Modern.az

Tayvanda koronavirusdan ilk ölüm hadisəsi baş verib

Tayvanda koronavirusdan ilk ölüm hadisəsi baş verib

16 Fevral 2020, 17:26

Tayvanda koronavirusdan ilk ölüm hadisəsi baş verib.

 

Modern.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə adanın Mərkəzi İnformasiya Agentliyi məlumat yayıb.

 

Qeyd edilir ki, ölən 60 yaşlı şəxsdir. Lakin o son zamanlar nə Uxan şəhərinə, nə də Xubey əyalətinə gedib. O, habelə epidemiyanın tüğyan etdiyi regionlardan gələn insanlarla da ünsiyyətdə olmayıb.

 

Hazırda müvafiq orqanlar onun virusa hansı şəraitdə yoluxduğunu müəyyənləşdirirlər. 

 

Çinin hakimiyyət orqanları Ümumdünya Səhiyyə Təşkilatını 2019-cu ilin dekabrın 31-də ölkədə yeni virusun yayılması barədə məlumatlandırıb. Mütəxəssislər bunun 2019-nCoV koronavirus olduğunu müəyyənləşdiriblər. Çində koronavirusa yoluxanlarln sayı 68,5 min nəfəri ötüb. Pnevmaniya ölkədə 1665 nəfərin həyatına son qoyub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir