Modern.az

Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edildi

Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edildi

İqtisadiyyat

8 Yanvar 2020, 20:16

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov “Türk axını” qaz boru kəmərinin açılış mərasimi çərçivəsində Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fateh Dönməz ilə görüşüb.

Energetika Nazirliyindən Modern.az-a verilən məlumata görə, görüşdə Türkiyədə təbii qaza tələbatın ödənilməsində TANAP və “Türk axını” kəmərlərinin əhəmiyyəti qeyd edilib. 2019-cu ildə Türkiyəyə 27,3 faiz çox Azərbaycan təbii qazının nəqli yüksək qiymətləndirilib.

Söhbət zamanı ikitərəfli və regional enerji əməkdaşlığına dair məsələlər müzakirə edilib. Həmçinin bərpaolunan enerji sahəsində təcrübə mübadiləsinə dair məsləhətləşmələr aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir