Arxiv
28 Yanvar 2020, 15:34 | AKTUAL
Dəhşətli virusla bağlı Azərbaycan hökuməti təcili müşavirə keçirdi - Prezident tapşırıq verdi

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabinetində, Ümumdünya Səhiyyə Təşkilatının və Çin Xalq Respublikası hökumətinin elan etdiyi kimi, ÇXR-in Uhan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib.

 

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Baş Nazirin sədrlik etdiyi müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərləri iştirak ediblər.

 

Müşavirədə epidemiyanın Azərbaycana daxil olmasının qarşısının alınması üçün müzakirələr aparılıb.

 

Müşavirənin yekununda belə hallar üçün nəzərdə tutulmuş aşağıdakı tədbirlərin görülməsi haqda qərar qəbul edildi:

 

- sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi;

- ÇXR-dən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması;

- xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi;

- səhiyyə ocaqlarında qaynar xətlərin yaradılması;

- virus və onunla mübarizə metodları haqda əhali ilə maarifləndirmə işlərinin aparılması; 

- vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumat verilməsi.

 

 

Əhalinin nəzərinə çatdırılır ki, ölkədə belə vəziyyətlərdə ehtiyacın yarana biləcəyi bütün tibbi ləvazimatlar kifayət qədərdir.

 

O da vurğulanıb ki, hazırda ölkəmizdə belə xəstəliyə yoluxma halları müşahidə olunmayıb, Azərbaycanda əhalinin sağlamlığı ilə bağlı vəziyyət dövlətin tam nəzarətindədir və narahatlıq üçün heç bir əsas yoxdur.

 

Müşavirədə Səhiyyə nazirinin rəhbərliyi ilə və aidiyyəti qurumların iştirakı ilə İşçi qrupunun yaradılması qərarı qəbul edilib.

 

Tədbirlərin görülməsində Ümumdünya Səhiyyə Təşkilatının müvafiq tövsiyyələri nəzərə alınır.

 

Azərbaycanın ÇXR-dəkı səfirliyi və ÇXR-in Azərbaycandakı səfirliyi ilə sıx əlaqə saxlanılır. Habelə, Azərbaycanın Çindəki səfirliyi ÇXR-in dövlət qurumları və Çində olan Azərbaycan vətəndaşları ilə daimi təmasdadır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13 Azərbaycanda koronavirus: 148 yoluxma, 177 sağalma, 2 ölüm 19 Sentyabr 2020, 16:54 “İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib 19 Sentyabr 2020, 16:23 Prezidentdən xatırlatma: “O vaxtlar rayonlarda ümumiyyətlə, qaz deyilən şey yox idi” 19 Sentyabr 2020, 16:10 Putin “Avanqard” raket kompleksinin müəllifinin adını açıqlayıb 19 Sentyabr 2020, 15:55 Hərbi Dəniz Qüvvələrindən TƏKZİB: “Bədniyyətli şəxslərdir” 19 Sentyabr 2020, 15:22 Dünyanın ən yaşlı sakini yeni REKORD VURDU 19 Sentyabr 2020, 15:11 İranda virusdan ölənlərin sayı 24 mini keçdi 19 Sentyabr 2020, 14:56 Türkiyə televiziyasında “Üç cizgi” adlı Azərbaycan proqramı yayımlanacaq  19 Sentyabr 2020, 14:48 1,8 milyon manatı mənimsəyən şirkət rəhbəri ilə bağlı istintaq aparılıb 19 Sentyabr 2020, 14:40 Erməni hakerlər Tarix İnstitutunun araşdırmalarını dərc edən KİV-ə hücum ediblər 19 Sentyabr 2020, 14:30 “Ölkəmizin həm siyasi, həm iqtisadi nailiyyətləri böyük dərəcədə neft-qaz amilinə söykənir” 19 Sentyabr 2020, 14:16 Azərbaycan neftinin qiyməti ucuzlaşdı 19 Sentyabr 2020, 14:14 Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb 19 Sentyabr 2020, 14:05 Deputat Tofiq Yaqublu ilə bağlı qərarı “cəza siyasətinin humanistləşdirilməsi” sayır 19 Sentyabr 2020, 14:01 Müxalifət niyə birləşə bilmir? – Sabir Rüstəmxanlı səbəbləri AÇIQLADI 19 Sentyabr 2020, 13:50 SOCAR 2035-ci ilə qədər planlarını ELAN ETDİ 19 Sentyabr 2020, 13:41 Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə TOPLAYIR 19 Sentyabr 2020, 13:32 Çay haqqında bilmədiklərimiz 19 Sentyabr 2020, 13:25 Bağlanmış bankların əmanətçilərinə qaytarılan MƏBLƏĞ 19 Sentyabr 2020, 13:12 Prokurorluq fəhlənin ölümü ilə bağlı məlumat yaydı 19 Sentyabr 2020, 12:55 Əmək pensiyaları ilə bağlı hansı dəyişikliklər olacaq?  19 Sentyabr 2020, 12:33 FHN Bakıdakı yanğınla bağlı MƏLUMAT YAYDI 19 Sentyabr 2020, 12:29 Ermənilər “parlamenti” Şuşaya köçürür – YENİ TƏXRİBAT 19 Sentyabr 2020, 12:18 Şimşək çaxacaq, yağış yağacaq - Sabahın hava PROQNOZU 19 Sentyabr 2020, 12:17 Magistraturaya plan yerlərinin 85 faizi dolub 19 Sentyabr 2020, 12:05 Daha bir rayonda qazlaşdırma 100%-ə çatdırıldı 19 Sentyabr 2020, 12:03 Gürcüstanda virusa yoluxanların sayı yeni REKORD VURDU 19 Sentyabr 2020, 11:51 İxtisas seçimi edən abituriyentlərin sayı AÇIQLANDI 19 Sentyabr 2020, 11:48 Ermənistanda koronavirusa yoluxanların sayı 50 minə YAXINLAŞIR 19 Sentyabr 2020, 11:42 “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib 19 Sentyabr 2020, 11:39 Ərini bıçaqlayan qadına cinayət işi açıldı 19 Sentyabr 2020, 11:30 Etibar Əliyev: “Bəzən sosial şəbəkələr söyüşün simvoluna çevrilir” – MÜSAHİBƏ 19 Sentyabr 2020, 11:28 Zakir Həsənov COVID-19-la bağlı generallara TAPŞIRIQ VERDİ 19 Sentyabr 2020, 11:24