Modern.az

Ağ siçan ilində nələr baş verib? - TARİX

Ağ siçan ilində nələr baş verib? - TARİX

29 Dekabr 2019, 16:42

2020-ci il Çin təqviminə görə ağ siçan ilidir. Bu isə Çin təqviminin ilk ili sayılır. Əfsanəyə görə siçan buğanın belinə çıxaraq onu təqvimdə qabaqlamışdı.

Ağ siçan ədalətli və təmiz iş görən şəxslərin himayəçisi sayılır. Varlanmaq hərisi və cinayətkar yollara baş vuranları isə ağ siçan cəzalandıra bilər.

 

Ağ siçanın yüksək praktikliyə malik olduğu və düşdüyü çətin vəziyyətlərdən özünü çıxara bilmək qabiliyyətinə malikdir. 

Bu il altında doğulanlar özlərin və ətraflarına qarşı çox tələbkar olur.

 

Uğur qazanmaq istəyənlər və cəmiyyətdə yüksək yerə sahiblənmək istəyənlər özlərini sırf bu hədəfə sərf etsələr, onları uğur gözləyəcək.

2020-ci ilin ən uğurlu ayları fevral, aprel və avqust sayılır. Evlənmək üçün isə fevral, avqust və sentyabr əlverişli hesab edilir.  Bu il yeni başlanğıclar, biznesin genişlənməsi, nikaha girmək, daşınmaz əmlak almaq və yaşayış yerini dəyişmək üçün əlverişli sayılır.

Tarixə nəzər saldıqda siçan ilində dünyanın inkişaf istiqamətini dəyişə biləcək önəmli proseslərin baş vermədiyini, siçan illərinin nisbətən sakit keçirdiyi müşahidə edə bilərik.

 

Məsələn XX əsrin daxil olduğu 1990-cu il də siçan ili simovlu altında daxil olmuşdu. Bu ildə əhəmiyyətli müharibələr yaxud konfliktlər qeydə alınmamışdı.

Modern.az tarixdə baş verən hadisələri xronoloji ardıcıllıqla təqdim edir.

 

1804-cü il – Dünya əhalisi 1 milyarda çatdı

1816-cı il – Argentina müstəqillik əldə edib

1828-ci il – Rusiya ilə İran arasında Türkmənçay sülh müqaviləsi imzalanıb

1840-cı il – Böyük Britaniya Yeni Zelandiya koloniyasının əsasını qoydu

1852-ci il – Herman Melvil məşhur “Mobi Dik” romanını çap edir

1864-cı il – Rusiya İmperiyasında çərkəzlərin soyqırımı gerçəkləşib

1876-cı il – Bolqarıstanda Osmanlı İmperiyasına qarşı “Aprel üsyanı” başlayıb

1888-ci il – Braziliya quldarlığın ləğvi barədə qanun

1900-cu il – Hindistanda daşqınlar 1 milyon insanın həyatına son qoydu

1912-ci il – Şimal qütbü kəşf olundu   “Titanik” gəmisi qəzaya uğradı

1924-cü il – Vladimir Leninin vəfatı

1936-cı il – İspaniyada vətəndaş müharibəsinin başlanması

1948-ci il – İsrail dövlətinin elan olunması, Aşqabad şəhərində dəhşətli zəlzələ

1960-cı il – “Afrika ili” – 16 dövlətin müstəqillik əldə etməsi, “Triesta” batiskafının dünyada ən dərin Mariana çökəkliyinə enməsi

1972-ci il – Münhen Olimpiadası sırasında törədilən terror aktı zamanı 11 israilli idmançı həyatını itirdi

1984-cü il - Qazanılmış İmmun Çatışmamazlığı Sindromu (HIVQİÇS) xəstəliklər reestrinə daxil edilir.

1996-cı il – İlk dəfə heyvan klonlaşdırılıb

2008-ci il – Barak Obama ABŞ prezidenti seçkilərək tarixdə ilk qaradərili ölkə başçısı kimi tarixə düşür

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir