Modern.az

Jalə Əhmədova Salyan camaatı ilə bir arada - Fotolar

Jalə Əhmədova Salyan camaatı ilə bir arada - Fotolar

27 Yanvar 2020, 12:24

59 saylı Salyan seçki dairəsindən deputatlığa namizəd Jalə Əhmədova seçicilərlə bir araya gəlib.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd Jalə Əhmədova seçicilərlə görüş zamanı bir çox məsələlərə toxunub.

 

Deputatlığa namizəd Jalə Əhmədova bildirib ki, ölkədə hər bir sahədə islahatlar gedir:

 

“Bu islahatlar parlamentin yeniləşməsi üçün də lazımdır. Ümid edirik ki, parlamentdə də gənc deputatlar üstünlük təşkil edəcək”.

 

Jalə Əhmədova görüş boyu ağsaqqallar, ziyalılar və gənclərlə maraqlı müzakirələr aparıb. Ağsaqqalların xeyir-duasını alıb.

 

Sonda seçicilər Jalə Əhmədovaya səs verəcəklərini qeyd ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir