Arxiv
23 Yanvar 2020, 09:14 | ƏDƏBİYYAT
Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - Beşinci söz

Modern.az saytı qazax xalqının görkəmli ədəbiyyatçısı və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyi münasibəti ilə onun qələmə aldığı “Qara Sözü” təqdim edir.

 

BEŞİNCİ SÖZ

 

Qəm çəkən insanın halı uzaqdan məlum olatr. Könlünü donduran kədər,insanın  boyunu qısaldar, boynunu bükər, belini sındırar, əlacı hər yandan kəsiləndə gözündən yaş töküb, dilindən ağı deyər. Qəm-kədər üstün gələndə “Ay Allah məni balaca qayğısız uşağa döndər” – deyən qazaxları da öz gözlərimlə görmüşəm.

 

Özlərini dərdə-qəmə batırmaqla, ağır əzablara düçar etməklə belə demək istəyirlər ki, guya uşaq olmaqla, bu dünyanı dəyişəcəklər. Kasıblıq insana dərd gətirər. Və zaman-zaman insanlar öz kasıblıq, yoxsulluq dərdini də söz çevirib, vərəq-vərəq yaddaşlara yayıblar.Nahaqdan  deməyiblər ki, dərdli adamı həm də sözlərindən tanırsan. El  içində yoxsullar  güzəranlarının vəziyyətini, dərdlilər çəkdiklərini izhar etmək üçün atalar sözü yaradıblar: “Ömrün sonuncu gününü yaşasan belə, birgünlük azuqəni yığ”, “ Kasıbın qardaşı olmaz”,  “Var dövlət insanın adamın ətidir”, “ Varlının alnı açıq, kasıbın üstü açıq”, “ İgidin payı yolda, qurdun payı kolda”, “Kişinin çörəyi süfrəsində, namərdin çörəyi əlində ”, “Bir əl alanda, bir əl verər”, “Qazanandan soruşmurlar”, “ Bəydən ümidi üzülən  allahdan da  küsər”, “ “Qarnı aç qaralı evə qaçar”.

 

Yəqin deyəcəksiniz  ki, bu qədim ata sözlərini niyə yazdım? Çünki indiki qazaxlar sülh üçün, elm üçün, ədalət üçün  çalışmırlar. Var-dövlət üçün özlərini oda-közə vururlar. Var-dövləti qazanmağın halal yolunu qoyub, onu başqasının əlindən hiylə ilə,bicliklə talamağı  düşünürlər. Verməsən, əlindən məcbur almağa da hazırdır. Var dövlət üstündə qardaşına da qalib gələr lakin utanmaz.  Belə iyrənc yolla mal-dövlət sahibi olanlar dilənçinin,  şikəstin, əlsiz-ayaqsızın da malına sahib çıxarlar.

 

Ona görə deyirəm ki, onların ağlı uşaq ağlından fərqlənməz.  Uşaqlar yanan ocaqdan qorxarlar, böyükləri isə cəhənnəmin alovu da qorxutmur. Uşaqlar bir günahları olub utananda, həyalarından yerə girmək istəyirlər, böyüklər isə etdikləri rəzalətlərdən və axmaq əməllərdən heç utanmırlar da.  Ona görə də onlar uşaqları üstələyib keçirlər. İndi bildinizmi nəyə görə deyirəm ki,  böyüklərin uşaqlardan nəyi artıqdır? Əgər biz özümüz ətrafımızdakı belə talançı və hiyləgər adamlara inanmasaq, əlimizdə-qolumuzda olanı verməsək, onlar üçün  varlanıb harınlamağa şərait yaratmasaq, onların səviyyəsinə düşməsək, özləri bizdən üz döndərəcəklər.

 

Siz niyə cani könlüdən  bu keyfiyyətdə olan xalqa sarı gedirsiniz? Məgər biz belə bir xalq idik?

 

Tərcümə etdi: Aida Eyvazlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gördüyümüz tək şey xarabalıqlar idi - Bosniya kanalının Ağdamdan REPROTAJI 27 Fevral 2021, 13:39 "Euronews" Azərbaycanda yaşayan Dağ Yəhudiləri haqqında reportaj hazırlayıb – VİDEO 27 Fevral 2021, 13:34 Əfv komissiyasının iclası: 100-dən çox müraciətə baxıldı 27 Fevral 2021, 13:31 Prezident ona fərdi təqaüdü verəcək 27 Fevral 2021, 13:25 Əli Əsədov sərəncam İMZALADI 27 Fevral 2021, 13:19 Xarici jurnalistlər Füzulidə minatəmizləmə işləri ilə tanış oldu - VİDEO 27 Fevral 2021, 13:10 Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib 27 Fevral 2021, 13:06 Xarici jurnalistlər Füzuli və Cəbrayıldakı erməni vəhşiliyin öz gözləri ilə gördü 27 Fevral 2021, 12:53 Türkiyədə məktəblər bu tarixdə açılır 27 Fevral 2021, 12:46 Floridada Xocalı qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb 27 Fevral 2021, 12:37 Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub 27 Fevral 2021, 12:29 Ölkəmizdə əlillərə və şəhid ailələrinə yüksək dövlət qayğısı 27 Fevral 2021, 12:21 Cenevrədə Xocalı soyqırımına həsr edilmiş aksiya keçirilib 27 Fevral 2021, 12:14 Bazar günü 16 dərəcəyədək isti olacaq 27 Fevral 2021, 12:03 Bakıda keçirilən yarmarkalardakı bəzi məhsulların qiymətləri – SİYAHI 27 Fevral 2021, 11:53 Niderlandın Life24 kanalında Xocalı soyqırımından danışılıb 27 Fevral 2021, 11:39 Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır – Mehr agentliyi 27 Fevral 2021, 11:37 Ordudan sonra diplomatlar da Paşinyandan ÜZ ÇEVİRDİ 27 Fevral 2021, 11:16 Metronun “8 Noyabr” stansiyası istismara hazırlanır   27 Fevral 2021, 11:01 Şəhər rəhbərliyi qazi və şəhid ailələri ilə görüşüb 27 Fevral 2021, 10:53 Qubadlı rayonunun Əfəndilər kəndi - VİDEO 27 Fevral 2021, 10:42 Bu il şəhid ailələrinə və müharibə əlillərinə nə qədər ev veriləcək? - AÇIQLAMA 27 Fevral 2021, 10:33 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 27 Fevral 2021, 10:17 Bu gün Əfv Məsələləri Komissiyası növbəti müraciətlərə baxacaq 27 Fevral 2021, 10:01 Paşinyana qarşı qiyam qaldıran general kimdir... - ŞƏRH 27 Fevral 2021, 09:54 ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib 27 Fevral 2021, 09:38 İTBAŞI (17-ci bölüm) 27 Fevral 2021, 09:37 Cəsur döyüşçülər: “Əsir götürdüyümüz erməni deyirdi ki, “Azərbaycan əsgərini belə bilmirdik”” - FOTOLAR 27 Fevral 2021, 09:28 Səudiyyə vəliəhdi jurnalistin qətlinə göstəriş verib – ABŞ kəşfiyyatı 27 Fevral 2021, 09:22 Təyyarə qəzası: 3 ölü 27 Fevral 2021, 09:07 İsveçrə sakini lotereyada 210 milyon avro qazandı 27 Fevral 2021, 08:58 ABŞ Krımın ilhaqını heç zaman tanımayacaq - Co Bayden 27 Fevral 2021, 01:28 Dünyada koronavirusun olmadığı yerlər 27 Fevral 2021, 01:08 Ölkədə ictimai nəqliyyat iki gün işləməyəcək 27 Fevral 2021, 01:00 Bakıda gənc oğlanı maşın vurdu 27 Fevral 2021, 00:53