Arxiv
26 Yanvar 2020, 17:48 | AKTUAL
“Müsavat bəzi dairələrdə YAP-la birləşib, müxalifətə alternativlik edir” – İTTİHAM 

Müsavat Partiyasının başqanı Arif Hacılı fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı maraqlı açıqlamaları ilə gündəmə gəlib. Seçkilərdə YAP-dan sonra ən çox namizədlə iştirak edən siyasi qüvvənin Müsavat olduğunu xatırladan Arif Hacılı seçkilərdə də əsas rəqabətin Müsavatla YAP arasında gedəcəyini söyləyib.


Modern.az-a bu barədə danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə Müsavat Partiyasının bir neçə dəfə dağıldığını vurğulayıb:
“Elə olsaydı, biz partiya olaraq, 120 dairədən namizəd irəli sürüb, qeydiyyatdan da keçirərdik. Müsavatın bəzi dairələrdə iki nəfər üzvü bir-birinə alternativ olub. Namizədlərin qeydə alınmasında da maneə olmayıb deyə, elə kim sənədlərini veribsə, demək olar, onları da qeydə alıblar.


Təbii ki, müxalifətin əsas alternativi iqtidardır. Azərbaycan Demokrat Partiyasının da əsas alternativi iqtidardır. Mən isə öz dairəmdə Arif Hacılı və Yeni Azərbaycan Partiyasının namizədini vahid alternativ kimi görürəm. Əgər Müsavat başqa dairələrdə YAP-a alternativdirsə, bəzi dairələrdə YAP-la birləşib, məhz müxalifətə alternativlik edir”.

 

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə təbliğat-təşviqat kampaniyasında təkcə Yeni Azərbaycan Partiyası və Müsavatın üzvlərinin deyil, digər partiyaların, o cümlədən müstəqil namizədlər də iştirak etdiklərini diqqətə çatdırıb:

“Seçki kampaniyası çoxşaxəlidir. Müsavat Partiyasının çoxsaylı namizədləri qeydə alınsa da, ümumi seçki prosesində iki partiyanın bir-biri ilə mübarizə apardığını söyləmək əsassızdır. Namizədlərin çox olması hələ seçki prosesində həlledici mövqeyə çıxmaq demək deyil. Bunun nəticəsi fevralın 9-da veriləcək səslərin yekunu ilə müəyyən olunacaq”.

Yeni Azərbaycan Partiyasının ölkədə ən güclü siyasi partiya olduğunu diqqətə çatdıran Fəzail Ağamalı kütləvilik və yaxşı təşkilatlanmaya görə də hakim partiyanın ən öndə olduğunu düşünür:
“Bu partiyanın içərisində təkcə elmi, siyasi savadı deyil, eyni zamanda təcrübəsi olan siyasətçilər də birləşib. Bu gün Müsavat partiyasınınYeni Azərbaycan Partiyası ilə mübarizə aparmaq imkanı və gücü yoxdur”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avropa İttifaqı koronavirusla mübarizəyə 230 milyon avro ayırır 25 Fevral 2020, 00:52 Bakıxanovda piyadanı vuran sürücü qaçdı 25 Fevral 2020, 00:36 "Rövşənin öldürdüyü" deyilən qətllərin arxasından bu ad çıxdı 25 Fevral 2020, 00:21 Bu gün Novruzun ilk çərşənbəsi qeyd olunur 25 Fevral 2020, 00:03 Daha bir ölkədə koronavirus aşkarlandı 24 Fevral 2020, 23:50 Şəkidə biri azyaşlı olmaqla 4 nəfəri it dişləyib 24 Fevral 2020, 23:33 Azərbaycan nefti ucuzlaşıb 24 Fevral 2020, 23:19 Xırdalanda 18 yaşlı gənc bıçaqlandı 24 Fevral 2020, 23:03 Ağ Ev Konqresdən koronavirusa görə 1 milyard dollar istəyəcək 24 Fevral 2020, 22:39 Şəhid İbrahim Vəliyevin cənazəsi  Zərdaba gətirildi -  VİDEO 24 Fevral 2020, 22:16 Madər Musayevin dairəsi ilə bağlı şikayət təmin edilmədi 24 Fevral 2020, 21:57 İranda koronavirusdan ölənlərin sayı artdı 24 Fevral 2020, 21:53 Ləman Ələşrəfqızının şikayəti əsasında 3 məntəqədə nəticə ləğv edildi 24 Fevral 2020, 21:36 Abşeronda 64 yaşlı qadın dənizdə batdı 24 Fevral 2020, 21:24 Ucar Seçki Dairəsində iki məntəqənin nəticələri ləğv edildi 24 Fevral 2020, 21:11 İrandan Azərbaycana gələn daha iki nəfər xəstəxanaya yerləşdirildi 24 Fevral 2020, 21:01 Sumqayıtda marşrut avtobuslarında pulsuz Wi-Fi quraşdırıldı 24 Fevral 2020, 20:46 Daha bir məntəqədə seçkilərin nəticəsi ləğv edildi 24 Fevral 2020, 20:29 MSK Azər Qasımlının şikayətini təmin etmədi 24 Fevral 2020, 20:24 AzTV-nin gənc aparıcısı sədr müavini TƏYİN OLUNDU 24 Fevral 2020, 20:06 Yeni baş direktor Əkbər Hacıyevin kadırını işdən çıxardı 24 Fevral 2020, 20:00 Ziyad Səmədzadənin dairəsi ilə bağlı qərar VERİLDİ 24 Fevral 2020, 19:41 Ceyhun Məmmədovun dairəsində bir məntəqənin nəticələri ləğv olundu 24 Fevral 2020, 19:32 MSK sədri: “Məzahir Pənahovun yanında Stalin toya getməlidir” 24 Fevral 2020, 19:23 Nigar Arpadarainin dairəsində ləğv edilən məntəqələrinin sayı 7-yə ÇATDI 24 Fevral 2020, 19:14 Bəzi şagirdləri məktəbə buraxmadılar 24 Fevral 2020, 19:05 Məzahir Pənahov: “Əsgərlərin hamısının eyni namizədə səs verməsinin səbəbini deyə bilmərik” 24 Fevral 2020, 18:56 Daha bir ərəb ölkəsində koronavirus aşkarlandı   24 Fevral 2020, 18:47 MSK Naqif Həmzəyevin dairəsini ARAŞDIRACAQ  24 Fevral 2020, 18:39 Heydər Əliyev Fondu aktyorun müalicəsini üzərinə götürdü 24 Fevral 2020, 18:36 MSK Rauf Əliyevin dairəsi ilə bağlı şikayəti RƏDD ETDİ   24 Fevral 2020, 18:28 Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yaydı 24 Fevral 2020, 18:25 Bakıda sevgililər dəm qazından boğularaq öldü 24 Fevral 2020, 18:21 MSK-dan Nizami Cəfərovun dairəsi ilə bağlı QƏRAR - məntəqə ləğv edildi 24 Fevral 2020, 18:20 Yaranışın yeni formuluŞərq hikməti və ya “Mühəndislik fəlsəfəsi” 24 Fevral 2020, 18:14