Modern.az

Deportasiyalarda sönən ÖMÜR - VİDEO

Deportasiyalarda sönən ÖMÜR - VİDEO

18 Dekabr 2019, 13:42

1988-89-cu illərdə Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlılar 31 ildir ki, doğma torpaqlarına həsrət qalıb. O torpaqlar on illərdir öz soydaşlarına qovuşa bilmir. İnsanı Vətənindən etmək, onu Ruhundan qovmaq deməkdir…

 

Haqqında söhbət açacağımız Seyfullah Abbasov öz ruhundan, varlığından, Vətənindən iki dəfə didərgin düşüb. 71 ildir ki, həyata gözlərindəki kədərin o üzündən boylanır… İlk dəfə 14 yaşında, 1948-ci ildə öz doğma yurdundan, Qərbi Azərbaycanın Amasiya bölgəsindən deportasiya edilib.

Dörd ildən sonra, 1952-ci ildə öz evlərinə qayıda bilib.

Lakin dördillik qürbət həyatı şüuraltı ağrı kimi hər zaman onu izləyib.

Nəhayət, bir gün özünü reallığa çevirib…

O, 1988-ci ildə ikinci dəfə yenidən deportasiyaya məruz qalıb…

Doğma Vətənindən gözlərindəki kədərin o üzünə köçüb…

O vaxtdan bu yana elə orada da yaşamaqdadır…

85 illik ömrünün artıq 71-ci ilini həyata göz yaşı donunda baxmaqda keçirir….

 

Elmin NURİ

Nəzrin ABDUL

Eybulla AĞADADAŞOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir