Arxiv
23 Yanvar 2020, 18:14 | DİASPOR
Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına BAŞLADI

Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 1748 nömrəli Sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edilib. Bu münasibətlə Dövlət Komitəsi “Azərbaycan Diaspor Könüllüləri” proqramında iştirak üçün qeydiyyata başlayıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, “Könüllülər ili”ndə proqramın daha zəngin və genişmiqyaslı olması nəzərdə tutulur. Bununla əlaqədar Dövlət Komitəsində Tədbirlər planı hazırlanıb və ardıcıllıqla həyata keçirilməsi planlaşdırılır. Ümumilikdə 50-yə yaxın istiqaməti əhatə edən Tədbirlər planında konfrans, dəyirmi masa, müxtəlif sosial aksiyalar və s. nəzərdə tutulur. Eyni zamanda, tədbirlərin həyata keçirilməsində Komitə əməkdaşları ilə yanaşı “Azərbaycan Diaspor Könüllüləri” proqramının məzunları da iştirak edəcəklər.

 

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 fevral tarixli Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika toplantısında söylədiyi “Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərə əsaslanaraq 2019-cu ilin mart ayından etibarən “Azərbaycan Diaspor Könüllüləri” adlı proqrama başlayıb. Proqramda iştirak üçün 609 gənc müraciət edib. Gənclərin kütləvi müraciətini nəzərə alaraq, 24 aprel 2019-cu il tarixində Nizami kino mərkəzində könüllü olmaq istəyən gənclərlə Komitə rəhbərliyinin görüşü keçirilib. Həmin dövrdən etibarən isə gənclər hissə-hissə təlimlərə cəlb edilir.

 

Proqram çərçivəsində könüllülərin Dövlət Komitəsində xaricdə yaşayan azərbaycanlılarla görüşləri, breyn-rinq intellektual yarışı, Norveç Krallığı, Kanada, Yunanıstan, Almaniya, Amerika, Polşa, Türkiyə, Şimali Kipr Türk Respublikası və s. xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərlə video-konfransları təşkil edilib.

 

Bütün bunlarla yanaşı “Azərbaycan Diaspor Könüllüləri” ilk DOST mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyü ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi “Nə? Harada? Nə zaman?” intellektual turnirdə Dövlət Komitəsini təmsil edib.

 

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Diaspor Könüllüləri həm sosial şəbəkələrdə müxtəlif sosial aksiyalar təşkil edib, həm də Bakı şəhərinin mərkəzində uşaqlara və xarici qonaqlara üçrəngli bayrağımız və Dövlət Bayraq Günü ilə bağlı informasiyalar verib, uşaqlara və qonaqlara bayraqlar hədiyyə edib. Bunlardan başqa “Azərbaycan Diaspor Könüllüləri”nin Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev ilə görüşü keçirilib. Proqram iştirakçıları Cocuq Mərcanlıya səfər edib və Qarabağımızın bir parçası olan Cocuq Mərcanlıda görülən işlərlə yaxından tanış olublar.

 

Həyata keçirilən bütün tədbrilər haqqında məlumatlar həm Dövlət Komitəsinin rəsmi internet saytında (diaspor.gov.az) Azərbaycan Diaspor Könüllüləri üçün xüsusi bölmədə yerləşdirilib, həm də sosial şəbəkələrdə geniş yayılıb.

 

Könüllü fəaliyyət göstərmək üçün müraciət forması: http://diaspor.gov.az/volunteers/

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Haram qidalar insanın qeyrətində də problemər yaradır - İLAHİYYATÇI İLƏ MÜSAHİBƏ 28 Fevral 2020, 09:36 Əsəd  hücumun əvəzini çox ağır verəcək - Vitse-prezident 28 Fevral 2020, 09:32 Kirayə mənzil almaq istəyənlərin nəzərinə 28 Fevral 2020, 09:26 “Öz ifaçılarımı axtarıram, hələ də tapa bilmirəm” - Doğum gününü qeyd edən Xalq artisti 28 Fevral 2020, 09:20 Ermənilər snayperləri işə saldılar - Cəbhədə təxribat 28 Fevral 2020, 09:14 Bakıda itkin düşən 5 nəfər tapıldı 28 Fevral 2020, 09:07 Suriyanın itkiləri: 17 gündə 1709 əsgər, 55 tank 28 Fevral 2020, 09:00 Daha bir ölkədə koronavirus qeydə alındı 28 Fevral 2020, 08:24 Çində koronavirusa yoluxanların yarısı sağalıb 28 Fevral 2020, 08:11 Türkiyə 33 şəhid verdi 28 Fevral 2020, 08:03 Təlim-döyüş təyyarəsi qəzaya uğradı 28 Fevral 2020, 00:53 Bərdədə qadın baltalanaraq qətlə yetirilib 28 Fevral 2020, 00:43 Bu komandalar Avropa Liqasının 1/8 finalında 28 Fevral 2020, 00:30 Bakıda “Bakubus” avtobusları dezinfeksiya edilir 28 Fevral 2020, 00:17 DTK-nın ermənilərlə birlikdə törətdiyi Sumqayıt hadisələrindən 32 il ötür 28 Fevral 2020, 00:01 Alimlər havasız yaşaya bilən canlı aşkarladılar 27 Fevral 2020, 23:22 Sabirabadda müəllimə bıçaqlandı 27 Fevral 2020, 23:06 Azərbaycanda koronavirusa görə məktəblər bağlanacaq? - Rəsmi 27 Fevral 2020, 22:48 Daşkəsəndə gənc hündürlükdən yıxılaraq ağır xəsarət alıb 27 Fevral 2020, 22:33 Bu ölkədə koronavirusdan ölənlərin sayı 17-yə çatdı 27 Fevral 2020, 22:19 WhatsApp qruplarının təhlükəsizlik problemi 27 Fevral 2020, 22:01 “Ermənicə-Azərbaycanca lüğət” çap edildi 27 Fevral 2020, 21:46 İranda 116 nəfərin koronavirusdan öldüyü iddia edilir 27 Fevral 2020, 21:32 Avropadan Türkiyəyə qarşı gözlənilməz addım 27 Fevral 2020, 21:18 “Azərbaycan İranla sərhəddə səyyar  hospitallar təşkil edir”  - RƏSMİ 27 Fevral 2020, 21:02 Yaponiyanın Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib 27 Fevral 2020, 20:45 Azərbaycanlı şahmatçı birinci oldu 27 Fevral 2020, 20:29 “Koronavirusun pandemiyaya keçmək ehtimalı davam edir” - ÜST 27 Fevral 2020, 20:14 Şura SƏLİS-ə yeni xidmətlər əlavə edəcək - FOTOLAR 27 Fevral 2020, 20:00 Prezident Artur Rasizadəni qəbul etdi: “Sizinlə növbəti görüşümüz Dağlıq Qarabağda olsun” 27 Fevral 2020, 19:58 Azərbaycanda koronavirusa görə qərargah YARADILDI 27 Fevral 2020, 19:50 Mobil səhra laboratoriyası koronavirusla bağlı hazır vəziyyə gətirildi - Əhaliyə çağırış 27 Fevral 2020, 19:46 MŞ-da Xəzəryanı ölkələrin jurnalistlərinin görüşünün təşkili müzakirə olundu 27 Fevral 2020, 19:40 Turizm Agentliyi koronavirusla bağlı vətəndaşlara müraciət ETDİ 27 Fevral 2020, 19:29 İranda universitetlərdə də dərslər dayandırıldı - Koronavirusa görə 27 Fevral 2020, 19:16