Arxiv
17 Dekabr 2019, 09:59 | QARABAĞ
Hərbi jurnalistlər 2019-cu ili DƏYƏRLƏNDİRDİLƏR: MiQ-29 hadisəsi...

İlin sonuna yaxınlaşırıq. Təbii ki, yola saldığımız il hamının yaddaşında fərqli təəssüratları ilə qalır. Maraqlıdır ki, Azərbaycanın hərb sahəsi 2019-cu ildə nələri ilə yadda qaldı?

 

Modern.az bu sualı hərbi sahədən yazan media nümayəndələrinə ünvanlayıb.

 

Moderator.az saytının əməkdaşı Üzeyir Cəfərov hesab edir ki, bu il Azərbaycan ordusu bir qədər də güclənib, təlimlərin kefiyyəti artıb. Onun sözlərinə görə, Dövlət Sərhəd Xidməti (DSX) uzun illər düşmən nəzarəti altında olan xeyli ərazini öz nəzarətimizə qaytarıb. Bu hardasa 2 kilometrə yaxın ərazidir:

 

“Bu il düşmənin itkiləri ötən illə müqayisədə daha çox olub, Azərbaycan Ordusuna yeni silahlar alınıb. Azərbaycan zabitləri keçən illə müqayisədə NATO-da müşahidəçi qismində çıxış etməklə bərabər, praktiki məsələlərdə də iştirak edib”.

 

Üzeyir Cəfərov qeyd edib ki, 2019-cu ildə Azərbaycan Ordusu uğurlu fəaliyyət göstərdi:

 

“Bizə deyə bilərlər ki, bu qədər uğurun qarşısında niyə Dağlıq Qarabağ məsələsində irəliləyiş yoxdur? Artıq sual hərbçilərə deyil, sırf siyasətçilərə ünvanlanmalıdır. Çünki hərbçilər əmri yerinə yetirən adamlardır. Hərbçilərə hansı tapşırıq veririlirsə, onlar həmin əmri icra edirlər. Mən düşünürəm ki, sabah qərar qəbul olunacaqsa, nəyin bahasına olursa olsun, Azərbaycan əsgəri öz üzərinə düşən vəzifəni yerinə yetirəcək. Düşmənin son zamanlar narahat bəyanatları, çıxışları məhz bundan irəli gəlir. Onlar bilir ki, Azərbaycan Ordusu bütün parametrlər üzrə düşməndən qat-qat güclüdür. Sadəcə olaraq siyasi amillər imkan vermir ki, Azərbaycan o üstünlüyü Dağlıq Qarabağ məsələsinin həlli ilə də yekunlaşdırsın”.

 

 

Ordu.az saytının Baş redaktoru Şahin Qocayev bildirib ki, 2019-cu ilin mart ayında DSX-nin sərhəd məntəqələrində nəzarəti ələ alması, Qazax-Ağstafa istiqamətində ordudan təhvil-təslimin DSX-ya verilməsi və nəticədə starteji yüksəklik istiqamətindəki məlum irəliləyiş ən böyük hadisə idi:

 

“Yəni Azərbaycan dövlət sərhəd xəttinə sərhədçilərimizin çıxması həmin bölgədə DSX-nın strukturunda döyüş intensivliyini artıracaqdı. Bildiyimiz kimi, onların əsas qaçaqmalçılığa, narkotiklə mübarizəyə və sərhədin mühafizəsinə dair təcrübəsi daha çox idi, nəinki düşmənlə sərhəddə sırf intensiv təmas xətti boyunca mübarizəyə. Növbəti mərhələdə gözləntilərin əksinə olaraq, cəmi bir neçə ay sonra DSX-nin aktiv fəaliyyəti və nəticədə 4 döyüş məntəqəsinin formalaşdırılması ən böyük hadisə idi”.

 

Şahin Qocayev deyib ki, bununla yanaşı, orduda təlimlərin intensivliyinin artmasını xüsusilə vurğulamaq lazımdır:

“2019-cu il üçün nəinki daxildə və Naxçıvanda keçirilən, xüsusilə Azərbaycanın Türkiyə, Gürcüstanla birlikdə keçirilən təlimləri xüsusi vurğulanmalıdır. Bildiyimiz kimi, bu il Qarabağ münaqişəsi zonasında sakitlik ilidi. Düşmən ölkəsində hakimiyyət dəyişilib, bu, danışıqların fərqli aparılmasına səbəb olub. Bunlar cəbhə xəttində intensivliyin aşağı düşməsinə səbəb olub. Bu il üçün Azərbaycan Ordusunun təlimlərdən başqa cəbhə zonasında intensiv olduğunu deyə bilmərik. Bu da birbaşa Azərbaycan Ordusunun fəaliyyəti ilə deyil, danışıqların daha çox irəli çəkilməsindən irəli gəlir”.

 

“AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanov isə bildirib ki, 2019-cu ildə Azərbaycanda hərb sahəsində demək olar ki, cəbhə xəttində nisbətən sakitlik müşahidə olunsa da, az saylı atəşkəs pozulması anları da yaşandı:

 

“Lakin Ermənistan-Azərbaycan sərhədində kifayət qədər gərginlik qeydə alınmağa başladı. Xüsusilə, apreldən avqust ayına qədər DSX Qazax-Ağstafa istiqamətində Ermənistanla sərhədi mühafizəyə götürdükdən sonra orada bizim qüvvələrimiz düşmənin təxribatlarını dəf edərək, öz mövqelərini önə çəkdilər”.

 

Rəşad Süleymanovun sözlərinə görə, bu, aprel döyüşlərindən, Günnüt əməliyyatından sonra ordumuzun irəliləyişlərindən biri oldu:

 

“Bu, cəbhədəki 2019-cu ildə üstünlüyümüzün göstəricilərindən biri oldu. Bu il yeni silah və texnikaların alınması xüsusi diqqət çəkdi. Müdafiə sənayesi sahəsində də dəyişikliklər oldu. Bunlardan biri yeni Müdafiə Sənayesi nazirinin təyin edilməsi oldu. Eləcə də ölkəmiz Türkiyə, Belarus və Rusiyada keçirilən sərgilərdə müdafiə sənaye potensialını nümayiş etdirdi və bu da bizim hərbi sahədəki uğurlarımızdan biri idi. Bu il eyni zamanda, Azərbaycan DSX-nın 100 illiyi təntənəli şəkildə qeyd edildi. Həmçinin, 2019-cu il həm Azərbaycan sərhəd mühafizəsinin, həm də hərbi hava qüvvələrinin 100-cü il dönümü kimi yadda qaldı”.

Yeniçağ.az saytının əməkdaşı Səxavət Məmməd:


“Atəşkəs olsa da, Azərbyacan Ermənistanla müharibə şəratindədir. 2019-cu il ərzində isə cəbhə xəttində sakitliyin hökm sürdüyünü və torpaqların hələ də işğal altında olduğunu nəzərə alsaq, tam əminliklə deyə bilərəm ki, yola salacağımız il hərb baxımında heç nə ilə yadda qalmayıb. Ümumiyyətlə, 2019-cu il cəbhədə atəş səsləri ötən illərə nisbətən qat-qat az olub. Maraqlananlar hər gün Müdafiə Nazirliyinin cəbhə xəbərlərində atəşin pozulma sayına baxa bilər. Bu il çox az hallarda atəkəs 30 dəfədən çox pozulub. Atəşkəs az sayda pozulsa da, hər iki tərəfdən itkilər oldu. Fikrimcə, ən böyük itkimiz Ağdam istiqamətində tabor komandiri, mayor Aqil Omarovun snayperlə vurulması oldu. Məncə bu müharibə səbəbi olmalı hal idi”.

 

Səxavət Məmməd qeyd edib ki, Gürcüstan sərhəddində baş verənləri də diqqətdən kənarda saxlamaq olmaz.


“Keşikçidağda gürcü təxribatçıların fəallığı, orada əsgərlərimizə qarşı təxribatı tənqid etdik. Orada təxribatçılara qarşı ciddi tədbir görülməli olduğunu bildirdik. Hadisələr baş verən zaman əraziyə gedib, oradan reportajlar da yazmışdım. Qısa zaman sonra Sərhəd Qoşunları ərazini tam nəzarətə götürdü. Hazırda heç gürcü keşişlər belə həmin əraziyə buraxılmır. Bundan əlavə, Sərhəd Qoşunları Qazax istiqamətində Ermənistanla sərhəddi təhvil götürdükdən sonra, orada da təxribatlar oldu. Bunun nəticəsi də düşmən tərəf üçün yaxşı nəticələnmədi. Bir tarktorçumuzun ölümünə qarşı erməni tərəfi bir neçə itki verdi. Qazax istiqamətində neytral zona ələ keçirildi və orada möhkəmlənmə işləri aparıldı.
Ötən il ən diqqət çəkən məqamlardan biri isə təlimlər sayıla bilər. Düzdür, müharibə şəratində oldu-olmadı hər bir ordu təlim keçir. Sadəcə, yola salacağımız il susqun keçdiyi üçün təlimləri önə çəkmək olar. Xüsusən Naxçıvan MR-da Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin təliminə diqqət çəkmək lazımdır. Belə ki, erməni tərəfinin yüksək çinli məmurlarının Naxçıvana iddialı olmalarını açıqladıqları zaman bu təlim onların yuxusuna haram qatdı.
Ölkədə islahatlar aparılır. Düşünürəm ki, bu islahatlardan Müdafiə Nazirliyi də öz nəsimini almalıdır. Uzun illərdir eyni postu tutan hərbi məmurlarla vidalaşıb, gənc və savadlı kadrları önə çəkmək lazımdır. Xüsusən hərb sahəsindən yazan kimi deyə bilərəm ki, ümumiləşdirsək, 2019-cu il hərb sahəsində yerimizdə saymışıq”.


Müəllifdən:
Rəyini öyrəndiyimiz hərbi jurnalistlər 2019-cu ilin facivəvi hadisəsi kimi yadda qalan Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsinin qəzasını unutduqlarına görə, bunu da qeyd etmək olar.
Bu il iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Təyyarənin ikin düşən pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi avqustun 20-də tapılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yeni dalğanın qarşısını almaq üçün peyvənd olunmalıyıq - Deputat 24 İyun 2021, 15:19 Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi 24 İyun 2021, 15:12 Yas mərasimlərinin təşkilinə də icazə verilsin - TƏKLİF 24 İyun 2021, 15:06 Suqovuşanı azad edən 10 min 647 hərbçiyə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 15:00 Deputat 3 kənddə seçicilərini qəbul edib - FOTOLAR 24 İyun 2021, 14:54 Çalışdığı şirkətin 15 mindən çox pulunu mənimsədi 24 İyun 2021, 14:48 Serbiya NATO-ya üzv olmayacaq 24 İyun 2021, 14:42 “Daşkəsən Dəmir Filiz” MMC bu universitetlə əməkdaşlıq edəcək 24 İyun 2021, 14:36 Bir qrup hərbçi “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi 24 İyun 2021, 14:30 Bugünədək 578250 hektar sahədə biçin aparılıb - FOTOLAR 24 İyun 2021, 14:25 Kəlbəcərin azadlığına görə təltif edilənlər - SİYAHI 24 İyun 2021, 14:20 Bakıda daha bir marşrut xətti karta keçdi 24 İyun 2021, 14:14 Prezident və xanımı “Gülüstan” SARAYINDA 24 İyun 2021, 14:08 Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI 24 İyun 2021, 14:02 “BakuBus”un avtobusu qəzaya düşdü - FOTOYENİLƏNİR 24 İyun 2021, 13:56 Lavrov Azərbaycanla Ermənistan arasında etimaddan DANIŞDI 24 İyun 2021, 13:50 Ermənistanda seçkilər, Bakı ilə Moskvanın məsləhətləşmələri - ŞƏRH                     24 İyun 2021, 13:45 Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib 24 İyun 2021, 13:40 Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ 24 İyun 2021, 13:34 Təhsil Nazirliyindən məzun günü ilə bağlı QƏRAR 24 İyun 2021, 13:28 Maliyyə Nazirliyində yeni təyinatlar 24 İyun 2021, 13:22 Şuşa fatehləri TƏLTİF OLUNDU 24 İyun 2021, 13:16 SOCAR 25 milyon dollarlıq müqavilə imzaladı 24 İyun 2021, 13:10 Ukraynada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib 24 İyun 2021, 13:04 “Bu qərarlarla istənilən toy sahibini cərimələmək mümkündür” - Deputatdan ETİRAZ               24 İyun 2021, 12:58 Sabahkı hava əksər insanlar üçün əlverişsiz olacaq - 43 dərəcə isti 24 İyun 2021, 12:52 Koronavirusa yoluxanlara da vaksin vurula bilər 24 İyun 2021, 12:46 COVİD-19 vaksini sonsuzluğa səbəb olur? - Rəsmi cavab 24 İyun 2021, 12:40 “Vaksin olunmuş insanlarda ağrı bütün peyvəndlər üçün keçərlidir” - Ekspert 24 İyun 2021, 12:34 Ermənilər nəyə əsasən “Virk-Vrastan” anlayışının mənasını Gürcüstan kimi qələmə verir?  24 İyun 2021, 12:28 Ölümündən sönra təltif olunan Şəhid polkovnik-leytenantlar - SİYAHI 24 İyun 2021, 12:22 Sabiq prezident vəfat etdi 24 İyun 2021, 12:16 Qubadlını azad edən hərbçilərə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 12:10 Cəbrayılın azadlığı uğrunda vuruşanlar TƏLTİF OLUNDU 24 İyun 2021, 12:04 Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başladı 24 İyun 2021, 12:00
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?