Modern.az

Lalə Abbasova seçiciləri ilə izdihamlı görüşlər keçirib - FOTOLAR

Lalə Abbasova seçiciləri ilə izdihamlı görüşlər keçirib - FOTOLAR

25 Yanvar 2020, 16:19

55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizəd Lalə Abbasova seçicilərlə görüşlərini davam etdirir.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd Lalə Abbasova Xaçmazın Hilövlü, Xaspolad Oba, Vəbəli, Gəncəli, Hacıqurbanova kəndlərində insanlarla bir araya gəlib. Görüş zamanı insanlar vaxtilə Lalə Abbasovanın deputat olduğu dövləri yada salıblar. Rayon camaatı seçicilər üçün hər zaman əlçatan deputat olduğunu xüsusi qeyd ediblər. Seçicilər yenidən Lalə Abbasovanın deputat olmasını istədiklərini deyiblər və ona görə də Lalə Abbasovaya səs verəcəklərini söyləyiblər. Deputatlığa namizəd Lalə Abbasova bildirib ki, məhz seçicilərin sayəsində onlarla birgə rayonda bir çox tikililərin gerçəkləşməsini həyata keçirib.


Daha sonra Lalə Abbasova rayonun 7 saylı və 2 saylı məktəblərin pedaqoji kollektivi ilə də görüşüb. Görüşlərin sonunda rayon camaatı yenidən Lalə Abbasovanı deputat görmək istədiklərini və ona səs verəcəklərini qeyd ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır