Arxiv
19 Fevral 2020, 11:44 | AKTUAL
Təhsil Nazirliyinin “Azəriqaz”a 28 min borcu var

Təhsil Nazirliyi 15 təhsil müəssisəsinin qaz istehlakına görə yaranan borcunu ödəyə bilmədiyi üçün məhkəmə verilib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi Şəki Kommersiya Məhkəməsinə müraciət edərək nazirliyin 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə qarşı iddia qaldırıb.

 

İddia ərizəsində qeyd edilib ki, tərəflər arasında təbii qazın alqı-satqısına dair 20.02.2019-cu il tarixli müqavilə bağlanıb və Şəki rayonunda yerləşən 2 saylı tam orta məktəb, 9 saylı tam orta məktəb, 12 saylı tam orta məktəb, 17 saylı 500 yerlik tam orta məktəb, 19 saylı orta məktəb, 20 saylı orta məktəb, Fizika-Riyaziyyat və Humanitar Təmayüllü Litsey, 180 şagird yerlik orta məktəb, Göybulaq kənd tam orta məktəbi, Fazılkənd 56 şagird yerlik modul tipli ümumi orta məktəb, Fazılkənd 56 şagird yerlik modul tipli ümumi orta məktəb, Uşaq Gənclər İnkişaf Mərkəzi, Oğuz rayonunda yerləşən Yemişənli kənd orta məktəbi, Qəbələ rayonunda yerləşən Qəbələ rayon 2 saylı orta məktəb və Qəbələ rayon 3 saylı orta məktəb qazlaşdırılmaqla abonent kodları verilib.

 

Nazirlik istehlak edilmiş qazın dəyərini ödəmədiyindən onun 32 729,22 manat təbii qazdan istifadəyə görə borcu yaranıb və bu borc ödənilməyib.

 

“Azəriqaz” borcun ödənilməsi ilə bağlı Maliyyə Mərkəzinə müraciət etsə də, onlar borcun ödənilməsini təmin etməyiblər. Buna görə “Azəriqaz” məhkəməyə müraciət edərək qazdan istifadəyə görə yaranmış 32 729,22 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.

 

Təhsil Nazirliyinin 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, qurum məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməyib və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməyib.

 

“Azəriqaz”ın nümayəndəsi isə bildirib ki, onlar məhkəməyə müraciət etdikdən sonra Maliyyə Mərkəzi qismən ödəniş edib və hazırda 28 739,01 manat borcları qalır və həmin pulun ödənilməsini tələb edirlər. 

 

Məhkəmə Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən təbii qazdan istifadəyə görə yaranmış 28 739,01 manat borc, 26,67 manat dövlət rüsumu və xidmət haqqı olmaqla, cəmi 28 765,68 manat borc tutularaq “Azəriqaz” İB-nin hesabına ödənilməsinə qərar verib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda hərbi xidmətə çağırış iki dəfəyə keçirilsin - Milli Məclisdə təklif 30 mart 2020, 11:35 Sağlamlığın təməl daşları - “Elə bir xəstəm olmayıb ki, bu 4 bitkidən birini yazmayım” - Xalq TƏBABƏTİ 30 mart 2020, 11:34 “Biz üç virusa qarşı mübarizə aparırıq”  - Siyavuş Novruzov   30 mart 2020, 11:32 Azərbaycanda  hərbi xidmətə çağırış müddəti UZADILDI 30 mart 2020, 11:30 Deputatlar iclasa maskada gəliblər 30 mart 2020, 11:26 Biz bu virusu hərbi hissələrə daşıya bilmərik - Ziyafət Əsgərov 30 mart 2020, 11:24 Koronavirus 25 milyon insanı işsiz qoyacaq - ŞOK PROQNOZ 30 mart 2020, 11:21 “İnanıram ki, biz bu vəziyyətdən üzüağ çıxacağıq” - Spiker 30 mart 2020, 11:18 Lənkəranda ağac kəsən şəxs cəzalandırılıb 30 mart 2020, 11:12 Milli Məclis soyqırımı qurbanlarını yad etdi 30 mart 2020, 11:05 Qubada evdən seyf oğurlayan şəxslər saxlanılıb - FOTO 30 mart 2020, 10:58 Aktrisalıqdan deputatlığa - Şəfiqə Məmmədovanın YUBİLEYİ 30 mart 2020, 10:52 Tanınmış azərbaycanlı aparıcı koronavirusa YOLUXDU? - “Haqqınızı halal edin”- FOTO 30 mart 2020, 10:46 “KORONAVİRUS”: jurnalist araşdırması nə GÖSTƏRDİ? 30 mart 2020, 10:43 Polis Şəkidə karantin qaydalarını pozan kafe aşkarladı - FOTO 30 mart 2020, 10:38 Koronavirus qurbanlarının sayı 34 mini keçdi 30 mart 2020, 10:32 Vüqar Həşimovun qardaşına vəzifə verildi   30 mart 2020, 10:26 Qardaşının qara kağızını alan, oğlunun vaxtsız ölümündən sarsılan XALQ ARTİSTİ - FOTOLAR 30 mart 2020, 10:20 İran 100 min məhkumu müvəqqəti evinə göndərdi 30 mart 2020, 10:05 Bakıda liftdə qalan şəxs xilas edilib 30 mart 2020, 09:58 Nazirlik xüsusi karantin rejimi dövründə işləyəcək obyektlərin adlarını açıqladı - SİYAHI 30 mart 2020, 09:52 65 il evli olan cütlük eyni gündə koronavirusdan öldü 30 mart 2020, 09:46 Konfederasiya sahibkarla bağlı təkliflərini hökumətə təqdim etdi 30 mart 2020, 09:42 Gəncədə karantin rejimini pozan gənclərin valideynlərinə XƏBƏRDARLIQ 30 mart 2020, 09:40 Dolların manata qarşı olan məzənnəsi AÇIQLANDI 30 mart 2020, 09:34 Düşmən bölmələrimizi iriçaplı pulemyotlardan ATƏŞƏ TUTDU 30 mart 2020, 09:28 Neft 20 dollara düşdü 30 mart 2020, 09:22 Lənkəran Şəhər İcra Hakimiyyəti: Yalan ayaq tutar yeriməz! 30 mart 2020, 09:16 Məktəblilərin şahmat üzrə onlayn yarışı keçirildi 30 mart 2020, 09:13 Koronavirusla bağlı SON STATİSTİKA  30 mart 2020, 09:10 Çində koronavirusa yoluxanların 93 faizi sağalıb 30 mart 2020, 09:04 Milli Məclis TOPLAŞIR 30 mart 2020, 08:58 Fransada 292 nəfər koronavirusdan öldü 30 mart 2020, 00:56 Gürcüstanda 91 nəfər koronavirusa yoluxub 30 mart 2020, 00:44 Azərbaycan futzalına ağır itki 30 mart 2020, 00:29