Modern.az

Rusiya səfirindən Azərbaycan əsilli jurnalistin qətlinə REAKSİYA

Rusiya səfirindən Azərbaycan əsilli jurnalistin qətlinə REAKSİYA

3 Fevral 2020, 14:36

Mərkəzi Afrika Respublikasında hərbi reportaj hazırlayan zaman öldürülən rusiyalı jurnalistlər Aleksandr Rastorquyev, Kiril Radçenko və Azərbaycan əsilli Orxan Camalın qətli ilə bağlı yeni detallar üzə çıxıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Mərkəzi Afrika Respublikasındakı Rusiya səfiri Vladimir Titorenko jurnalistlərin səfər zamanı bir çox yerli qanunları pozduğunu deyib.

“Həlak olan jurnalistlər yerli qanunları pozublar və lazımı səviyyədə mühafizə olunmayıblar. Jurnalistlər özlərini viza alan zaman turist kimi təqdim ediblər amma ölkəyə BMT könüllüləri olduqlarını göstərən jurnalist vəsiqəsi ilə gəliblər. Rusiya vətəndaşları üçün belə sənədin verilməsi inandırıcı görünmür”.

 

Titorenko Mərkəzi Afrika Respublikası rəhbərliyinin icazəsi olmadan jurnalistlərin gizli Berenqo hərbi bazasına daxil olmağa çalışdıqlarını deyib.

Xatırladaq ki, Orxan Camal Rusiyanın tanınmış hərbi jurnalisti olub. 1966-cı il noyabrın 12-də Moskvada anadan olan mərhum jurnalistin atası Azərbaycan əsilli Rusiyanın məşhur İslam bilicisi, din xadimi Heydər Camal olub. Orxan Camal 2018-ci il iyulun 31-də Mərkəzi Afrika Respublikasında hərbi reportaj zamanı 2 həmkarı ilə birlikdə öldürülmüşdü.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir