Arxiv
14 Dekabr 2019, 20:36 | HADİSƏ
Bazardakı yanğın 300 kv. metr sahəni əhatə edib: xəsarət alan yoxdur - RƏSMİ

Bu gün  saat 17:29-da Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "3-cu mikrorayon bazarı" kimi tanınan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə 4 dəqiqə sonra, yəni saat 17:33-də ilk yanğınsöndürmə briqadaları hadisə yerinə çatıb:
"Yanğının mürəkkəbliyinə, ərazidə yüksək yanğın riskli çoxsaylı obyektlərin mövcudluğuna baxmayaraq, yanğınsöndürənlərin peşəkarlığı və şücaəti sayəsində yanğının böyük əraziyə yayılmasına və daha böyük faciəyə səbəb olmasına imkan verilməyib. Belə ki, yanğın saat 18:00-da, yəni ilk yanğınsöndürmə briqadaları hadisə yerinə çatandan 27 dəqiqə sonra məhdudlaşdırılıb və saat 18:19-da tam söndürülüb.


Ümumilikdə 6100 kv.m-dən artıq sahəsi olan bazarda 280 kv.m sahədə kafe və satış piştaxtaları, 2 ədəd "QAZEL" markalı yük avtomobili və bazara bitişik 50 kv.m sahəsi olan avtomobil təmiri sexi yanıb. Bazarın qalan hissəsi yəni, 5800 kv.m-dən artıq ərazisi və yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub".

Rəsmi məlumata görə, yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Qeyd edək ki, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətindən 17 ədəd texnika və 75 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 8 ədəd texnika və 66 nəfər canlı qüvvə cəlb edilib, Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və nazirliyin aidiyyəti qurum rəhbərliyi hadisə yerində olub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azay Quliyev qazilərlə birlikdə 20 yanvar şəhidlərini anıb - FOTOLAR 20 Yanvar 2020, 20:50 Mingəçevir sakini odlu silahdan yaralandı 20 Yanvar 2020, 20:17 Rəşad Mahmudov seçicilərlə görüşdü: şəhid atasına baş çəkildi – FOTO 20 Yanvar 2020, 20:01 Lerikdə 20 yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib - FOTO 20 Yanvar 2020, 18:56 Hicran Hüseynova Sumqayıtda aztəminatlı ailələrlə görüşüb - FOTO 20 Yanvar 2020, 18:10 Oğurluq üstündə saxlanıldı - başqa cinayətlərinin üstü açıldı 20 Yanvar 2020, 18:01 İqbal Məmmədov Lerikdə şəhid ailələri və Qarabağ əlilləri ilə görüşüb - FOTO 20 Yanvar 2020, 17:50 Ziyafət Əsgərov Lənkəranda şəhid ailələrinin problemləri ilə maraqlanıb - FOTO 20 Yanvar 2020, 17:40 İcra başçısı şəhid ailəsinə baş çəkdi - FOTO 20 Yanvar 2020, 17:30 Çexiya Senatının spikeri vəfat etdi 20 Yanvar 2020, 17:20 Ziyafət Əsgərov və Hadı Rəcəbli Lənkəranda 20 Yanvar şəhidlərinin abidəsini ziyarət ediblər  20 Yanvar 2020, 17:08 Siqaret çəkən futbolçular millimizin heyətindən qovuldu 20 Yanvar 2020, 17:00 Fransa səfiri Azərbaycan xalqına başsağlığı verib 20 Yanvar 2020, 16:52 Rus generalı 20 yanvar qırğınından YAZIB: “Xalq Cəbhəsinin dəniz vağzalındakı mərkəzini tutduq” 20 Yanvar 2020, 16:45 “Unutmadıq, unutmarıq!” - AzTV-nin şəhidlərimizə həsr etdiyi videoçarx 20 Yanvar 2020, 16:37 Axısxa türkü olan “Azərbaycan bayrağı” ordenli döyüşçü ölüm ayağındadır 20 Yanvar 2020, 16:29 Sarkisyanın cinayət işi ilə bağlı materiallar prokurorluğa GÖNDƏRİLDİ 20 Yanvar 2020, 16:20 BBC-nin baş direktoru istefaya gedir 20 Yanvar 2020, 16:11 Məşhur Məmmədov Şəhidlər xiyabanını ziyarət edib 20 Yanvar 2020, 16:03 Lavrovdan Liviya AÇIQLAMASI 20 Yanvar 2020, 15:55 Azərbaycanda ana və üç övladı itkin düşdü - FOTO 20 Yanvar 2020, 15:48 Mövlud Çavuşoğludan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2020, 15:40 Deputatlığa namizədlərin təbliğat fotoları: Niyə əksəriyyət “əliqoynunda” dayanır 20 Yanvar 2020, 15:32 "Fitch" Azərbaycan üzrə reytinqi təsdiqləyib 20 Yanvar 2020, 15:24 Bir gündə 20 cinayətkar tutuldu 20 Yanvar 2020, 15:17 Meyxanaçının bacısı oğlunun intiharı ilə bağlı cinayət işi başladı 20 Yanvar 2020, 15:10 Baş prokuror istefa verdi 20 Yanvar 2020, 15:02 Azərbaycanda kişi küçədə soyuqdan donaraq öldü 20 Yanvar 2020, 14:55 Sumqayıtda qəzaya düşən 7 tibb işçisindən XƏBƏR VAR 20 Yanvar 2020, 14:47 Deputatlığa namizəd Rövşən Sadıxov Bərdədə Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR 20 Yanvar 2020, 14:40 Məşhur rus generalı 20 yanvarda Bakını necə işğal etməsindən YAZIB 20 Yanvar 2020, 14:33 ABŞ səfiri 20 Yanvar qurbanlarının xatirəsini anıb - FOTO 20 Yanvar 2020, 14:24 "Qoca"nın qardaşı həbs olundu - FOTO 20 Yanvar 2020, 14:15 Türkiyənin Azərbaycandakı səfirliyinin bayrağı endirilib 20 Yanvar 2020, 14:09 Gəncədə ümumşəhər tədbiri keçirilib - FOTO 20 Yanvar 2020, 14:03
SORĞU Yeni parlamentdə kimlər olsun?