Modern.az

MSK 17:00-a olan MƏLUMATI açıqladı: Seçicilərin 44,84%-i səs verib - YENİLƏNİB

MSK 17:00-a olan MƏLUMATI açıqladı: Seçicilərin 44,84%-i səs verib - YENİLƏNİB

9 Fevral 2020, 17:57

Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir.

 

Modern.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 17:00 olan məlumatları açıqlayıb. O bildirib ki, ölkə üzrə 2 milyon 389 min 754 nəfər seçici səs verib.

Seçici fəallığı 44.84% təşkil edir. 125 dairəni əhatə edib və səsvermə 5 573 məntəqədə aparılıb. Qeyd edək ki, 5 milyon 329 461 nəfər seçkilərdə səsvermə hüququndan istifadə edə biləcək. Parlament seçkilərində iştirak edəcək namizədlərin sayı isə 1314 nəfərdir.

 

XXX

Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir.

Modern.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 15:00 olan məlumatları açıqlayıb. O bildirib ki, ölkə üzrə 2 milyon 905 min 89 nəfər seçici səs verib. Seçici fəallığı 39.23% təşkil edir. 125 dairəni əhatə edib və səsvermə 5 573 məntəqədə aparılıb.

 

XXX

Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir.

 

Modern.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 12:00 olan məlumatları açıqlayıb.

O bildirib ki, ölkə üzrə 1 milyon 457 min 776 nəfər seçici səs verib. Seçici fəallığı 27.35% təşkil edir. 125 dairəni əhatə edib və səsvermə 5 573 məntəqədə aparılıb. Qeyd edək ki, 5 milyon 329 461 nəfər seçkilərdə səsvermə hüququndan istifadə edə biləcək. Parlament seçkilərində iştirak edəcək namizədlərin sayı isə 1314 nəfərdir.

 

XXX

Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir.

 

Modern.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov səhər saat 10-na olan ilkin məlumatları açıqlayıb. O bildirib ki, ölkə üzrə 670 min 86 seçici səs verib. 125 dairəni əhatə edib və səsvermə 5 573 məntəqədə aparılıb. Qeyd edək ki, 5 milyon 329 461 nəfər seçkilərdə səsvermə hüququndan istifadə edə biləcək.

 

Parlament seçkilərində iştirak edəcək namizədlərin sayı isə 1314 nəfərdir. Onlardan 246-sı siyasi partiyaların, namizədlərdən 1 057-i öz təşəbbüsü ilə, 11-i isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Namizədliyi qeydə alınanların 79 faizi kişi, 21 faizi qadınlardır.

Seçici fəallığı 12.57% təşkil edir

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir