Modern.az

Türkiyə Rusiya qazından imtina edir: “Azərbaycana daha çox güvənir” - Ekspert

Türkiyə Rusiya qazından imtina edir: “Azərbaycana daha çox güvənir” - Ekspert

6 Fevral 2020, 17:19

Türkiyə xarici ölkələrdən aldığı təbii qazın həcmini 10% azaldıb. 2019-cu ildə rəsmi Ankara Rusiyadan aldığı təbii qazı 40% azaltsa da, Azərbaycandan Türkiyəyə ixrac olunan qazın həcmi 30 % artaraq 8,6 milyard kub metrə çatıb.

 

Bu göstərici 2018-ci illə müqayisədə 1,9 milyard kub metr artım deməkdir. 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Modern.az-a açıqlamasında Azərbaycanın beynəlxalq rolunun artacağını deyib.

 

“2013-cü ildə Türkiyə hökuməti ilə qazın alqı-satqısına dair hökumətlərarası saziş imzalanıb. “Şahdəniz 2” layihəsinə investisiya cəlb edilib və onun tikintisinə başlanılıb. Gərək alıcıyla müqaviləni imzalayasan, ondan sonra yataqda hasilatı həyata keçirməyə başlayasan. Bunun bünövrəsi 6 il öncə qoyulub. Biz o zaman hesabladıq ki, öz qazımızın hasilatını artıra bilərik. Bunu da etmək üçün həm regionda, həm də regiondan uzaq bazarlarda öz alıcılarımız olmalıdır. Həmin alıcıları tapdıq, o alıcılarla necə ticari əlaqələr qura biləcəyimizi müəyyənləşdirdik. İndi də həcmi ildən-ilə artıracayıq. Bu onillik Azərbaycan qazının ixrac həcminin daim artması ilə müşayiət olunacaq”.

 

İlham Şaban təbii qazın idxalında Türkiyənin Azərbaycanı digər ölkələrdən daha etibarlı tərəfdaş hesab etdiyini düşünür:

“Əlbəttə ki, Türkiyə Azərbaycana Rusiyadan daha çox güvənir. Türkiyə SSRİ-nin dağılmasından sonra türk dövlətləri içərisində özünə bir arxa axtarmağa başlamışdı. Siyasi, iqtisadi, mədəni çevrədə ən strateji dostu ancaq Azərbaycan olub. Onu Rusiyanın içərisində də axtarmışdı, amma faktiki olaraq yeganə sirdaşı, qan qardaşı Azərbaycan çıxmışdı. Türkiyə 1997-ci ildə Türkmənistanla ildə 30 milyard kubmetrlik qaz alqı-satqısına dair müqavilə imzaladı. Türkmənistan onu həyata keçirmədi. “Transxəzər” layihəsində ona dəstək vermədi. Türkiyə 1986-cı ildən Rusiyadan qaz alır. Amma Ankara bu qazı necə şaxələndirəcəyini düşünürdü. 2007-ci ildə ölkəyə Azərbaycan qazı gələndən sonra Türkiyə real olaraq öz bazarını şaxələndirmək imkanı qazandı”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır