Arxiv
11 Fevral 2020, 10:07 | ƏDƏBİYYAT
Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - On beşinci və on altıncı söz

Modern.az saytı qazax xalqının görkəmli ədəbiyyatçısı və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyi münasibəti ilə onun qələmə aldığı “Qara Söz”ü təqdim edir.

 

On beşinci söz

 

İnsanları müşahidə edərkən, belə nəticəyə gəldim ki,   ağıllı insanla ağılsızın fərqlərini belə gördüm. Əvvəla onu deyim ki, insan dünyaya gəldiyi ilk gündən kainatı və gördüyü hər şeyi anlamağa maraqlı olur. Maraqlandığı hər şey üçün ayırdığı zaman onun yaddaşında ən xoşbəxt anlar olaraq yer tutar. Buna görə də ağıllı insan hər zaman faydalı işlərə meyl edər, gördüyü işlərdən zövq alar, köhnə xatirələrini danışanda belə,  ağır günlərini də sevgi ilə danışar, söhbətləri ilə ətrafdakıları məst edər. Belə adamlar yaşadıqları ömürə görə təssüflənməzlər.

 

Ağlı başında olmayan,  həyatda layiqli yerini tapmayan insan da dəyərsiz  və mənasız işlərə maraq edər, ömrünün gözəl anlarını və qiymətli vaxtlarını boş-boşuna keçirər. Yaşadığı ömürdən, zamandan zövq almaz. Gəncliyini elə yaşar ki, sanki gənclik uçub getməyəcək,  elə zənn edər ki, qarşıdakı ömür yolu əyləncələr və sevinclərlə dolu olacaq. Beləcə ömrünü faydasız yaşayar, bir gün ayılar ki,  gəncliyi ötüb keçib, ayaqları yorğun düşüb, beli bükülüb, artıq heç nəyə marağı qalmayıb, gözündə hər şey adiləşər.

 

Üçüncüsü isə - hər şeyə maraq duymaqdır. İnsan istərsə belə bir adətə öyrənir. Belə adətkərdəlik isə insanda xəstəlik yaradar. Dayanmadan uğur  qazanan insan da bəzən müvəfəqiyyətə aludə olur. Bu da insanın başını  dumanlandırır, sərxoş edir. Ətrafdakı adamların diqqət mərkəzində olan insan müvəfəqqiyyətin təsirindən  bəzən qeybət və gülüş hədəfinə də çevrilir.
Müdrik adamlar belə  çıxılmaz vəziyyətə düşdükdə  sayıqlığını itirmədəozünü  ələ alar, düşündüyü hər sözü  söyləməz və özünü gülünc göstərməz. Sarsaq adam isə  gözləri göyə baxa-baxa yəhərsiz atı çapıb tozanaq qoparar, başındakı papağını da bu tozanaqda itirər , əynindəki çapanının atın quyruğunda yelləndiyindən də xəbəri olmaz. Belələrini də çox görmüşəm.
Özünü adlı-sanlı kişilərin içərisində görməlk istəyirsənsə, o zaman hər gün, ya həftədə, ayda bir dəfə  özünə hesabat ver. Bax gör ki,  yaşadığın ömür boyunca hansı xeyirli işləri gördün, özünə hansı savadı qazandın, gerçək dünyan və ya axirətin üçün hansı savab əməlləri etdin? Yaşadığın ömür səni peşiman etmədi ki?

Yoxsa ki, heç  ömrün necə gəlib keçdiyindən də xəbərin olmadı?

1893

 

On altıncı söz

 

Bizim qazaxlar üçün onların etdikləri ibadətin allah tərəfindən qəbul olub-olunmayacağının heç bir fərqi yoxdur. Bu səbəb  onları narahat etməz. Belə düşünürlər ki, sadəcə hər kəsin etdiyi kimi biz də otururub, əyilib- durub, dua etsək, bu bizə bəs edər. Nisyə mal aldığı tacir gəlib qapısını döyəndə deyər ki: “Əlimdə ovcumda olanım budur, istəyirsən götür, istəmirsənsə, yoxumdur, yerin altın qazıb sənə pul verəsi deyiləm ki, vur öldür məni, yoxumdur...!”.

 

 O Allahla da tacirlə davrandığı kimi davranar.  Nə   qəbul olunmuş duaları  ayinləri öyrənib-tələffüz etməz, nə də ki, əlavə savad-bilik öyrənməz. Elə bil ki, dilinə əziyyət verməz.  Sözləri sındıra-sındıra dua edər ki, guya günahlardan təmizlənəcək. Özünü təmizə çıxarmaq üçün bəhanəsi belə olar: “Mənim bildiyim bu qədərdir, bu qoca yaşımda  elm öyrənən deyiləm ki?” və ya “ Əsas odur ki, dindarlıqla məşğulam, nə fərqi var ki, sözləri düz deyib, ya demirəm, dilim sözü tutmursa bu günah deyil”- deyib, özünə haqq qazandırar. Görəsən onun dili başqalarının dilindən fərqlidir ki?

1893

 

Tərcümə etdi: Aida Eyvazlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cənubi Koreyada Xocalı üçün milli petisiyası yaradıldı 25 Fevral 2020, 18:42 İrandan Azərbaycana qayıdan 23 nəfər xəstəxanaya yerləşdirilib 25 Fevral 2020, 18:36 Azərbaycan və Türkiyə prezidentlərinin birgə mətbuat önüə çıxdı - FOTOLAR 25 Fevral 2020, 18:26 Azərbaycan-Türkiyə sənədləri imzalanıb 25 Fevral 2020, 18:16 MSK 24 saat müddətində sənədləri Konstitusiya Məhkəməsinə göndərəcək 25 Fevral 2020, 18:14 Goranboyda 70 yeni iş yeri açılacaq 25 Fevral 2020, 18:11 Güclü külək Bərdə və Tərtərdə fəsadlar törədib 25 Fevral 2020, 18:08 MSK-dan Fatma Yıldırımın dairəsi ilə bağlı QƏRAR 25 Fevral 2020, 18:04 Ağdamda mənzildən 28 min dollar oğurlayan şəxs saxlanıldı 25 Fevral 2020, 18:03 Musa Quliyevin dairəsində iki məntəqənin nəticəsi ləğv olundu 25 Fevral 2020, 18:02 Mehriban Əliyeva məşhur musiqiçinin müalicəsi ilə bağlı tapşırıq verdi  25 Fevral 2020, 17:59 Gəncədə küləyin sürəti 35 metrə çatıb 25 Fevral 2020, 17:54 Spirt və maska koronavirusun qarşısını alır? - Baş infeksionistdən AÇIQLAMA 25 Fevral 2020, 17:54 Nazirlik ağac kəsən şirkəti rekord məbləğdə CƏRİMƏLƏDİ 25 Fevral 2020, 17:42 Xocalıya həsr edilmiş mahnılar: Faiq Sücəddinov qarışdırdı, Xanım İsmayılqızı “yoxdur” dedi 25 Fevral 2020, 17:37 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib 25 Fevral 2020, 17:33 Elşən Musayevin dairəsində də məntəqələrin nəticəsi ləğv edildi 25 Fevral 2020, 17:32 İlk Novruz hədiyyəniz Azercell-dən olsun! 25 Fevral 2020, 17:29 Tamam Cəfərovanın seçki dairəsi ilə bağlı qərar VERİLDİ 25 Fevral 2020, 17:27 MSK bu dairədə 9 məntəqənin nəticəsini etibarsız SAYDI 25 Fevral 2020, 17:21 İsa Qənbərin oğlunun şikayəti təmin olunmadı 25 Fevral 2020, 17:18 Qalib Salahzadənin oğlunun dairəsində məntəqənin nəticəsi ləğv olundu 25 Fevral 2020, 17:06 MSK Rüfət Quliyevin dairəsindən şikayətə baxdı 25 Fevral 2020, 17:00 Dillər Universitetində Xocalı soyqırımının qurbanları anılıb 25 Fevral 2020, 17:00 Sarkisyan məhkəmə qarşısına çıxır – FOTO 25 Fevral 2020, 16:56 Naftalan sakinlərinə daşınmaz əmlakın icbari siğorta şəhadətnamələri verildi 25 Fevral 2020, 16:54 MSK bu gün parlament seçkilərinin nəticələrini təsdiq EDƏCƏK 25 Fevral 2020, 16:44 Koronaviruas daha bir ölkədə TAPILDI 25 Fevral 2020, 16:42 İranda yenə zəlzələ oldu 25 Fevral 2020, 16:38 “Dünən şəhid olan İbrahim qardaşımıza Allahdan rəhmət diləyirəm” - Ərdoğan 25 Fevral 2020, 16:30 Baş həkim işdən ÇIXARILDI 25 Fevral 2020, 16:22 Türkiyə parlamentindən Xocalı faciəsi ilə bağlı ÇAĞIRIŞ 25 Fevral 2020, 16:14 İranın səhiyyə nazirinin müavini koronavirusa YOLUXDU - VİDEO 25 Fevral 2020, 15:58 Güclü külək Goranboyda fəsadlar törətdi 25 Fevral 2020, 15:54 Qadının boyunbağısını oğurlayan şəxslər saxlanıldı 25 Fevral 2020, 15:36