Modern.az

İlqar Məmmədov, Ruslan İzzətli saxlanılmayıb - DİN-dən AÇIQLAMA

İlqar Məmmədov, Ruslan İzzətli saxlanılmayıb - DİN-dən AÇIQLAMA

Ölkə

16 Fevral 2020, 14:10

Bugün MSK-nın önündə saat 15:00-a gözlənilən razılaşdırılmamış aksiya öncəsi REAL partiyasının sədri İlqar Məmmədovun,  D18 hərəkatının rəhbəri Ruslan İzzətlinin və bir neçə fəalın polis tərəfindən saxlanılmaları barədə sosial şəbəkədə xəbərlər yayılıb.

 

DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Modern.az-a açıqlamasında bu məlumatların reallığı əks etdirmədiyini bildirib:  

 

“İndiyə qədər paytaxtdakı polis idarələrinə və bölmələrinə heç kəs gətirilməyib. Ola bilər profilaktiki tədbirlər zamanı kimlərsə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Bu da onların saxlanılması anlamına gəlməməlidir.

 

Yeri gəlmişkən, xatırladım ki, dünən xəbər verdiyimiz kimi razılaşdırılmamış istənilən aksiyanın baş tutmasına imkan verilməyəcək və qarşısı polis tərəfindən alınacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı