Modern.az

Çin restoranlarına getməyin! - Nazirlikdən XƏBƏRDARLIQ

Çin restoranlarına getməyin! - Nazirlikdən XƏBƏRDARLIQ

28 Yanvar 2020, 17:00

“Yaxşı olar ki, insanalr bir müddət Çin restoranlarına getməsinlər. Ümumiyyətlə, çin qidalarından istifadə etməsinlər”.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

 

A.Əliyeva qeyd edib ki, koronavirus barədə geniş araşdırmalar aparılanadək bu restoranlara getmək məsləhət deyil.

 

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təhlükənin olmaması barədə məlumat veriləndən sonra insanlar rahat şəkildə bu restoranların xidmətlərindən istifadə edə bilərlər”,-deyə nazirlik rəsmisi bildirib.

 

Mərkəzin direktoru həmçinin, onlayn sifarişləri  dayandırmağı məsləhət görüb: “Həmin məhsullar gömrük məntəqələrində müayinədən keçirilir, yoxlanılır, amma yenə də alış-verişi, bütün əlaqələri məhdudlaşdırmaq olar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub