Modern.az

30 min vətəndaşa “reklam” satdı, 10 milyon pul mənimsədi

30 min vətəndaşa “reklam” satdı, 10 milyon pul mənimsədi

Dünya

13 Fevral 2020, 14:30

İzmirdə “ödəyin, çox qazanın” şüarı ilə qurduğu şirkətin köməyi ilə 30 min insanı aldadaraq qaçan şəxs tutulub.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ölkə ərazisini tərk edən şəxs polis tərəfindən Gürcüstanda tutuldu.

 

Jurnalistlərin aldığı məlumata görə “səadət zənciri” adıyla insanları aldadan Atakan Yavuzun Gürcüstanda olduğu məlumatından sonra hərəkətə keçən polislər, bu ölkədəki təhlükəsizlik qüvvələri ilə əlaqə saxlayıb.

Atakanın Batumda bir evdə gizləndiyi aşkar edildikdən sonra birgə əməliyyatla o tutulub

 

"Epitelium internet reklam" şüarı ilə vətəndaşlara yüksək mənfəət vəd edən Yavuz ümumilikdə, 30 min Türkiyə vətəndaşının 10 milyon lirədən çox pulunu mənimsəyib. Türkiyə hüquq-mühafizə orqanları onu qırmızı bülletenlə axtarırdı.

Atakan Yavuzun fırıldağının mahiyyəti müəyyən pul qarşılığında “reklam paketi” satılmasından və əvəzində çox pul qazanmaqdan ibarət idi.

 

Səkinə ƏLƏKBƏROVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü