Modern.az

Məşhurlar Ziyad Səmədzadənin -“BÖYÜK İQTİSADİ ENSİKLOPEDİYA”SI HAQDA

Məşhurlar Ziyad Səmədzadənin -“BÖYÜK İQTİSADİ ENSİKLOPEDİYA”SI HAQDA

Ədəbi̇yyat

26 Yanvar 2020, 13:16

Akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputatlığa növbəti dəfə namizəd Ziyad Səmədzadə bu gün üçün, gələcək üçün çox vacib olan fundamental işi başa çatdırıb, geniş və tələbkar oxucu auditoriyasına təqdim edib.

 

Modern.az xəbər verir ki, Azərbaycanın görkəmli alimləri “Böyük İqtisadi Ensiklopediya”nın işıq üzü görməsini elmimiz, milli mədəniyyətimiz üçün böyük hadisə hesab edirlər.

 

“Böyük İqtisadi Ensiklopediya”da bəşəri iqtisad elminin keçdiyi mərhələlər ətraflı nəzərdən keçirilib, dünya iqtisad elmində formalaşmış iqtisadi baxışların müasir dünya və milli maraqlar baxımından qiymətləndirilməsinə cəhdlər edilib.

 

İqtisadi proseslər, iqtisadi terminlərin mahiyyətinin daha yaxşı mənimsənilməsi məqsədi ilə 1500-­dən çox sxem, cədvəl, qrafik və 2000-­dən çox şəkildən istifadə olunub. “Böyük İqtisadi Ensiklopediya” nəinki hər kəsin stolüstü kitabı olacaq, həmçinin, savadlı müsahib, təcrübəli opponentlik edəcək dərəcədə güclü bir elmi mənbədir.

 

“Böyük İqtisadi Ensiklopedi ya”da (2012-ci ildə 5 cild, 2015-ci ildə 6-cı və 7-ci cildlər nəşr olunub) 30 mindən çox iqtisadi termin, anlayış və pro seslərin ma hiy yəti açıqlanaraq geniş oxucu kütləsinin istifadəsinə verilib.

 

Akademik Ziyad Səmədzadə:

 

Layihənin ideya müəllifi və baş redaktoru kimi özümü xoşbəxt hesab edirəm ki, doğma Azərbaycan dilində vətənimin dinamik və keyfiyyətli inkişafı üçün çox vacib olan yeni iqtisadi təfəkkürün formalaşmasına, iqtisadi mədəniyyətin yüksəldilməsinə xidmət edəcək 7 cildlik “Böyük İqtisadi Ensiklopediya” işıq üzü gördü. Bu 7 cildlik  özünün əhatə dairəsi, strukturu, əyani vasitələrdən istifadə səviyyəsinə görə Avropa, MDB məkanında ilk çoxcildlikdir.

 

Hər bir ailə, iş adamı, ziyalı, alim, tələbə, magistr, aspirant, iqtisadçı, sahibkar üçün necə dolanmağın, necə işləməyin, yaxşı yaşamağın sirlərini açan kitab: “Böyük İqtisadi Ensiklopediya”

 

Akademik Akif Əlizadə:

 

“Müasir Azərbaycan iqtisad elminin nüfuzlu ağsaqqal larından biri olan görkəmli alim, aka de mik Ziyad Səmədzadənin ideya müəllifliyi və baş redaktorluğu ilə hazırlanıb, nəşr etdirilmiş irihəcmli, fundamental Böyük İqtisadi Ensiklo pediya həqiqətən də dövrün tələblərinə cavab verən əsl ictimai­siyasi və elmi hadisədir. Dünya iqtisad elminin nailiyyətləri indiyədək ölkəmizdə heç bir nəşrdə “Böyük İqtisadi Ensiklopediya”da oldu ğu qədər geniş işıq lan dırılmamışdır. “Böyük İqtisadi Ensiklo pediya” Azərbaycan elminin böyük nailiyyətidir. “BİE” zamanla ayaqlaşan bir iqtisadi külliyyat olmaqla, MDB məkanında da milli dildə işıq üzü görmüş ilk irihəcmli nəşrdir”.

 

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə: 

 

“Akademik Ziyad Səmədzadənin ideya müəllifliyi və baş redaktorluğu ilə hazırlanmış “Böyük İqtisadi Ensiklopediya”da Azərbaycan Respub li ka sı nın inkişafı, TAP və TANAP layihələri, Cənub Qaz Dəhlizi ilə bağlı məsələlər, eləcə də son illər iqtisadi sahədə əldə edilən nailiyyətlər, neft sənayesinin tarixindən başlamış bug nədək bütün proseslər öz əksini tapıb. Gənc mühəndislər üçün bu, çox qiymətli əsərdir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub