Modern.az

Bakı metrosunda həyəcanlı anlar: Sərnişin qatar yoluna yıxıldı

Bakı metrosunda həyəcanlı anlar: Sərnişin qatar yoluna yıxıldı

14 Fevral 2020, 12:34

Bakı metrosunda hadisə baş verib.

 

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətin mətbuat katibi Bəxtiyar Məmmədov Modern.az-a deyib ki, bu, intihar hadisəsi deyil:

 

“Metronun "Memar Əcəmi" stansiyasında qadın qəfil qatar relsinə düşüb. Dərhal qatarların hərəkəti dayandırılıb. Qadın qatar yolundan çıxarılaraq polisə təhvil verilib. Nəticədə qatarların hərəkətində gecikmə olub”.

 

Onun sözlərinə görə, hazırda interval bərpa olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi