Modern.az

Rüstəm Xəlilov Muğan qəsəbə sakinləri ilə görüşüb - FOTO

Rüstəm Xəlilov Muğan qəsəbə sakinləri ilə görüşüb - FOTO

14 Fevral 2020, 16:44

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov növbəti səyyar qəbul-görüşünü Muğan qəsəbə sakinləri ilə keçirib.

 

Modern.az xəbər verir ki, qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak edib.

 

İcra Hakimiyyəti başçısı 2020-ci ildə də vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması məqəsdilə islahatların davam etdiriləcəyini bildirib. Ölkə başçısının siyasi iradəsi nəticəsində struktur islahatlarına start verildiyini deyən icra başçısı, kadrların müasirləşdirilməsi və gəncləşdirilməsi istiqamətində görülən işlərin nəticəsində yeni idarəetmə modelinin yaradıldığını və ölkəmizin gələcəkdə də daha sürətlə inkişaf edəcəyini vurğulamışdır.

 

Muğan qəsəbə sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və rayon İcra Hakimiyyəti başçısının mütəmadi olaraq keçirdiyi səyyar qəbul və görüşlərin əhalinin qaldırdığı məsələlərin operativ həllində böyük əhəmiyyət daşıdığını qeyd etdilər.

 

Sonda qəbulda iştirak edən sakinlər tərəfindən qaldırılan məsələlərin operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?