Modern.az

Bu ölkələrdən Azərbaycana gələn turistlərin sayı azalıb

Bu ölkələrdən Azərbaycana gələn turistlərin sayı azalıb

Ölkə

Bu gün, 17:24

Turagent və turoperatorların vasitəçiliyi ilə Azərbaycana gələn xarici turistlərin sayı 2025-ci ildə artıb.

Modern.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycanda turizm" məcmuəsində yer alıb. 

Məlumata görə, ötən il turizm şirkətləri vasitəsilə Azərbaycana 12 min 641 xarici turist səfər edib. Bu, 2024-cü illə müqayisədə 1 069 nəfər və ya 9,2 faiz çoxdur. Xarici turistlərin ölkədə keçirdiyi ümumi səyahət müddəti isə 59 min 411 tur-gün təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 47 min 497 tur-gün olub.

Statistikaya əsasən, Azərbaycana turizm şirkətləri vasitəsilə ən çox turist Səudiyyə Ərəbistanından gəlib. Belə ki, ötən il bu ölkədən 3 min 64 nəfər Azərbaycana səfər edib və onların səyahət müddəti 15 min 296 tur-gün olub.

İkinci yerdə Bəhreyn qərarlaşıb. Bu ölkədən Azərbaycana 2 min 705 turist gəlib, onların ölkədə qalma müddəti 13 min 525 tur-gün təşkil edib. Sonrakı yerlərdə digər ölkələrdən gələn 1 429 turist, Rusiyadan gələn 1 182 turist və Türkiyədən gələn 1 177 turist yer alıb.

Ötən il Qazaxıstandan 777, Hindistandan 387, Çindən 336, İsraildən 259, Macarıstandan 255 və Qətərdən 190 turist Azərbaycana səfər edib.

Eyni zamanda bəzi ölkələrdən gələn turistlərin sayında azalma müşahidə olunub. Məsələn, Almaniyadan gələn turistlərin sayı 2024-cü ildəki 676 nəfərdən 115 nəfərə, Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı isə 594 nəfərdən 181 nəfərə düşüb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, turagent və turoperatorların vasitəçiliyi ilə Azərbaycana gələn turistlərin sayı son dörd ildə davamlı artım nümayiş etdirib. Belə ki, 2022-ci ildə bu göstərici 9 min 493 nəfər, 2023-cü ildə 11 min 232 nəfər, 2024-cü ildə isə 11 min 572 nəfər olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada