Modern.az

Hicran Hüseynova seçiciləri ilə görüşdü

Hicran Hüseynova seçiciləri ilə görüşdü

26 Yanvar 2020, 10:24

41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın Sumqayıt şəhəri Corat qəsəbəsində, 18-ci mikrorayonda yaşayan sakinlər, eləcə də şəhid ailələri, müharibə veteranları ilə növbəti görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə, Sumqayıt şəhər 1 saylı Doğum Evinin baş həkimi Təranə Rəcəbli, Sumqayıt şəhər “Çörək” ATSC İdarə Heyətinin sədri Tofiq Hüseynli, Dünya TV-nin proqram rəhbəri Aygün Zülfüqarlı, Prezident yanında Beynəlxalq Humanitar Yardım Komissiyasının üzvü, Tərəqqi Sosial İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri İndira Şəmsivari, əməkdar inşaatçı Şakir Həsənov, “Hüseynoğlu” MMC-nin rəhbəri və Dünya və Olimp Ticarət Mərkəzinin sahibi Lətifə Əhmədova, sahibkar Fərxrəddin Rəhimov, Corat Gənclər Birliyinin sədri Ağabəy Paşayev, şairə, jurnalist Rəfiqə Heybətova, gənc fəal Xəyal Yusifzadə, eləcə də qəsəbəni təmsil edən yaşlı nəslin nümayəndələri Hacı Rüstəm Əliyev, Fəxrəddin Behbudov, şəhid ailələrinin üzvləri, müharibə veteranları və sakinlər iştirak ediblər.

 

Çıxış edənlər Ümummilli Lider Heydər Əliyev və bugün onun siyasətini uğurla aparan Prezident İlham Əliyevin Azərbaycanın, o cümlədən Sumqayıt şəhərinin inkişafı üçün gördüyü işlərdən danışıblar. Bununla yanaşı çıxışçılar Hicran Hüseynovanın fəaliyyəti, onun elmi, pedaqoji və dövlət məmuru kimi böyük  təcrübəsindən danışıblar. Qəsəbəni təmsil edən yaşlı nəslin nümayəndələri sakinləri layiqli namizəd- Hicran Hüseynovaya səs verməyə çağırıblar və vurğulanıb ki, Corat qəsəbəsinin qorunub saxlanılmasında Hicran Hüseynovun atası Kamran Hüseynovun xüsusi rolu olub.

 

Hicran Hüseynova çıxış edərək Yeni Partiyasının sədri, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə ona etimad göstərib, Milli Məclisə növbədənkənar seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürdüyü üçün öz minnətdarlığını bildirib və qeyd edib ki bu, böyük bir inamdır, etibardır.

 

Sonda Hicran Hüseynova seçiciləri fevralın 9-da Azərbaycan Respublikasının Mili Məclisinə keçiriləcək azad, demokratik seçkilərdə fəal iştirak etməyə, öz siyasi iradələrini göstərməyə səsləyib.

 

Görüş zamanı həmçinin vətəndaşlar tərəfindən səsləndirilən təklif və müraciətlər dinlənilib və müvafiq tədbirlərin görülməsi üçün qeydə alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir