Modern.az

Elmira Fərzəliyeva namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü

Elmira Fərzəliyeva namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü

23 Yanvar 2020, 11:13

8 saylı Binəqədi birinci Seçki Dairəsindən namizəd olan Elmira Fərzəliyeva namizədliyini Azay Quliyevin xeyrinə geri götürüb.

 

Modern.az xəbər verir ki, bu barədə Elmira Fərzəliyeva özünün "Facebook"səhifəsində məlumat yayıb.

 

Məlumatda deyilir:

 

"Əziz seçicilər, sizin dəyərli dəstəyiniz sayəsində mən, Fərzəliyeva Elmira Raquf qızı, 9 fevral növbədənkənar parlament seçkilərində iştirak üçün imza toplayaraq öz namizədliyimi irəli sürmüşəm. Son bir neçə həftə ərzində seçki kampaniyama dəstək göstərən dostlarım və qərargahımın üzvləri ilə sıx əlaqədə çalışaraq sizə təklif edə biləcəyimiz ən yaxşı seçki platformasının üzərində çalışırdıq. 8 saylı Binəqədi birinci Seçki Dairəsindən namizəd olan Azay Quliyevin tətbiq edəcəyi, ən azından yerli təcrübədə bir ilk olan “Seçicinin elektron kabineti” kimi proqramın istifadəyə veriləcəyi barədə sosial media vasitəsilə və Seçki Dairəsinin ərazisində yaşayan tanışlarımdan məlumat aldıqdan sonra belə bir nəticəyə gəldim ki, Azay Quliyevə 9 fevral seçkilərində rəqib olmayacaq. Buna görə də mən, Azay Quliyevin xeyrinə öz namizədliyimi geriyə çəkmək barədə qərara gəldiyimi bəyan edir, mənə dəstək göstərən bütün seçiciləri isə 9 fevral 2020-ci ildə Azay Quliyevə səs verməyə dəvət edirəm".

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır