Arxiv
8 Yanvar 2020, 12:19 | REPORTAJ
Qara həsrət Bakı: Ən böyük problemi keyfiyyətsiz qida və tənbəllik olan şəhər...

Qış fəsli olmasına baxmayaraq, artıq anoloji olaraq 3 ildir ki, Bakı və əksər ətraf bölgələrə qar yağmır. Qar üzünə həsrət qalan paytaxt sakinləri də çarəni qarlı rayonlara üz tutmaqda görür. Bakı sakinləri az qala ərəblər kimi həstərdirlər qara…

 

Bəs, Bakıya qarın yağmaması qış turizminə, eləcə də insan orqanizminə necə təsir edir?

 

Modern.az xəbər verir ki, məsələyə münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli paytaxtda qarın yağmamasının qış turizminə ciddi təsir göstərmədiyini deyir:

 

“Qar yağsa da, yağmasa da, Bakıda qış turizmi ilə bağlı infrastruktur yoxdur. Bizdə qış turizmi daha çox iki bölgədə - Şahdağda və Qəbələdə inkişaf edib. Havanın qarlı olmasının o bölgələrə daha çox təsiri var. Qarın yağması həmin iki bölgədə turizmin inkişafına səbəb ola bilər. Bildiyim qədəri ilə, Şahdağda süni qarın yaradılması üçün infrastruktur da qurulub. Düzdür, bu daha baha başa gəlir və gəlirliliyi azaldır. Amma belə bir infrastrukturun qurulması ən azından hava şəraitindən asılı olmadan qış turizmi ilə bağlı müəyyən addımların atılmasına yardımçı olur”.

 

Azərbaycan əhalisinin ən böyük problemi:  keyfiyyətsiz qida və tənbəllik...

 

Məsələnin tibbi tərəflərindən danışan onkoloq alim Adil Qeybulla qışın normal  keçməməsinin insanların sağlamlığına ziyan vurduğunu bildirir:

 

“İqlim təlatümlərinin hamısı canlı orqanizmlərə, o cümlədən insanlara təsir edir. Ümumiyyətlə, iqlim necə dəyişibsə, Moskva kimi şəhərdə, demək olar ki, qar yoxdur. Əlbəttə, bütün bunlar insanların həyatında öz əksini göstərir. İnsan da bir növ kimi ətraf aləmə uyğunlaşır və dəyişir. O baxımdan belə havalarda insanlar geyim növünü seçə bilmirlər, immun sistemi getdikcə zəifləyir və bütün bunlar soyuqdəymə  və başqa xəstəliklərin artmasına şərait yaradır”.

 

Həkim dəyişən hava şəraitində insanları diqqətli olmağa çağırır:

 

“Özü də insanlar yeni şəraitdə kifayət qədər diqqətli olmalıdırlar. Bu gün Azərbaycan əhalisinin ən böyük problemi keyfiyyətsiz qida və tənbəllikdir. Sağlamlıq parametrlərini artırmaq üçün fiziki aktivliyin yüksəldilməsi və sağlam qidalanmaya diqqət etmək, meyvə-tərəvəzli qidaların daha çox qəbul olunmasına çalışmaq lazımdır. Fəstfudlardan, müxtəlif aşağı keyfiyyətli qidalardan uzaq durmaq lazımdır ki, ən azı immun sistemi iqlimin bu cür dəyişikliklərinə tab gətirə, uyğunlaşa bilsin”.

 

Əfsanə ŞƏRİF

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dövlət Komitəsində videoqəbullar davam etdirilir - FOTO 7 Aprel 2020, 17:08 Heyvanların koronavirusa yoluxması təhlükəli vəziyyət yaratdı - “Bunu insana rahatlıqla ötürə bilərlər” 7 Aprel 2020, 16:55 Pensiya və bütün sosial ödənişlər vaxtından əvvəl veriləcək 7 Aprel 2020, 16:36 İcazəsiz quş ovlayan şəxs cəzalanıb 7 Aprel 2020, 16:30 Pərvin Kərimzadə: “34-cü əfv aktı dövlətin humanist siyasətinin daha bir göstəricisidir” 7 Aprel 2020, 16:23 Nazirlik yardımla bağlı müraciəti sadələşdirdi 7 Aprel 2020, 16:21 Azərbaycan mətbuatı yaltaqlardan, qorxaqlardan xilas olmalıdır – BAŞ REDAKTOR 7 Aprel 2020, 16:15 Azərbaycanda koronavirusa yoluxanların sayı 717-yə çatdı - daha 1 nəfər öldü 7 Aprel 2020, 16:11 “Əfv Sərəncamı ölkə Prezidentinin növbəti humanist addımıdır” - Vitse-spiker 7 Aprel 2020, 16:05 Şəhidin xanımı koronavirusla mübarizəyə dəstək oldu 7 Aprel 2020, 15:58 Covid-19 virusu və xərçəng xəstələri 7 Aprel 2020, 15:51 Kembric Universitetinin azərbaycanlı professoru: “Burada sürətli testlər hazırlayıb, mübarizə yollarını axtarırlar” 7 Aprel 2020, 15:46 Qarabağda da koronavirus TAPILDI 7 Aprel 2020, 15:40 Emin Ağalarov biznesdəki çətinliklərdən DANIŞDI: “Gəlirimiz sıfıra düşüb, maaşları necə verək?” 7 Aprel 2020, 15:38 Bir gündə 142 - Çağrı Mərkəzinə rekord sayda müraciət olub 7 Aprel 2020, 15:32 Bakıda “8103” qısa nömrəsinə 90 dəfə SMS göndərən şəxs saxlanıldı - Foto 7 Aprel 2020, 15:26 “Bu məlumatlar qorxu yaratmaq məqsədi daşıyır” - Səməd Seyidov 7 Aprel 2020, 15:20 Hesablama Palatasının İş planına yenidən baxılacaq - Sədrin AÇIQLAMASI 7 Aprel 2020, 15:14 İsmayıllıda naməlum kişi meyiti tapıldı 7 Aprel 2020, 15:08 Təxirə salınan imtahanlar, ali məktəblərə sənəd qəbulu barədə AÇIQLAMA 7 Aprel 2020, 15:02 Koçaryan Paşinyanı MƏHKƏMƏYƏ VERDİ 7 Aprel 2020, 14:58 Vüqar İskəndərov: “Məhkum edilmiş şəxslərin əfv edilməsi hər şeydən əvvəl böyük humanizmdir” 7 Aprel 2020, 14:53 Türkiyədən qayıda bilməyən 10 min soydaşımıza YARDIM EDİLƏCƏK 7 Aprel 2020, 14:48 Azərbaycan TV-lərinə ETİRAZ: İnsanları qorxuya salırlar 7 Aprel 2020, 14:42 Çin Azərbaycana tibbi humanitar yardım GÖNDƏRİB 7 Aprel 2020, 14:36 İşsizlərin qeydiyyatı yalnız ONLAYN aparılır   7 Aprel 2020, 14:30 Azay Quliyev yaşlı və aztəminatlı seçicilərinə yardım etdi 7 Aprel 2020, 14:24 Bu il Pasxa bayramı nə vaxt çıxacaq? 7 Aprel 2020, 14:17 Baş infeksionist xüsusi karantin rejiminin nə vaxt başa çatacağından DANIŞDI 7 Aprel 2020, 14:04 “Milli Məclis” jurnalınında da dəyişiklik olacaq 7 Aprel 2020, 13:58 Əfv sərəncamının icrası başa çatıb 7 Aprel 2020, 13:52 TƏBİB-dən sağlam insanlara ÇAĞIRIŞ 7 Aprel 2020, 13:46 Azərbaycanda tibbi maska istehsalına başlandı - VİDEO 7 Aprel 2020, 13:40 “ASAN Məktub” vasitəsilə 210 nəfərin ehtiyacı təmin edilib 7 Aprel 2020, 13:34 Ermənistanda koronavirusun real miqyası GİZLƏDİLİR 7 Aprel 2020, 13:27