Modern.az

Badamdardakı sürüşmənin səbəbi məlum oldu

Badamdardakı sürüşmənin səbəbi məlum oldu

Aktual

14 Fevral 2020, 16:31

“Badamdardakı sürüşmə zonasında aktivlik qeydə alınıb”.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının mütəxəssisi Sadiq Əmiraslanov Modern.az-a bildirib ki, hazırda ərazidə monitorinq aparılır.

 

Onun sözlərinə görə, sürüşmənin aktivləşməsi son günlər yağınıtıların artması ilə bağlıdır:

 

“Əvvəllər sürüşmə qeydə alınan ərazidə qismən aktivlik müşahidə edilir. Lakin aktivliyin baş verdiyi ərazinin həcmi və miqyası barədə dəqiq məlumatlar yoxdur. Çünki monitorinqlər davam etdirilir”.

 

Qeyd edək ki, sonuncu dəfə sürüşmə zonasında aktivlik yanvarın 9-da səhər saatlarında qeydə alınıb. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb, ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür