüksək uğurunu 2000-ci ildə Avstraliyanın Sidney şəhərində qazanıb. XXVII Yay Olimpiya Oyunlarında uğurla çıxış edərək Olimpiya çempionluğuna yüksəlib.

2001-ci ildə dünya çempionu adını qazanan Zemfira Seulda dünya kubokunun gümüş medalını da əldə edib. 2003-cü ildə Çexiyada Avropa çempionluğuna  yüksəlib.

2004-cü ildə Yunanıstanın Afina şəhəri Zemfira üçün uğurlu olub. Dünya kuboku uğrunda yarışlarda ikinci yeri tutan idmançımız, ardınca orada keçirilən XXVIII Yay Olimpiya Oyunlarının bürünc mükafatını qazanıb.

Zemfira Meftəhəddinova ikiqat Olimpiya, altiqat dünya rekordçusudur. Ölkə prezidentinin səəncamı ilə “Şöhrət” ordeni və iki dəfə “Tərəqqi” medalı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2002-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Olimpiya təqaüdçüsüdür.

2008-ci il, Pekin XXIX Yay Olimpiya Oyunlarının iştirakçısıdır. Z. Meftəhəddinova 1994-cü ildən polis orqanlarında işləyir, polis polkovnik-leytenantıdır.

 

Növbə Namiq Abdullayevindir. O, 1971-ci il yanvarın 4-də Bakı şəhərində anadan olub. 2004-cü ildə BDU-nun hüquq fakültəsini bitirib. 1983-cü ildən Azərbaycan Respublikasının əməkdar məşqçisi Vahid Məmmədovun başçılığı ilə “Spartak” İC-də sərbəst güləş idman növü ilə məşğul olmağa başlayıb. Dəfələrlə Azərbaycan çempionu və bir çox beynəlxalq turnirlərin qalibi olub. 1989-cu ildə SSRİ birinciliyində (gənclərin) gümüş, 1990-cı ildə SSRİ çempionatında bürünc medal qazanıb. 1990-cı ildə “Dünya kuboku” yarışlarının qalibi, 1991-ci ildə SSRİ birinciliyinin qalibi olub.

1991-ci ildə gənclər arasında SSRİ xalqlarının spartiakidasında gümüş, 1991-ci ildə dünya birincilliyində bürünc (gənclər), 1992-ci ildə sonuncu dəfə keçirilən MDB ölkələrinin çempionatında qızıl medal qazanıb. Aleksandr Medvedin şərəfinə keçirilən “Qran-Pri” beynəlxalq turnirinin üçqat qalibidir.1996-cı ildə İvan Yarıginin şərəfinə keçirilən “Qran-Pri” turnirinin qalibi olub, 1997-ci ildə isə həmin turnirdə II yerə layiq görülüb. 1994, 1995, 2003-cü illərdə Avropa çempionatında qızıl medal qazanıb, 1996-cı ildə III yerə, 1997-ci ildə II yerə, 2006-ci ildə II yerə layiq görülüb. 1994, 1998, 2002-ci illərdə dünya çempionatında gümüş, 2006-cı ildə bürünc medal qazanıb. 1995-ci ildə Hərbçilərin Olimpiya Oyunlarında II yerə çıxmış, 1996-cı ildə XXVI Yay Olimpiya Oyunlarında gümüş (II yer,Atlanta), 2000-ci ildə Avstraliyada keçirilən XXVII Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Sidney Yay Olimpiya Oyunlarının paradında Azərbaycan komandasının bayraqdarı olub.“Dünya Kuboku” yarışının qalibi – 2004, Afinada keçirilən XXVIII Yay Olimpiya Oyunlarının iştirakçısı olub. 1995-ci ildə “Tərəqqi” medalı, 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub, Azərbaycan Respublikasının əməkdar idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür. Azərbaycan Respublikası Prezidentinin xüsusi Olimpiya təqaüdçüsü, Heydər Əliyev Fondunun Olimpiya çempionları təqaüdçüsüdür. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar İdarəsində idman komandasının rəisi vəzifəsində xidmət edir. Rütbəsi polkovnik-leytenantdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Siyəzəndə zəlzələ oldu 20 Yanvar 2020, 22:19 Bələdiyyələrin fəaliyyətlərini tənzimləyən normativ hüquqi aktlar 20 Yanvar 2020, 22:09 Türkiyənin bəzi məhsulları Azərbaycanda istehsal oluna bilər 20 Yanvar 2020, 21:53 Abşeronda mənzildən kişi meyiti tapıldı 20 Yanvar 2020, 21:37 Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə görüşdü 20 Yanvar 2020, 21:20 İstiqlal salnaməsinin qəhrəmanlıq səhifəsi 20 Yanvar 2020, 21:11 Azay Quliyev qazilərlə birlikdə 20 yanvar şəhidlərini anıb - FOTOLAR 20 Yanvar 2020, 20:50 Mingəçevir sakini odlu silahdan yaralandı 20 Yanvar 2020, 20:17 Rəşad Mahmudov seçicilərlə görüşdü: şəhid atasına baş çəkildi – FOTO 20 Yanvar 2020, 20:01 Lerikdə 20 yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib - FOTO 20 Yanvar 2020, 18:56 Hicran Hüseynova Sumqayıtda aztəminatlı ailələrlə görüşüb - FOTO 20 Yanvar 2020, 18:10 Oğurluq üstündə saxlanıldı - başqa cinayətlərinin üstü açıldı 20 Yanvar 2020, 18:01 İqbal Məmmədov Lerikdə şəhid ailələri və Qarabağ əlilləri ilə görüşüb - FOTO 20 Yanvar 2020, 17:50 Ziyafət Əsgərov Lənkəranda şəhid ailələrinin problemləri ilə maraqlanıb - FOTO 20 Yanvar 2020, 17:40 İcra başçısı şəhid ailəsinə baş çəkdi - FOTO 20 Yanvar 2020, 17:30 Çexiya Senatının spikeri vəfat etdi 20 Yanvar 2020, 17:20 Ziyafət Əsgərov və Hadı Rəcəbli Lənkəranda 20 Yanvar şəhidlərinin abidəsini ziyarət ediblər  20 Yanvar 2020, 17:08 Siqaret çəkən futbolçular millimizin heyətindən qovuldu 20 Yanvar 2020, 17:00 Fransa səfiri Azərbaycan xalqına başsağlığı verib 20 Yanvar 2020, 16:52 Rus generalı 20 yanvar qırğınından YAZIB: “Xalq Cəbhəsinin dəniz vağzalındakı mərkəzini tutduq” 20 Yanvar 2020, 16:45 “Unutmadıq, unutmarıq!” - AzTV-nin şəhidlərimizə həsr etdiyi videoçarx 20 Yanvar 2020, 16:37 Axısxa türkü olan “Azərbaycan bayrağı” ordenli döyüşçü ölüm ayağındadır 20 Yanvar 2020, 16:29 Sarkisyanın cinayət işi ilə bağlı materiallar prokurorluğa GÖNDƏRİLDİ 20 Yanvar 2020, 16:20 BBC-nin baş direktoru istefaya gedir 20 Yanvar 2020, 16:11 Məşhur Məmmədov Şəhidlər xiyabanını ziyarət edib 20 Yanvar 2020, 16:03 Lavrovdan Liviya AÇIQLAMASI 20 Yanvar 2020, 15:55 Azərbaycanda ana və üç övladı itkin düşdü - FOTO 20 Yanvar 2020, 15:48 Mövlud Çavuşoğludan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2020, 15:40 Deputatlığa namizədlərin təbliğat fotoları: Niyə əksəriyyət “əliqoynunda” dayanır 20 Yanvar 2020, 15:32 "Fitch" Azərbaycan üzrə reytinqi təsdiqləyib 20 Yanvar 2020, 15:24 Bir gündə 20 cinayətkar tutuldu 20 Yanvar 2020, 15:17 Meyxanaçının bacısı oğlunun intiharı ilə bağlı cinayət işi başladı 20 Yanvar 2020, 15:10 Baş prokuror istefa verdi 20 Yanvar 2020, 15:02 Azərbaycanda kişi küçədə soyuqdan donaraq öldü 20 Yanvar 2020, 14:55 Sumqayıtda qəzaya düşən 7 tibb işçisindən XƏBƏR VAR 20 Yanvar 2020, 14:47
SORĞU Yeni parlamentdə kimlər olsun?