Modern.az

Məzahir Pənahov DSK-nın qərarını ləğv etdi - 35 saylı seçki dairəsi xüsusi nəzarətə götürüldü

Məzahir Pənahov DSK-nın qərarını ləğv etdi - 35 saylı seçki dairəsi xüsusi nəzarətə götürüldü

Aktual

15 Yanvar 2020, 16:48

Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə bağlı namizədin Mərkəzi Seçki Komissiyasına (MSK) müraciəti təmin edilib.

 

Modern.az-ın məlumatına görə, 35 saylı Xətai seçki dairəsindən namizədliyi qeydə alınmayan Abbasov Rauf Çərkəz oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edib. R.Abbasov müraciətində bildirib ki, Dairə Seçki Komissiyası (DSK) onun namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina edib. MSK-nın ekspert qrupu araşdırıb ki, həqiqətən də DSK qərarında aidiyyatı olmayan maddələr sadalayıb. Qərarda namizədliyin qeydə alınmasından imtina edilmənin səbəbləri göstərilməyib.

 

Buna görə də, MSK namizədin qeydə alınmasından imtina edilməsiylə bağlı DSK-nın qərarını ləğv edib.

 

MSK üzvləri təklif edib ki, 35 saylı seçki dairəsi xüsusi nəzarətə götürülsün.

 

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?