Modern.az

Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb

Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb

Aktual

15 Dekabr 2019, 15:59

Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb.

 

Modern.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Xalq artistinin oğlu Ayxan Dadaşov məlumat verib.

 

Ayxan Dadaşov Xalq artistinin sağlıq durumunun yaxşı olduğunu bildirib. R.Dadaşovun müalicəsi ev şəraitində davam etdiriləcək. 

 

Qeyd edək ki, Xalq artisti Rafael Dadaşov dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir