Arxiv
8 Fevral 2020, 10:37 | MƏDƏNİYYƏT
Bakı zooparkı yeni görkəmdə - macəra körpüsü, heyvanlar təbiətdə...

Bakı Zooloji Parkı 2019-cu il  fevral ayının 2-sindən etibarən təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar olaraq ziyarətçilərinin üzünə bağlanılıb. Hərkəsə maraqlıdır ki, yeni zoopark nə vaxt stifadəyə veriləcək? Ziyarətçiləri hansı surprizlər gözləyir? Bununla bağlı Bakı Zooloji Parkının direktoru Azər Hüseynovla əlaqə saxladıq.

 

Azər Hüseynov Modern.az-a zooparkın istifadəyə verilməsi vaxtının gizli saxlandığını bildirib:

 

“Bilirəm ki, hər kəs açılış vaxtını gözləyir. Qoy bu hələ ki sirr qalsın. Məlumat üçün bildirək ki, zooparka yeni heyvanlar gətiriləcək. Əvvəlcədən demək istəmirəm, hansı heyvanlar gətiriləcək. Çünki ola bilər ki, nəzərdə tutduğumuz heyvanın ölkəyə gətirilməsində müəyyən manelər yaransın. Ancaq çox güman ki, hər biri gətiriləcək. Gələndən sonra, elan olunacaq ki, hansı heyvanlar yenidir”.

 

Bakı Zooloji Parkının tikinti layihəsinin rəhbəri Ramin Vəliyev isə yeni zooparkın görüntüsü haqqında maraqlı məlumatlar verib:

 

“Ümumi zooparkın açılmağı ilə bağlı konkret tarixi demək çətindir. Çünki elə layihələrimiz var bitib, eləsi də var ki, hələ yarımçıq qalıb. Biz müvəqqəti Qaradağ rayonunda zoopark tikmişik, bütün heyvanlar da ora yerləşdirilib. İndi onların da zooparka köçürülməsi məsələsi hardasa  bir  ay çəkəcək. Tikinti işləri çox gözəl şəraitdə aparılır,köhnə zooparkdan demək olar ki,heç bir əsər-əlamət qalmayıb. Köhnə zoopark təmamilə yenidən qurulur. Əvvəlki zooparkın ərazisi 2 hektar təşkil edirdi. Hazırda yeni zooparkın ərazisi 4,15 hektara qədər artırılıb. Bütün qəfəslər götürülüb, heyvanları təbiətdəki kimi açıq şəkildə hərəkət edəcəklər. Təbii ki, insanların hərəkətlərində müəyyən məhdudiyyətlər olacaq. İnsanların əyləncəsi üçün restoranlar, kafelər tikilib. Hətta böyük  akvaterrarium binası tikilir, içərisində böyük akvariumlar olacaq. Düşünürük ki, üzərində də restoran olsun. Heyvanlar üçün dünya standartlarına uyğun klinika tikilib. Bu klinika tək zoopark heyvaları üçün nəzərdə tutulmayıb, kimsə istəsə öz heyvanını bura gətirib bütün problemlərini həll edə bilər”.

 

Ramin Vəliyev zooparkın inzibati binasının tikilərək hazır vəziyyətdə olduğunu söyləyib:

 

“Layihələndirmə məsələsində Rusiyanın tanınmış bir şirkəti ilə birgə işləyirik. Bu şirkət dünyada 130-a yaxın zoopark tikib.Məlumat üçün bildirim ki, Bakı Zooloji Parkın Avropa Zoopark Assosasiyasına üzv olunması üçün sənədlər hazırlanır. Bizim əsas məqsədimiz odur ki, Avropa Zoopark Assosasiyasına üzv olduqdan sonra heyvanların mübadiləsi məsələsində rahatlığı təmin edək. Əminliklə deyə bilərik ki, Bakı Zooloji Parkı dünyada 10 əsas zoopark siyahısına daxil ola biləcək səviyyədə qurulub. Hətta hər bir heyvan üçün şəlalələr, göllər təşkil olunub. Macəra körpüsü qurulub ki, onun üstündə gəzən insanlar yuxarıdan bütün heyvanları görə biləcək. Təbii ki, təhlükəsizlik məsələsi bizim əsas məqsədlərimizdən biridir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirus infeksiyalarını bloklayan süni virus yaradılıb 9 Aprel 2020, 00:57 Fransada koronavirusdan ölənlərin sayı 10 869-a çatdı 9 Aprel 2020, 00:36 Prezidentinin oğlu koronavirusa yoluxdu 9 Aprel 2020, 00:16 Koronavirusla mübarizə üçün Ukraynaya 190 milyon avro ayırıldı 9 Aprel 2020, 00:03 Bu gün 3018 nəfər koronavirus testindən keçirilib - TƏBİB 8 Aprel 2020, 23:46 Neft 34 dollaradək bahalaşdı 8 Aprel 2020, 23:28 Yaponiyada COVİD-19 ilə bağlı rekord göstərici qeydə alındı 8 Aprel 2020, 23:15 Əkrəm İmamoğlunu ölümlə hədələyən şəxs tutuldu 8 Aprel 2020, 22:59 Bu ölkədə 4072 nəfər koronavirusa yoluxdu 8 Aprel 2020, 22:44 Azərbaycanlı diaspor rəhbəri koronavirusa yoluxdu 8 Aprel 2020, 22:27 Koronavirusla bağlı daha bir kəşfiyyat məlumatı üzə çıxdı 8 Aprel 2020, 22:14 ABŞ-da koronavirusa yoluxanların sayı 401 166 nəfərə çatdı 8 Aprel 2020, 22:01 Qənirə Paşayevanın seçicilərinə 3 min maska hədiyyə edildi 8 Aprel 2020, 21:55 Göyçayda üç avtomobil toqquşdu: xəsarət alanlar var 8 Aprel 2020, 21:45 Heydər Əliyev Mərkəzindən İtaliyaya həmrəylik nümayişi 8 Aprel 2020, 21:33 Türkiyədə koronavirusdan ölənlərin sayı 812-yə çatdı 8 Aprel 2020, 21:16 İtaliyada koronavirusdan REKORD sayda sağalma 8 Aprel 2020, 20:59 Britaniyada daha 938 nəfər koronavirusdan öldü 8 Aprel 2020, 20:45 İrandan koronavirusla mübarizədə dəstəyə görə Azərbaycana təşəkkür 8 Aprel 2020, 20:29 Koronavirusa görə GPS peykinin buraxılışını təxirə salındı 8 Aprel 2020, 20:17 Siyasətçi bu səbəbdən prezident olmayacaq 8 Aprel 2020, 20:01 ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik 8 Aprel 2020, 19:50 Bakıda “Toyota” ilə “KamAZ” toqquşub:  yaralanan var 8 Aprel 2020, 19:41 “AzərGold” xaricə qızıl satışını dayandırıb 8 Aprel 2020, 19:33 Şəxsiyyət vəsiqəsinin müddəti bitən şəxslərin NƏZƏRİNƏ 8 Aprel 2020, 19:25 Nazirlər Kabinetinin rəsmisi: “Adamlara pul paylansa, daha çox insan işsiz qalacaq” 8 Aprel 2020, 19:17 Maliyyə yardımı kimlərə şamil olunacaq? - Nazir: “Minimal məbləğ 250 manat...” 8 Aprel 2020, 19:11 İbrahim Məmmədov: “Düşmən ölkələr koronavirusla bağlı şayiələr yayırlar” 8 Aprel 2020, 19:01 Azərbsaycanda 82 yaşlı şəxs koronavirusdan sağalıb 8 Aprel 2020, 18:53 Azərbaycanda koronavirusa yoluxma ilə bağlı qırmızı zona yoxdur – Operativ Qərargah 8 Aprel 2020, 18:51 İşdən çıxarılan məmur baş naziri sərt tənqid etdi 8 Aprel 2020, 18:46 UNEC aliminin koronavirus barədə araşdırması apardı 8 Aprel 2020, 18:38 Bakıda piyadanı vurub öldürən sürücü tutuldu 8 Aprel 2020, 18:31 Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı XƏBƏRDARLIQ 8 Aprel 2020, 18:28 Ağır xəstələrin rayondan Bakıya gətirilməsinə icazə verilir – Operativ Qərargah 8 Aprel 2020, 18:25