Arxiv
18 Yanvar 2020, 11:26 | HADİSƏ
Bakıda uşağı döyən müəllim işdən çıxarıldı - VİDEO

"2 saylı uşaq evində mənim övladıma həm fiziki, həm də psixoloji təsir göstərirlər".


Modern.az xəbər verir ki, bu iddianı Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evinin sakinlərindən Mirəli Quliyevin anası Ərkinaz Quliyeva övladının döyülməsi və psixoloji təsirlərə məruz qalması ilə bağlı Yeniavaz.com-a açıqlama verərkən səsləndirib. O bildirir ki, uşaq evində onun övladına təzyiqlər göstərildiyi üçün bu Mirəlinin dərslərinə də təsir edir:


“Mirəli 3-cü sinifdə oxuyan zaman orada iki qardaş var idi. Böyük siniflərdə təhsil alırdılar. O iki qardaş Mirəlini dəfələrlə döyüblər. Buna direktor şərait yaradırdı. O, 11-ci sinif uşağını gətirib balacaların arasına salmışdı. Onlar da uşağı döyürdülər. Həmin uşaqlar bir dəfə də uşaq evinin həyətində məni döydü. Sonra mən polisə şikayət etdim. Polisə şikayət etdiyimə görə artıq uşaq evində mənim övladıma pis münasibət göstərməyə başladılar. Bundan sonra artıq ona fiziki və psixoloji təzyiqlər göstərilməyə başlandı”.
Ə. Quliyeva deyir ki, direktor Sevda Hacıyeva onun övladını təhsil aldığı “Kaspi” liseyindən də çıxartmaq istəyir:
“Mənim övladım Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə “Kaspi” liseyində təhsil alır. Amma direktor bu ədavətə görə mənim övladımı oradan çıxartmaq istəyir. Mənə deyirlər ki, sənin uşağın tərbiyəsizlik edir. Mən də deyirəm ki, necə olur ki, “Kaspi” liseyində tərbiyəsizlik etmir, oradan heç bir şikayət gəlmir, amma burada tərbiyəsizlik edir? Uşaq evinin rəhbərliyi vəzifələrinə ləkə gəlməsin deyə mənim övladımı cinayətkar, xuliqan, axmaq, adamöldürən kimi qələmə verir”.



Ə. Quliyeva daha bir övladının uşaq evinin sakini olduğunu və onun da orada təzyiqlərə məruz qaldığını, döyüldüyünü iddia edir:
“Mənim balaca övladım da orada həmin uşaq evindədir. İndi onun da gözünün altı qap-qaradır. Orada döyüblər”.
Ə. Quliyeva həmçinin Mirəli Quliyevin uşaq evində təzyiqlərə məruz qalması ilə bağlı özünün çəkdiyi kadrları da redaksiyamıza göndərib. Kadrlarda uşaq evindəki qızların M. Quliyevi təqib etməsi, onu hədələməsi, Ərkinaz Quliyevanın uşaq evinin həyətində qurumun tərbiyəçilərindən biri tərəfindən fiziki təzyiqə məruz qalması müşahidə olunur.

 

Kadrlardan birində isə tərbiyəçilərdən birinin uşağı döydüyü, M Quliyev tərəfindən lentə alındığını gördükdə isə uşağı qucaqladığı müşahidə olunur. Sözügedən görüntüləri təqdim edirik:

 

Məsələ ilə bağlı 2 saylı uşaq evinin direktoru Sevda Hacıyeva ilə əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında bildirib ki, qız uşaqlarının M. Quliyeva təzyiq göstərməsinin səbəbi, uşağın həmin qızlardan birini boğmağa cəhd etməsidir:
"Kadrlarda olan xanım mənim müavinimdir. O qızların Mirəlinin üstünə yüyürməsinin və qışqırmasının səbəbi odur ki, bir neçə gün əvvəl gecə saat 12-də mənə zəng vurdular ki, bəs Mirəlinin tutması tutub, burada bir qızı boğub, biz də “skoru” və polis çağırmışıq. Gəldim gördüm ki, qızı boğub, dırnaqlarının izi qalıb. Polis gəlib hamısını aktlaşdırıb. Nənəni – gecə növbətçisini vurub, burnu gömgöy olub, şişib. Növbətçinin və qızın vurulmasını 33-cü polis bölməsində sənədləşdirib veriblər Suraxanı baş polisinə. Suraxanı baş polisi də ekspertizanın cavabını bütün sənədlərlə birgə göndərib Eldar Əzizova. Mirəlinin psixoloji problemlərinin olmasını təsdiq edən sənədi də göndəriblər. Bildiriblər ki, o uşaq oradan çıxarılmalıdır, çünki boğulma zamanı qız ölə bilərmiş. Həmin günün də səhəri qızlar onun üstünə gedib ki, sən bizim bacımızı niyə o günə qoymusan".


Direktor bildirdi ki, M. Quliyevin psixoloji problemləri var və bu haqda Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov sənəd imzalayıb:


"O uşağın psixoloji problemləri var. Bununla bağlı, bizdə də, Eldar Yunusovda da,( Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəis əvəzi) uşağın anasında da bu diaqnozu təsdiq edən sənəd var. Əslində o uşaq kollektiv içində yaşamamalıdır. O sənəddə də bildirilir ki, uşaq 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilməlidir. Anası da deyir ki, guya o sənəd saxtadı və mən hazırlamışam. Deyirəm ki, o sənəd Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov tərəfindən verilib, mən necə belə bir şey edə bilərəm. Bu uşaq tutması tutan zaman bıçaqla bütün qapıları deşik-deşik edib. O, həmin bıçaqla kiməsə xəsarət də yetirə bilərdi. Bıçağı isə yeməkxananın pəncərəsindən əlini uzadıb götürüb".

S. Hacıyeva Ərkinaz Quliyevanın və uşaq evinin balaca sakininin döyülməsi ilə bağlı görüntülərə isə belə cavab verib:
"Uşağın anasının bizim tərbiyəçilərlə dalaşması isə belə olub ki, həmin o xanıma görə mənim üstümə “skoru” gəlmişdi. Həyətdə də kimsə deyib ki, Sevda müəllimə infarkt keçirib. Ona görə də müəllimlər əsəblərini cilovlaya bilməyiblər. Digər bir kadrda isə uşağı vuran müəllim Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən artıq uşaq evindən uzaqlaşdırılıb. Mirəlinin anası bu görüntüləri 33-cü polis bölməsinə və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəis əvəzi Eldar Yunusova da təqdim edib. Eldar müəllim də həmin uşağı vuran müəllimi videolarla tanış olduqdan sonra işdən çıxarıb". 


Məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəis əvəzi Eldar Yunusovla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi.


Uşaq evinin direktoru S. Hacıyeva həm də iddia edir ki, uşaq “Kaspi” liseyində dərslərini yaxşı oxumadığı üçün, onu maliyyələşdirən şəxs bundan imtina edir:


“Burada 142 uşaq var, bircə o “Kaspi” liseyində oxuyur. Keçən il yanvar ayında mən özüm onu “Kaspi” liseyinə apardım. O imtahandan kəsilsə də, mən rəhbərliklə danışıb onun həmin liseydə oxumağı üçün razı saldım. Bir ildən sonra mənə liseydən 3 imtahanın nəticəsi göndərildi. İkisindən “0” almışdı. Ananın iddia etdiyi kimi uşağın təhsil xərclərini Leyla Əliyeva qarşılamır. Mən bu uşağa sponsor tapmışdım. Liseyin aylıq 650 manatlıq ödənişini də həmin sponsor ödəyir. Bu nəticələrə görə artıq o bu ödənişi etmək istəmir. Uşağın anası da bizdən narazı qalıb ki, pul ödənməlidir. Mən də başa sala bilmirəm ki, o adam pulu ödəmək istəmir, mən necə edim? Həmin sponsor da məni qınayır ki, sənin bir əlaçı uşağın yox idimi ki, göndərəydin, onun xərclərini qarşılayaydıq? Mən də anaya təklif etdim ki, gəl uşağı oradan çıxarıb hazırlığa göndərək. Bizim bu üsulla oxuyub universitetə qəbul olan xeyli şagirdimiz olub. Ana da deyir ki, yox, gərək “Kaspi”də oxuya. Uşağa da bir velosiped alıb verib, bir də telefon. Uşaq da onlara görə oxumur. Deyirəm ki, gətir telefonu ver, deyir vermirəm”.
S. Hacıyeva Ə. Quliyevanın məktəbin həyətində iki qardaş tərəfindən döyülməsi ilə bağlı iddialarının da yalan olduğunu deyib:
“Həmin o qardaşlardan biri İdman Akademiyasında oxuyur, məşhur idmançıdır. İkisi də Bakı Şəhər İcra Hakimiyyətində işləyir. Orada işləyən adam necə belə bir tərbiyənin sahibi ola bilər”.


Ə. Quliyeva övladı Mirəlinin uşaq evinə telefon aparmasını belə izah edir:


“Uşağa velosiped aldım, orada bir-iki dəfə sürüb, deyiblər olmaz. Telefonu da ona görə vermişəm ki, deyir mənə təzyiqlər olur, mən də dedim ki, çəkərsən telefona. Mirəli ona görə dərslərini zəif oxuyur ki, ona uşaq evində fiziki və psixoloji təzyiqlər olur. Sizə göndərdiyimiz kadrlarda da görünür ki, uşağa ciddi təzyiqlər var. Uşaq necə oxusun orada. O direktor özünü müdafiə etməkdən yana, uşağa hər bir adı qoyur”.


O həmçinin deyir ki, uşağı psixi problemlərinin olması ilə bağlı sənəd saxtadır və Sevda Hacıyeva tərəfindən çıxartdırılıb.
Sözügedən sənədi verən Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov isə Yeniavaz.com-a açıqlamasında bildirdi ki, Sevda Hacıyevanı tanımır və altında onun imzası olan sənəd saxta ola bilməz.
Mirəli Quliyevanın “Kaspi” liseyindəki sinif rəhbəri isə saytımıza açıqlamasında uşaqda heç bir psixoloji problem müşahidə etmədiyini, ancaq onun dərslərini zəif oxuduğunu bildirdi.

 

Qeyd edək ki, məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən açıqlama yayıb.

İdarədən Modern.az-a daxil olan məlumatda bildirilir ki, E.Məmmədova işdən azad olunub.

 

"Bu gün bəzi elektron informasiya vasitələrində Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı məlumat və video görüntülər yayımlanmışdır. Məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən verilən məlumata görə İdarə tərəfindən Uşaq bağçaları  və Uşaq evlərində sistematik olaraq reydlər və yoxlamalar aparılır, aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülür.

Qeyd edilmiş hadisə ötən ilin dekabr ayında baş vermişdir. Məsələni araşdıran komissiyanın qərarına əsasən dekabr ayında müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunub", - deyə rəsmi məlumatda bildirilib.

 

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirus infeksiyalarını bloklayan süni virus yaradılıb 9 Aprel 2020, 00:57 Fransada koronavirusdan ölənlərin sayı 10 869-a çatdı 9 Aprel 2020, 00:36 Prezidentinin oğlu koronavirusa yoluxdu 9 Aprel 2020, 00:16 Koronavirusla mübarizə üçün Ukraynaya 190 milyon avro ayırıldı 9 Aprel 2020, 00:03 Bu gün 3018 nəfər koronavirus testindən keçirilib - TƏBİB 8 Aprel 2020, 23:46 Neft 34 dollaradək bahalaşdı 8 Aprel 2020, 23:28 Yaponiyada COVİD-19 ilə bağlı rekord göstərici qeydə alındı 8 Aprel 2020, 23:15 Əkrəm İmamoğlunu ölümlə hədələyən şəxs tutuldu 8 Aprel 2020, 22:59 Bu ölkədə 4072 nəfər koronavirusa yoluxdu 8 Aprel 2020, 22:44 Azərbaycanlı diaspor rəhbəri koronavirusa yoluxdu 8 Aprel 2020, 22:27 Koronavirusla bağlı daha bir kəşfiyyat məlumatı üzə çıxdı 8 Aprel 2020, 22:14 ABŞ-da koronavirusa yoluxanların sayı 401 166 nəfərə çatdı 8 Aprel 2020, 22:01 Qənirə Paşayevanın seçicilərinə 3 min maska hədiyyə edildi 8 Aprel 2020, 21:55 Göyçayda üç avtomobil toqquşdu: xəsarət alanlar var 8 Aprel 2020, 21:45 Heydər Əliyev Mərkəzindən İtaliyaya həmrəylik nümayişi 8 Aprel 2020, 21:33 Türkiyədə koronavirusdan ölənlərin sayı 812-yə çatdı 8 Aprel 2020, 21:16 İtaliyada koronavirusdan REKORD sayda sağalma 8 Aprel 2020, 20:59 Britaniyada daha 938 nəfər koronavirusdan öldü 8 Aprel 2020, 20:45 İrandan koronavirusla mübarizədə dəstəyə görə Azərbaycana təşəkkür 8 Aprel 2020, 20:29 Koronavirusa görə GPS peykinin buraxılışını təxirə salındı 8 Aprel 2020, 20:17 Siyasətçi bu səbəbdən prezident olmayacaq 8 Aprel 2020, 20:01 ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik 8 Aprel 2020, 19:50 Bakıda “Toyota” ilə “KamAZ” toqquşub:  yaralanan var 8 Aprel 2020, 19:41 “AzərGold” xaricə qızıl satışını dayandırıb 8 Aprel 2020, 19:33 Şəxsiyyət vəsiqəsinin müddəti bitən şəxslərin NƏZƏRİNƏ 8 Aprel 2020, 19:25 Nazirlər Kabinetinin rəsmisi: “Adamlara pul paylansa, daha çox insan işsiz qalacaq” 8 Aprel 2020, 19:17 Maliyyə yardımı kimlərə şamil olunacaq? - Nazir: “Minimal məbləğ 250 manat...” 8 Aprel 2020, 19:11 İbrahim Məmmədov: “Düşmən ölkələr koronavirusla bağlı şayiələr yayırlar” 8 Aprel 2020, 19:01 Azərbsaycanda 82 yaşlı şəxs koronavirusdan sağalıb 8 Aprel 2020, 18:53 Azərbaycanda koronavirusa yoluxma ilə bağlı qırmızı zona yoxdur – Operativ Qərargah 8 Aprel 2020, 18:51 İşdən çıxarılan məmur baş naziri sərt tənqid etdi 8 Aprel 2020, 18:46 UNEC aliminin koronavirus barədə araşdırması apardı 8 Aprel 2020, 18:38 Bakıda piyadanı vurub öldürən sürücü tutuldu 8 Aprel 2020, 18:31 Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı XƏBƏRDARLIQ 8 Aprel 2020, 18:28 Ağır xəstələrin rayondan Bakıya gətirilməsinə icazə verilir – Operativ Qərargah 8 Aprel 2020, 18:25