Modern.az

Müğənni televiziyadakı vəzifəsini itirdi

Müğənni televiziyadakı vəzifəsini itirdi

16 Yanvar 2020, 00:07

Müğənni Rəhim Rəhimlinin “MTV Azərbaycan” (Muz TV) icraçı direktoru vəzifəsindən azad edilməsi xəbəri dəqiqləşib.

Modern.az  xəbər verir ki, bu barədə Axar.az-a “MTV Azərbaycan” kanalından məlumat daxil olub.

Məlumatda bildirilir ki, Rəhim Rəhimlinin qeyri-peşəkarlığı və idarəetmədə zəifliyi nəticəsində yaranan vəziyyət onun vəzifədən uzaqlaşmasını şərtləndirib.

R.Rəhimli 2018-ci ilin iyunundan bu vəzifəni daşıyırdı.

Qeyd edək ki, R.Rəhimlinin vəzifədən kənarlaşdırılması barədə bir neçə gün əvvəl məlumat yayılsa da, kanal rəhbərliyi rəsmi açıqlamasında faktı təkzibləməyə çalışmışdı. Bu gün isə MTV-nin təsisçisi Xudaverdi Hacıyev mediaya faktı dolayısı ilə təsdiqləyib.

O qeyd edib ki, R.Rəhimli kanalda “qeyri-rəsmi” çalışırdı, hazırda isə işlərinin çoxluğu ilə bağlı özü kanaldan uzaqlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir