Modern.az

Təhsil Mərkəzi qəbul elan etdi

Təhsil Mərkəzi qəbul elan etdi

10 Yanvar 2020, 16:55

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi müxtəlif istiqamətlər üzrə keçiriləcək təlim kurslarına qəbulu açıq elan edir.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, müvafiq sahələr üzrə bilik və bacarıqlarını dərinləşdirmək istəyən namizədlər təlim kurslarına qatıla bilərlər.

Təlimlərdə iştirak etmək istəyənlər müvafiq qeydiyyat formasını (Qeydiyyat forması) doldurmalıdırlar.

Yanvarın 15-də start veriləcək təlimlərin 3 ay müddətində davam etdirilməsi nəzərdə tutulur. Təlimlər ödənişli əsaslarla həyata keçirilir.

Mərkəz tərəfindən təşkil ediləcək təlimlərin tam siyahısı ilə bu linkə //vet.edu.gov.az/az/news/1614 daxil olaraq tanış ola bilərsiniz.

Qeyd edək ki, Koreya təhsil standartları əsasında yaradılan Yeni Peşə Təhsil Mərkəzində çalışan pedaqoji heyət Koreyada təlimlərdə iştirak edib və tədris prosesini ən son yeniliklərə əsaslanaraq təşkil edirlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır