Modern.az

Zərgərlik fəaliyyətilə bağlı İşçi Qrupu yaradılır

Zərgərlik fəaliyyətilə bağlı İşçi Qrupu yaradılır

İqtisadiyyat

18 Fevral 2020, 11:13

Azərbaycanda zərgərlik sahəsində fəaliyyət göstərən və hökumət nümayəndələrindən ibarət İşçi Qrupunun yaradılması təklif edilir.

 

Modern.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla keçirilən görüşdə deyib.



Nazir qeyd edib ki, bu sahədə sahibkarların işinin asanlaşdırılması istiqamətində assosiasiyanın yaradılması xüsusi əhəmiyyət kəsb edə bilər.



Xatırladaq ki, bu gün Bakıda “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla görüş keçirilir. Tədbirdə Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və digər rəsmi şəxslər iştirak edirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir