Modern.az

Azərbaycanda 9 vəzifəli şəxs həbs olunub

Azərbaycanda 9 vəzifəli şəxs həbs olunub

Ölkə

15 Yanvar 2020, 11:16

“Yerli icra hakimiyyət orqanlarında olan qeyri-neqativ hallarla bağlı Baş İdarəyə müraciətlər daxil olub, araşdırma aparılıb”.

 

Modern.az xəbər verir ki, bunu Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran zaman deyib.

 

K.Əliyev qeyd edib ki, ötən il icra hakimiyyəti orqanları ilə bağlı 7 cinayət işi başlanıb:

 

“Həmin cinayət işi üzrə 9 vəzifəli şəxs həbs olunub. Onlar barəsində aparılan ibtidai istintaq başa çatdırılaraq məhkəməyə göndərilib”.

 

K.Əliyev həmçinin ötən il bank kartları ilə bağlı İdarəyə 1 cinayət işinin daxil olduğunu deyib:

 

“İş üzrə araşdırılmalar aparılaraq istintaq başa çatdırılaraq məhkəməyə göndərilib. Ziyanın ödənilməsi tam təmin edilib və vəzifəli şəxslər məsuliyyətə cəlb edilib.

 

Bank işləri üzrə 57 şəxs barəsində 22 cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Bu əsasən fəaliyyətini dayandırmış banklarla bağlı olub”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi