Arxiv
23 Dekabr 2019, 12:51 | MEDİA
Şəhid oğlu öz yurdunda mübarizə aparacaq - Daha bir jurnalist namizədliyini irəli sürdü

Jurnalist, şəhid oğlu Zaur Əhməd (Zaur Əhməd oğlu Məmmədov) deputatlığa namizədliyini irəli sürüb.

 

Modern.az xəbər verir ki, bu barədə məlumat verən Zaur Əhməd deyib ki, seçkilərə öz doğma yurdu Cəbrayıldan qatılıb:  “Artıq 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürmüşəm. Hətta imza vərəqələrini də götürüb, prosesə başlamışıq. Bu dairəni seçməkdə məqsədim var.

Mən Qarabağ savaşında ciddi yara alan bir nəsli, ailəni təmsil edirəm. Bütün nəslim, qohum-əqrəbam məcburi köçkün düşüb, evsiz-eşiksiz, Vətənsiz qalıb. Ən əsası, atam Qarabağ savaşında şəhid olub. Bu səbədən də işğal olunmuş doğma rayonumdan millət vəkili seçilib, yaralı bir təbəqənin təmsilçisi olmağı özümə borc bilirəm. Bu səbədən də, seçki marafonuna məhz bu dairədən qoşulmuşam”.

 

O qeyd edib ki, deputat yox, millətin həqiqi vəkili olmaq üçün mübarizəyə qoşulub: “Əsas amalım da doğma yurdum Cəbrayılın, eləcə də bütün Qarabağın azad olunması, hər bir vətəndaşının azad, firavan, işıqlı gələcəyinin qurulması və ən əsası, Qüdrətli, Azad, Milli ruhu yüksək Azərbaycan üçün çalışmaqdır.

 

Dünən mübarizə Qarabağda döyüş meydanında gedirdisə, bu gün müstəvi fərqlidir. Odur ki, atamın başlatdığı və şəhid olduğu bu savaşı yeni müstəvidə davam etdirmək qərarını verdim. Hər halda, müvafiq prosedurları keçəndən sonra yürüyəcəyimiz yolu və hədəfləri daha konkretləşdirəcəyik”.

 

Məlumat üçün bildirək ki, Zaur Əhməd oğlu Məmmədov 1983-ci ildə anadan olub. Bakı Dövlət Unversitesinin Jurnalistika fakültəsinin məzunudur.

 

2002-ci ilin aprel ayında hərbi xidmətə getmiş, 2003-cü ildə xidməti başa vurub. İlk olaraq, 2000-ci ildə “Şərq” qəzetində, daha sonra “Neytral” qəzetində işləyib. 17 il  “Reytinq” qəzetində müxbir, məsul katib, redaktor vəzifələrində çalışıb. Bununla yanaşı, 2008-ci ildən 2018-ci ilə qədər Müstəqil İnformasiya Agentliyinin redaktoru və baş redaktoru vəzifələrini daşıyıb. Hazırda “Unikal” qəzetinin redaktoru vəzifəsində çalışır.

 

Atası, Əhməd Teymur oğlu Məmmədov 1959-cu ildə Cəbrayıl rayonu, Hacılı kəndində anadan olub. 1994-cü ilin aprel ayının 11-də Ağdam rayonu ərazilərində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

 

Evlidir, iki övladı var.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
DTX Neftçalada 6 vəzifəli şəxsi HƏBS ETDİ 21 Fevral 2020, 17:35 MSK-nın sədr müavini namizədlərə irad tutdu 21 Fevral 2020, 17:24 Afət Həsənovanın seçki dairəsindən şikayətlərə BAXILDI 21 Fevral 2020, 17:18 İcra başçısı məktəbin tikintisi ilə bağlı şirkət rəhbəri ilə görüşüb 21 Fevral 2020, 17:12 Azercell transformasiya ilininin nəticələrini AÇIQLANDI 21 Fevral 2020, 17:06 MSK-da baxılmayan şikayət qala bilməz - Məzahir Pənahov 21 Fevral 2020, 17:00 Rüstəm Xəlilov Talış kəndinin sakinlərilə görüşüb - FOTO 21 Fevral 2020, 16:53 İstirahət günlərinin hava proqnozu açıqlandı 21 Fevral 2020, 16:47 MSK-dan Ramil Həsənin lider olduğu dairə barədə QƏRAR 21 Fevral 2020, 16:41 İlqar Rəhimov I vitse-prezidenti işdən azad etdi 21 Fevral 2020, 16:36 Bakıda uşaq poliklinikasında yanğın olub 21 Fevral 2020, 16:30 Bakı metrosu koronavirusa qarşı dezinfeksiyada “ProGreen ProFix” dərmanından İSTİFADƏ EDİR 21 Fevral 2020, 16:24 Gülnar Əliyevanın qəbrinin görüntüləri bizdə də varMSK üzvü ölüf-ölüf videosundan danışdı 21 Fevral 2020, 16:18 MSK-nın iclası başladı 21 Fevral 2020, 16:12 Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - İyirminci və iyirmi birinci söz 21 Fevral 2020, 16:06 Nazirlik sahibkarlara müraciət etdi 21 Fevral 2020, 16:00 Yaşıllıq sahələrinə elektron formada nəzarət ediləcək 21 Fevral 2020, 15:55 I sinfə qəbul qaydaları AÇIQLANDI 21 Fevral 2020, 15:49 Gürcüstanda adam öldürüb Bakıda gizlənən şəxs tutuldu - FOTO 21 Fevral 2020, 15:45 İmtahanların nəticələri AÇIQLANDI 21 Fevral 2020, 15:39 “Ana harayı” abidəsinin yeri və forması dəyişdiriləcək? – Əməkdar memar DANIŞDI       21 Fevral 2020, 15:34 Elçibəyin oğlu maddi vəziyyətindən danışdı: “İdarə edirik” 21 Fevral 2020, 15:30 Hindistanlı çəkiliş qrupunun Xızı dağlarında SƏRGÜZƏŞTLƏRİ 21 Fevral 2020, 15:23 İctimai nəqliyyatda gediş haqqı telefonla ödəniləcək 21 Fevral 2020, 15:17 “Anladım ki, ana dilim, ürəyimdən çıxmaz mənim!” 21 Fevral 2020, 15:10 Hadisə yerindən qaçan sürücü tutuldu - RƏSMİ 21 Fevral 2020, 15:04 BMU-nun tələbələrinə smart tələbə kartları verildi - FOTO 21 Fevral 2020, 14:58 İranda koronavirusdan ölənlərin sayı 4 nəfərə çatdı 21 Fevral 2020, 14:52 Nazir müavinləri rayonlarda qəbul keçirdilər 21 Fevral 2020, 14:46 “Valiko Həsrət” ləqəbli narkobaron həbs edilib - FOTO 21 Fevral 2020, 14:40 Apelleyasiya Məhkəməsi də Bəxtiyar Hacıyevin şikayətini təmin etmədi 21 Fevral 2020, 14:35 General Həftər Liviyada sülh şərtlərindən danışdı 21 Fevral 2020, 14:30 Səfər Mehdiyev Litva səfiri ilə görüşdü 21 Fevral 2020, 14:24 “Azadlıq” stansiyasında “HADİSƏ”-VİDEO 21 Fevral 2020, 14:18 Avtomobili tapılan qadın oğrudan şikayət etmədi 21 Fevral 2020, 14:12