Modern.az

Modern.az-ın əməkdaşı bələdiyyə üzvü SEÇİLDİ – FOTO

Modern.az-ın əməkdaşı bələdiyyə üzvü SEÇİLDİ – FOTO

24 Dekabr 2019, 13:11

Modern.az saytı ilə əməkdaşlıq edən gənc jurnalist, hazırda Mədəniyyət və İncənət Universitetində rejissorluq ixtisası üzrə ali təhsilini davam etdirən Leyla Əsədullayeva 23 dekabr tarixində keçirilmiş bələdiyyə seçkisində uğur qazanıb.

L.Əsədullayeva 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizədliyini irəli sürmüşdü. O, Qaradağ rayonunun Korgöz bələdiyyəsinə üzv seçilib.

Leyla Əsədullayeva həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

“Bu çətin seçki marafonunun sonunda qazandığım qələbə məni həqiqətən çox sevindirdi. Mənə inanan və namizəd olaraq öz sıralarına alan Yeni Azərbaycan Partiyasına, partiyanın rəhbəri, ölkə başçısı İlham Əliyev cənablarına öz təşəkkürümü bildirirəm.
Mənim fəaliyyətimi hər zaman dəstəkləyən YAP Qaradağ rayon təşkilatına minnətdaram.
Əziz seçicilərim, ən böyük təşəkkür isə sizə düşür. Bu müddət ərzində məni tək qoymadığınız üçün sizə minnətdaram. Mənim namizədlik platformam da məhz sizlərin sosial rifahının yaxşılaşdırılması və gənclərin inkişafı üzərində qurulmuşdu. Üzvü olacağım Bələdiyyədə sizin maraqlarınızı ən mükəmməl şəkildə müdafiə edəcəyimə söz verirəm”,- L.Əsədullayeva bildirib.

Qeyd edək ki, Leyla Əsədullayeva Modern.az-da ştatdankənar müxbir kimi Leyla Şah imzası ilə çıxış edir. O, mədəniyyət və ədəbiyyat sahəsindən yazır.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?