Arxiv
28 Dekabr 2019, 18:00 | DİASPOR
Macarıstanda da Azərbaycan Evi açılıb - FOTO

Xarici ölkələrdə azərbaycanlıların kompakt yaşadıqları şəhərlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan evlərinin yaradılması prosesi davam edir. Dekabrın 27-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan evinin açılış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə ölkəmizin Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Səlhət Abbasova, Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndəsi İbrahim Səfərli, Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri, diaspor fəalları və media təmsilçiləri iştirak ediblər.

 

Tədbirdə səfir Vilayət Quliyev, Dövlət Komitəsinin nümayəndəsi Səlhət Abbasova, macar icmasının təmsilçisi Farkaş Jozef, Subyektiv Dəyərlər Fondunun (Subjective Values Foundation) rəhbəri Marsel Lorinç, diaspor təşkilatlarının rəhbərləri Ramiz Əmirli, Svetlana Abdullayeva, Əliağa Ağayev və Cavid Əhmədov çıxış edərək soydaşlarımızı bu önəmli hadisə münasibətilə təbrik ediblər. Onlar bu addımı uzun illər Azərbaycan evinin yaradılması arzusu ilə yaşayan soydaşlarımıza Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində dövlətimizin böyük hədiyyəsi və qayğısı kimi dəyərləndiriblər. Dövlət Komitəsinin Strateji Yol Xəritəsinə uyğun olaraq xaricdə açılan Azərbaycan evlərinin soydaşlarımızın birgə fəaliyyəti, şəbəkələşməsi, azərbaycançılııq ideologiyası ətrafında birləşməsi baxımından əhəmiyyəti qeyd edilib. Azərbaycan evlərinin dövlətini və xalqını sevən, milli maraqlarımıza hörmətlə yanaşan hər kəs üçün açıq bir müzakirə məkanı, görüş yeri olduğu vurğulanıb. Tədbirdə macar dostların iştirakı xalqımızın multikultural ənənələrin daşıyıcısı olması, bəşəri dəyərlərə hörmətlə yanaşması və yaşadığı cəmiyyətə sıx inteqrasiyası kimi qiymətləndirilib.

 

Tədbir konsert proqramı ilə davam edib.

 

Xatırladaq ki, bu, son həftə ərzində xaricdə açılan 3-cü Azərbaycan evidir. Dekabrın 24-25-də Almaniyanın Berlin və Köln şəhərlərində Azərbaycan evlərinin açılış mərasimləri keçirilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə gənc oğlan özünü asdı 9 İyul 2020, 00:43 Baş Qərargah rəisləri arasında telefon müzakirəsi 9 İyul 2020, 00:28 Türkiyə millisi ilk dəfə Sivasda  oyun  keçirəcək 9 İyul 2020, 00:15 Neftin qiyməti 14 dollar olsa, nə olardı? - Millət vəkili yazır 8 İyul 2020, 23:56 Klinikanın şöbə müdiri koronavirusa yoluxdu 8 İyul 2020, 23:43 Daha 186 azərbaycanlı  Vətənə gətirildi - FOTO 8 İyul 2020, 23:26 Xaçmazda qadın özünü yandırıb 8 İyul 2020, 23:14 ABŞ-a məxsus təyyarə vuruldu 8 İyul 2020, 23:01 59 nəfər COVİD-19 xəstəsi süni tənəffüs cihazına qoşulub - FOTO 8 İyul 2020, 22:44 "ASAN xidmət"də yeni təyinat olub 8 İyul 2020, 22:27 “Şahdağ” Milli Parkındakı yanğın söndürüldü - YENİLƏNİB 8 İyul 2020, 22:12 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ü ötdü 8 İyul 2020, 22:00 Əhaliyə pulsuz hüquqi yardım göstəriləcək 8 İyul 2020, 21:46 COVID-19 sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəldi - FOTO 8 İyul 2020, 21:13 Ekspres xətlər üzrə avtobusların iş qrafiki DƏYİŞDİRİLDİ 8 İyul 2020, 21:02 Avstriyada uçqun oldu: ölənlər var 8 İyul 2020, 20:51 Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötdü 8 İyul 2020, 20:39 Daha 534 obyektdə monitorinq aparıldı 8 İyul 2020, 20:22 Prezident koronavirusla bağlı vəziyyətin bir aya yaxşılaşacağını açıqladı 8 İyul 2020, 20:06 Deputat İqbal Məmmədovdan Nazirliyin layihəsinə dəstək - FOTO 8 İyul 2020, 19:58 Məktəbliləri daşıyan avtobus gölə düşdü - 21 nəfər öldü 8 İyul 2020, 19:50 Prezidentinin Administrasiyasında rəhbər vəzifələrdə işləmiş şəxslər pensiyaya bu qaydada çıxacaqlar 8 İyul 2020, 19:42 Sahibə Qafarova ilə Türkiyə BMM-nin sədri arasında telefon danışığı olub 8 İyul 2020, 19:33 Sumqayıtda koronavirus xəstəsi küçəyə çıxıb gəzdi - VİDEO 8 İyul 2020, 19:24 Toy məclislərinin keçirilməsinə icazə verdi - Dağıstanda 8 İyul 2020, 19:15 Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan rayonların sayı ARTIRILDI 8 İyul 2020, 19:08 Təhsil Naziri müəllimlərin suallarını cavablandırdı - FOTO 8 İyul 2020, 19:00 Baş Prokurorluq Nərminin işi ilə bağlı yeni MƏLUMAT YAYDI 8 İyul 2020, 18:52 İki qadının ölümünə səbəb olan baş həkimin oğlu həbs olundu 8 İyul 2020, 18:45 Təlimlərə cəlb olunan qoşunlar geri qaytarılır - FOTO 8 İyul 2020, 18:37 Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxdu - 9 nəfər öldü 8 İyul 2020, 18:29 190 manat veriləcək şəhər və rayonların sayı artırıldı - SİYAHI 8 İyul 2020, 18:23 Təxirə salınmış müsahibələrin keçirilmə qrafiki açıqlandı 8 İyul 2020, 18:17 Nazirlik bu şəxslərə SMS bildirişlər göndərir 8 İyul 2020, 18:09 Bakıda “Mercedes” yandı 8 İyul 2020, 18:00