Arxiv
22 Yanvar 2020, 13:30 | AKTUAL
Seçki təxribatçıları necə ifşa olundu - VİDEO FAKT

Azay Quliyev 9 fevral seçkilərində deputatlığa namizəd olacağını açıqladıqdan dərhal sonra heç bir əsaslı tənqid tapa bilməyən aciz və cılız "siyasət" dəllalları ona qarşı böhtan yağdırmağa və təxribatla məşğul olmağa başladılar. İlk gündən indiyədək bunu alqoritmik ardıcıllıqla davam etdirirlər. Yəqin ki, seçkinin nəticələri təsdiq olunan günədək də biz belə çırpıntıların şahidi olacağıq. İndi isə bu təxribatların xronologiyası haqqında...


Lap əvvəl, təbliğat-təşviqat kampaniyası başlamamış 8 saylı Binəqədi birinci seçki dairəsinin adına saxta səhifə açıb Azay Quliyevin vikipediyadakı şəklini və tərcümeyi-halını ixtisar edərək çoxlu orfoqrafik səhvlərlə dolu mətni həmin səhifədə paylaşdılar. Bundan sonra utanmadan dərhal hay-küy saldılar ki, bəs deməyəsən Azay Quliyev vaxtından əvvəl təbliğat-təşviqata başlayıb. Yetkin vətəndaşlar sosial şəbəkədəki həmin saxta səhifədə paylaşılan materialları izlədikdən sonra gördülər ki, bu təxribat məqsədilə hazırlanmış qara PR-dan başqa bir şey deyil və müəllifi alagüllü pencəkləriylə diqqəti çəkə bilməyən 1 aylıq (daha doğrusu 20 günlük) "rəqib"lərdən biridir. Yəni, təxribatı da özləri kimi bəsit və primitiv formada hazırladıqlarından ilk andaca ifşa olundular.

 

Sonra isə iş adamı Azay Möhnətovun əmlak və şirkətlərinin Azay Quliyevə məxsus olması haqqında yalan məlumatı dövrüyəyə buraxdılar. Artıq Azay Möhnətovun özü çoxdan mətbuata verdiyi video müsahibədə bu məlumatların yalan olduğunu bəyan etmişdi. Bu da, yəni “əmlak şousu” da işə yaramadı.

 

Bütün bu təxribatları faş olandan sonra absurd ittiham irəli sürdülər ki, Azay Quliyev guya bu dairədə heç kimi rəqib görmək istəmir, bu səbəbdən də digər iddiaçıların deputatlığa namizəd olmaq üçün qeydiyyata alınmalarına imkan vermir. Seçki qərargahının rəsmisi olaraq izah etdik ki, DSK-nın funksiyası ilə deputatlığa namizədin vəzifəsi arasındakı fərqi oxuyub anlamaq lazımdır. Namizədlərin qeydiyyatı mərhələsi bitdikdən sonra bu iftira da boşa çıxdı.

 

Bu kimi yalan və böhtanların ayaq tutub yerimədiyini görən bu biçarələr Azay Quliyevin yanvarın 17-də seçki qərargahının üzvləri, könüllüləri və fəalları ilə təbliğat-təşviqat kampaniyasının başlanmasına həsr olunan Ümumi Yığıncağını fürsət bilib ora muzdlu “çəkiliş” qrupu göndərdilər. Tədbirdə əvvəldən axıra kimi çəkilş apardılar və biz də bilərəkdən onlara mane olmadıq. Tədbir zamanı əllərinə heç nə “keçməyən” bu təxribatçılar sonra "xaric oxumağa" başladılar ki, bəs deməyəsən ölkə konstitusiyası, seçki məcəlləsi, beynəlxalq hüquq normaları və prinsipləri kobud şəkildə pozulub və universitet tələbələri Azay Quliyevlə görüşdə iştirak edib. Əvvəla yoldaş təxribatçılar, sizdən soruşmaq istəyirəm: nə vaxtdan və hansı qanunla 18 yaşı tamam olmuş universitet tələbəsi ölkənin siyasi həyatında iştirak edə bilməz? Deputatlığa namizədin seçki qərargahına üzv ola, könüllü kimi çalışa bilməz?

 

İkincisi, bu qədər tədbir iştirakçıları arasından 4-5 gəncə müxtəlif suallar verib, daha sonra cavablarını montaj edib öz təxribatlarına uyğunlaşdıraraq guya onların tədbirə zorla gətirilməsi haqqında görüntü yaratmağa çalışaraq özlərini gülünc vəziyyətə saldılar. Hələ açıqlama aldıqları həmin şəxslərin içərisində özlərinin məqsədli şəkildə gətirdiklərini demirik. Doğurdan da siz bu uğursuz "montaj əməliyyatı"nızla Azay Quliyevin seçki qərargahının yüzlərlə üzvü və könüllüsü ilə keçirdiyi tədbirin möhtəşəmliyinə və siyasi effektinə kölgə salacağınıza və kimisə aldada biləcəyinizə ümid edirdiniz?!

 

Yoldaş təxribatçılar, bu dəfə də alınmadı...

 

Fikirlərini montaj edərək təhrif etdiyiniz gənclərdən biri, Əlisahib Kazımbəyov sizin bu təxribatınızın qurbanı olması haqqında xəbər tutan kimi bizim seçki qərargahına müraciət edərək növbəti saxtakarlığınızı da ifşa etmiş oldu. Baxın bu videoya və bir gənci öz çirkin oyununuza alət etdiyinizə və ona qarşı törətdiyiniz mənəvi terrora görə heç olmasa utanın!

 

Sonda isə 17 yanvar tədbirindən hazırlanmış qısa videoçarxı qeyd etdiklərimin əlavə sübutu kimi bir daha hər kəsin diqqətinə təqdim edirəm. Baxın və gənclər də daxil olmaqla tədbir iştirakçılarının fəallığına, yüksək əhval ruhiyyəsinə və Azay Quliyevi necə dəstəkləmələrinə özünüz də şahidlik edin!

 

P.S.Biz Azay Quliyevin seçki qərargahı olaraq bu tip təxribatlara xüsusi əhəmiyyət verməyə də bilərdik, lakin xaricdən qanunsuz yolla maliyyələşən və bu cür çirkin və sifarişli qarayaxma kampaniyası aparmaqla ölkədə yaradılmış demokratik və şəffaf seçki mühitinə xələl gətirmək istəyənlərin iç üzünü açmağı və onları ifşa etməyi vacib hesab etdik. Şübhəsiz ki, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin hədəf seçilməsi və mətbuata təxminən bəlli olan bəzi xarici kəşfiyyat orqanlarının uzantılarının da bu qarayaxma kampaniyasına dəstək verməsi təsadüf hesab edilə bilməz. Ümid edirik ki, ölkəmizin hüquq-mühafizə orqanları, obyektiv daxili və xarici müşahidəçilər bu amili xüsusi olaraq diqqətə alacaqlar.

 

 


Gündüz Abbaszadə
Azay Quliyevin Seçki Qərargahının media üzrə koordinatoru

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İrandakı zəlzələ Naxçıvanda da hiss edilib 23 Fevral 2020, 11:28 Ümumavropa Qarabağ Mitinqi məqsədinə çatdı: “İnsanların sayı çox idi...meydana yerləşə bilmirdik” 23 Fevral 2020, 11:05 İranda güclü zəlzələ olub 23 Fevral 2020, 10:44 Atəşkəs iriçaplı pulemyotlarla 21 dəfə pozuldu 23 Fevral 2020, 10:29 İlham Əliyevin İtaliyaya səfəri başa çatdı - FOTO 23 Fevral 2020, 00:46 Sumqayıtda uşaq dəm qazından boğularaq ölüb 23 Fevral 2020, 00:36 İlham Əliyev  Mehriban Əliyeva ilə birlikdə Müqəddəs Pyotr Kilsəsi ilə tanış oldular - FOTOLAR 23 Fevral 2020, 00:17 Azərbaycana 60 min kiloqram qurban əti göndərildi   23 Fevral 2020, 00:06 Bakıda "Niva"dan düşüb bir nəfəri güllələdilər 22 Fevral 2020, 23:47 Daha  bir ölkədə koronavirus həyəcanı 22 Fevral 2020, 23:39 “Ermənistan regionda destruktiv siyasət yürüdür” - İlham Əliyev 22 Fevral 2020, 23:21 Koronavirusun dünyaya yayılma sürəti artıb 22 Fevral 2020, 23:16 Prezident Vatikanda Papa Fransisk ilə görüşdü - YENİLƏNİB 22 Fevral 2020, 22:57 Sumqayıtda 36 yaşlı şəxsin meyiti tapıldı 22 Fevral 2020, 22:44 Haftarın yüzə yaxın əsgəri məhv edilib 22 Fevral 2020, 22:30 "Patriot" sistemləri yenidən Türkiyədə 22 Fevral 2020, 22:13 Polislərin etiraz aksiyaları davam edir 22 Fevral 2020, 21:56 Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görüldu - FOTO 22 Fevral 2020, 21:41 Messi poker etdi, “Barselona” zirvəyə qalxdı   22 Fevral 2020, 21:29 Xüsusi peşə təhsili müəssisələrinin vəzifələri artırıldı 22 Fevral 2020, 21:19 "Könüllülər İli" gənclərin fərdi inkişafına təkan verəcək - Umud Mirzəyev 22 Fevral 2020, 21:07 Azərbaycan Böyük Dəbilqədə ilk medalını qazandı 22 Fevral 2020, 21:02 Bakıda azyaşlılara siqaret satanlar cərimələndi 22 Fevral 2020, 20:47 Türkiyə daha bir şəhid verdi - FOTO 22 Fevral 2020, 20:34 Güney Azərbaycanda Xocalı ilə bağlı kampaniya 22 Fevral 2020, 20:16 Daha bir oyun koronavirusa görə təxirə salındı 22 Fevral 2020, 20:01 Məzahir Pənahov: “Kürdəmir Dairə Seçki Komissiyası buraxıla bilər” 22 Fevral 2020, 19:20 Yeni seçilən deputatların SİYAHISI 22 Fevral 2020, 19:14 MSK Naxçıvandakı bu dairədən şikayəti müzakirə etdi 22 Fevral 2020, 19:10 Elza Seyidcahanın seçkilərdən şikayətinə BAXILMADI - SƏBƏB 22 Fevral 2020, 19:04 MSK bu dairələrdən şikayətləri geri qaytardı 22 Fevral 2020, 18:56 Yasamalda namizəd 28 məntəqədə nəticələrin ləğvini tələb edib 22 Fevral 2020, 18:49 Tahir Rzayevin dairəsində də məntəqənin nəticəsi ləğv edildi 22 Fevral 2020, 18:38 İranda koronavirusa görə məktəblər bağlandı 22 Fevral 2020, 18:33 Şəhid hərbçimizin ölümündən əvvəl çəkilən son FOTOSU 22 Fevral 2020, 18:25